«Tale məni iki Alman dövlətinin tam ortasında-Branau am Inn də dünyaya gətirib»
Hitler «Mein Kampf»
XIX əsrin axırlarında...benedikt kilsəsi...Avstriyanın Linca şəhəri...xora oxumağa gedən arıq və düşüncəli oğlan uşağı.Onun anası onu ruhani görmək istəyirdi və bunun üçün onu cürbəcür yollarla həvəsləndirirdi.Elə buna görə də onu xora oxumağa qoymuşdu.Oğlanı ADOLF HİTLER deyə çağırırdılar.
Onun atasının adı Aloizi Hitler idi.Yerli sakinlər onu istefaya çıxmış gömrük işçisi kimi tanıyırdılar.İstefaya çıxdıxdıqdan sonra Aloiz Hitler arıçılıqla məşğul olub.Aloizinin hobbisi isə rəngli şüşələr yığmaq idi.Amma Aloizi ailəsinə qarşı qəddar və zalım davranırdı.
Nə etmək olardı onun həyatı çətin idi,bilinmir onun yerinə biz olsaydıq nə edərdik.Gələcək Fürerin atası 7 iyun 1837-ci ildə Avstriyanın Ştroness qəsəbəsində anadan olub. Aloiz kəbinsiz arvad Anna Maria Şiklqruber və İohan Heorq Hidlerin uşaqları idi.Bəli Hidler,Hitler yox.1877-ci ildə Alo-iz familyasını dəyişib Hitler elədi.Müstəqil həyat yaşamağa başlayan Aloiz başmaqçı işləyirdi,amma bu sənət onu o qədər də xoşuna gəlmirdi.O özündən yuxarı təbəqəyə daxil olmaq istəyirdi və dövlət işində işləmək arzusu ilə yaşayırdı.Və o bunu elədi:Aloiz dövlət işinə qəbul edildi. Aloiz dövlət işində ən çox bu sözlərə görə işləmək istəyirdi:«Silah kimdədirsə hakimiyyət ondadır».Adolf böyüyəndə rəssam olacağını deyəndə Aloiz«Nə qədər ki mən sağam sən rəssam olmayacaqsan.Mən səni məmur görmək istəyirəm»demişdir.
Onu da xatırlatmaq yerinə düşər ki Adolfun babası yəhudi olub.
Adolfun anası Klara Pelçl 20 avqust 1860-cı ildə Şpitaledə anadan olub.15 yaşında Klara Aloizinin evinə xidmətçi olaraq gəlib.Aloizin arvadının ölümündən sonra ona ərə gedib və beş uşağı olub: Qustavo,İdu,Edmundo,Adolf və Paula.Bunlardan üçü uşaq ikən ölüb.Ancaq Adolf (1889-1945) və Paula (1896-1960) sağ qalıb.Bacısı haqda çox az məlumat var.Hətta tədqiqatçılar onun varlığına şübhə edirlər.Klara çox istəyirdi ki Adolf keşiş olsun.Nədənsə Aloizin o biri arvadları kimi bu da xəstələndi və öldü.Və sonra Aloiz özü vəfat etdi.Bu hadisələr Hitler ailəsi ücün lənət idi.Çox tədqiqatçılar qeyd edir ki,Klaranın ölümü ona çox pis təsir eləmişdi,çünki o anasını Allah hesab edirdi.Atası ilə arasında tez-tez münaqişələr baş verirdi.
FƏSİL 2
SİRLİ RAHİB
Valideynlərindən,bacısından,gimnaziyadakı müəllimlərin-dən və həmyaşıdlarından başqa şübhəsiz Hitlerin dünya görüşünə çox böyük təsir edən yer-Benedikli kilsə olub.O burada xorda oxuyurdu.Nəyə görə bu haqda əminliklə danışmaq olar?Sirli Rahib gələcək Üçüncü Reyxə hansı təsiri göstərib?Axı az sonra Hitler xristianlığa yad oldu!
Hitler danışıqlarının birində:«Mən xristianlığa yadam, islamı görəcək gözüm yoxdu,həmçinin iuadaizmə nifrət edirəm»demişdir.Hitler öz dininimi yaratmışdı?
1947-ci ildə rahib Litenfels aşkar etiraf etdi:
«Mən, ancaq mən onu Almaniyanın hakimiyyətinə gətirdim və onun əlinə qılıncı mən verdim»
Hitlerə böyük təsir etmiş kilsənin yaradıcısı bir çox faktlara görə Teodor Xaqen adlı rahib olub.Onun haqda da məlumat kifayət qədər deyil.Xaqen uzun illər Şərq mədəniyyəti ilə yaxından maraqlaıb.Məlumata görə Xaqen nəsə təzə bir şey yaratmaq istəyibmiş.Elə buna görə də Şərqə səyahət edib ki,Şərqin sirlə btltklərənə yiyələnsin.O uzun səyahətdən sonra kilsəyə qayıdıb və özü ilə çoxlu manuskript gətirib.Sonra o,kilsəni qədim barelflərlə bəzəyib.Bu barelflər kilsə üçün çox qəribə idi.Sonradan tədqiqatçılar buradan çoxlu svastika(ucları düzbucaq şəkildə əyilmiş xaçşəkilli qədim hind dini nişanı və yaxud faşist nişanı)tapıblar.Xaqen az sonra bilinməyən xəstəlikdən vəfat edib.Xaqenin ölmündən sonra onun yerinə Yorq Lons Fon Libenfels keçdi.
Libenfelsin haradan gəlməyi hələ də sirli qalır.O gələndə ruhanilərə Xaqenin işini davam etdirməyi söz verib.Hansı işi?
Hansı münasibətlər Adolf Hitlerlə kahinləri birləşdirirdi?
Kahinler onun görüşlərinin dəyişməsində hansı rolu oynayıb?Bunlar hamısı Üçünçü Reyxin sirləri olaraq qalır.
FƏSİL 3
TUL CƏMİYYƏTİ
Birinci Dünya Müşaribəsindən əvvəl Almaniya cox sakit görünürdü.Ümümi mənzərəni belə təsvir etmək olardı. Al-maniya səmərəli şəkildə inkişaf edir,elmə həvəs demək olar ki Allaha sitaişdən axca geri qalırdı.Hamı deyirdi:«Xoşbəxt dövr gəlib»Belə bir vaxtda heç kimin tanımadığı uzun müddət Şərqdə yaşayan Rudolf Fon Zabottendorf ortaya çıxır.Az sonra masonlar və pangermanistlər onu yuxarı təbəqəyə qəbul edir və özlərindən biri hesab edirlər.
Beləliklə cəmiyyət yaranırdı.Bura bizim tanıdığımız Libenfels daxil idi.Onlara sual verəndə ki
-cəmiyyətin məqsədi nədir?
-«Bizim məqsədimiz xeyirxah məqsəddir.Biz qədim Alman tarixini,mədəniyyətini,incəsənətini öyrənmək və onu tətbiq etmək istəyirik.Bu dövrdə bunlar hamısı yaddan çıxıb».
-Bəs sizin adınız niyə qəribədir?
-«Siz çox güman ki yunan yazıçısı Pifeyanın yaradıcılığı ilə tanış deyilsiz».
-Dəqiqliyi ilə açıqlaya bilərsiz?
-«Dəqiqliyi ilə desək Tul mədəniyyəti haqqındada ilk dəfə Pifeya öz əsərlərində xəbər verib.Ümumiyyətlə isə Tul mədəniyyəti haqqında çoxu yazır.Onun yerini müxtəlif yerlərdə qeyd edirlər.Onun yerini Şotlandiyada, Skandinavi-yada,hətta İslandiyada göstərirlər.Onlar camaatı əmin edir-dilər ki,almanlar Avropaya ordan gəliblər.Onların şüarları:
«YADDA SAXLA SƏN ALMANSAN! QANINI TƏMİZ SAXLA!»
SS -in şüarı isə:«Mənim vəzifəm sədaqətli olmaqdır»
FƏSİL 4
TƏZƏ PARTİYA
Titrəyir torpağın qart sümükləri,
Müqəddəs vuruşa bircə an qalır.
Yoxdur nə utanmaq,nə şübhə yeri!
Həmləyə keçənlər qələbə çalır!
Aydın və əzəli məqsədimiz var!
Gərək bu dünyanı tarmar edək!
Bu gün Almaniya bizə olub yar,
Sabaha Yer üzü diz çökəcək!...
Zaman keçdikcə hadisələr yadımızdan çıxır.Beləki az sonra hamı inanırdı ki,Nasionalist-Sosialist Partiyasını Adolf Hitler qurub.Amma bu düz deyil.Bizdən uzaq olan həmin dövrdə Bavariyada nə baş verirdi?
Birinci növbədə diqqəti Tul cəmiyyətinin kimlərdən ibarət olduğuna baxmaq lazımdı.Burada amerikan rahibləri jurnalistləri,yazıcıları vardı.Burda əsasən 2 şəxsi qeyd etmək lazımdı:Rudolf Hess və Alfred Rozenberqi.Cəmiyyətdə olanlar dünyada yeganə xalq kimi alman xalqını,dövlət kimi Alman dövlətini görmək istəyirdilər.Sonralar Tul cəmiyyəti-nin yaradıcısı Baron Zabottendorf haqqında bəzi faktlar üxə cıxdı.Əslində onun adı Rudolf Qlauer idi.Rudolfun dəmirçi ailəsində anadan olduğu bildirilir.Rudolf bu sənətə nifrət et-diyi üçün ticararətlə məşğul olurdu.Sonradan onun həyatı sirli və naməlumdur.Bəs o özünə Zabottendorf ailəsində necə sığınacaq tapıb?Özünü necə alman aristokratlarının arasına sala bilib?Bunlar hamısı sirli olaraq qalır.
Hə indi partiya söhbətinə qayıdaq.Almaniyada o vaxtlar Nasional-Sosialist Partiyası vardı.Sənədlərə baxdığımızda onun adı başqa cürdür.Alman Fəhlə Partiyası və onun başcısı Hitler yox Anton Dreksler idi.
«Bizə bizim ideyalarımızı həyata keçirmək üçün yeni fəhlə partiyası lazımdı».Bunu Zabottendorf deyirdi.Sonradan Zabottendorfun Anton Drekslerlə danışıqları barədə bizə heç nə məlum deyil.Amma bu özü bir faktdır ki,Tul cəmiyyəti Alman Fəhlə Partiyası ilə birləşdi və Alman Nasional-Sosialist Fəhlə Partiyası yarandı.Hitler partiya biletinin 7 olmasını gizlədərək onu cibinə qoyaraq:«Bu taleyin hökmü idi»dedi.Amma başqa qaynaqlarda Hitlerin partiya nömrəsi-nin 55 olduğu qeyd olunur.Sonra da qeyd olunur ki,Hitler bunu hamıya 555 kimi deyirdi və məqsədi də partiyada o qe-der adam var ki partiya başçısına 555 nömrəsi düşüb.
FƏSİL 5
HİTLER VƏ DİN
Hamı belə bir suala cavab axtarır ki,xx əsrdə rəhbəri,füreri ilahiləşdirirlər yəni bir növ bütpərəstlik dövrünə qayıdır-lar?İnsanın ilahiləşdirilməsini fəlsəfi cəhətdən Feyerbax əsaslandırmışdı:O iddia edirdi ki,«Allahın adına yazılan bütün keyfiyyətlərin hamısı insanın özünün keyfiyyətləri-dir».Hec bir varlıq ideal deyil və o bu ideallığı bir varlıqda tapmaq istəyir.Onu tapır və adını Allah qoyur.
Mən materializmin tam əlehinəyəm.Fəlsəfədə və o cümlədən ruhaniyyətdə idealizm cərəyanı var.Ancaq ilealizdə məna bir-tərəfli verilir.Onu yalnız ağılla,zəka ilə bağlayırlar, bərabər-ləşdirirlər əslində isə məna zəkadan artıqdır.Ona görə də mən nə materializmin,nə də idealizmin tərəfdarıyam.Amma idealizmə yaxınam.Fəlsəfə tarixində ruhaniyyət,din də var. Dinin özünün məqsədi mahiyyətə varmaq olsa da təəssüflər olsun ki yalana tapılır:cənnətə,cəhənnəmə,qismətciliyə.Mən Dinin iki yaxşı cəhətini qəbul edirəm:müqəddəsliyi və müt-ləqliyi,ancaq dinin xurafatını qəbul etmirəm.Birinci ideam mütləqə inamdır.Bu həm fəlsəfə,həm ruhaniyyət,həm də din-dir.Niyə görə dinin xurafatını qəbul etmirəm?
Dünyanın dünyadan artıq böyük olan yüksək mənası vardır.Dünya mahiyyətcə mütləqdir,əzəldir,əbədidir,sonsuz-dur,kamildir ancaq təzahürcə nisbidir,ötəridir,keçicidir. Nis-biliyin olmasının özü göstərir ki,mütləq var.Əgər sonsuz olmasaydıbiz sonlu haqqında danışa bilməzdik.Dünya nə qədər pis günə düşsə də məhv olmayacaq,çünki məna qoymaz onu məhv olmağa.İkinci.Bu təzə ölçü yaradır.Bəşər bu ölçü ilə yaşasaydı indi başqa günə çıxmışdı.Ya mütləq olan var,ya da hec nə yoxdu.Üçüncü.İnsanın başqa canlıdan fərqi ondadır ki,onun imkanı var öz mütləqinə çatsın,dağın,ağacın buna imkanı yoxdur.Çünki onların ruhu yoxdu.İnsan doğrudan da Nəsimi demişkən Allah da ola bilər.Əgər özü ilə döyüşə bilsə.Heç bir dahi insan özünə layiq yaşayıb,heç kəs hələ özünü tam ifadə etməyib.Özümüzlə qəbrimizə ən çox könlümüzü aparırıq.Ruh nə deyilən şeydir?Mütləq idrak, mütləq inam,mütləq mənəviyyat və mütləq iradənin vəhdəti-dir.Biz ölürük ruh qalır.Yəni mütləq inam qalır,mütləq iradə qalır,mütləq mənəviyyat qalır,idrak qalır.Dünya insanın içindən başlayır.Dünyada nə varsa,hamısını insan özü doğur. Heç bir şərait insanı doğa bilməz.İnsan şəraiti doğur və ondan artıq olur.İnsanlar ilahi nüfuzu heçə endirdikdən sonra istər-istəməz ona əvəz axtarırlar və öz aralarından kimi isə«Allah» adı ilə meydana çıxarırlar.Nasistlərin allahsız olduğunu güman edənlər səhvə yol verir.Onlar xristian deyillər bu başqa məsələ,amma Allaha inanırdılar, onların Allahı isə Fürer idi.Hitler özü elan etmişdi ki, onu bizə ilahi qüvvə bəxş eyləyib.Hitlerin ilahiləşdirilməsində çox şey dindən götürülüb.Belə hadisələrin mahiyyətinə fikir verməsəniz məsələ aydın olar.Burada təzə bir şey yoxdu...
İnsanlar mütləq,mücərrəd,gözəgörünməz,hissedilməz Allahın yerinə konkret adam qoyub dinə təlabatlarını ödəyirlər.Canlı insan cildində olan bu Allah zaman-zaman xalqın,kütlənin qarşısında zühr edir,qərarlar verir və fəaliyyət göstərirdi.Əslində bu onlara daha əlverişli idi,hardasa Allah axtarmaqdansa gözlərinin qabaqlarındakına sitaiş edirdilər.İndi bu cür ilahi bir ağıla malik olan və xalqı özünə inandıran bir şəxs dahi deyilmi?!
FƏSİL 7
MƏNCƏ HİTLER DEMOKRATİYA HAQQINDA BELƏ FİKİRLƏŞİRDİ.
Demokratiya ,məncə,o vaxt həyata keçirilir ki,yoxsullar qalib gələrək düşmənlərinin bir hissəsini məhv edir,digər hissəsini qovur,yerdə qalanların isə vətandaş hüquqlarını və dövlət vəzifəsini tutmaq imkanlarını bərabərləşdirirlər. Demokratik quruluşda dövlət vəzifələrinin tutulması əsasan seçkilər yolu ilə həyata keçirilir...
İnsanlar bu şəraitdə necə yaşayırlar?Bu dövlət quruluşu nədən ibarətdir?Aydındır ki,o,demokratik xüsusiyyətlər əldə edən insanda da öz əksini tapır...
Hər şeydən öncə,bu,azad insanlar olacaqdır:dövlətdə tam azadlıq,aşkarlıq və istədiyini etmək imkanı olacaqdır...Buna imkan verilən yerdə isə hər kəs öz həyatını istədiyi kimi quracaqdır...
Demokratik dövlətdə hətta qabiliyyətin çatsa da, idarə-etmədə iştirakın vacib deyildir;həmçinin başqaları döyü- şərkən döyüşmək istəmirsənsə,ya da sülh tərafdarı deyil-sənsə və başqaları kimi sülhü gözləmək istəmirsənsə,tabe olmağa borclu deyilsən.Və bir də,tutaq ki,hər hansı qanun sənə idarə,yaxud mühakimə etməyi qadağan edir,amma ağlına batsa,istədiyini edə bilərsən.Belə həyat ilk baxışdan gözəl və cazibədar deyilmi?..
Sonra.Məgər burada bəzi məhkum edilmişlərə münasibətdə mərhəmət əla deyilmi?Yoxsa sən bu dövlət quruluşunda ölümə,ya da sürgünə məhkum edilmiş adamların cəmiyyətdə qalıb yaşadıqlarını görməmisən?Elə bil,heç kəsin onunla işi yoxdur və heç kəs onu görmür,beləsi az qala yarımallah kimi özü üçün gəzib dolaşır.Bu yumşaqlıq demokratik quruluşun heç də xırda təfsilatı deyildir; əksinə, (ideal) dövlətimizi yaradarkən mühüm hesab etdiyimiz hər şeyə qarşı nifrəti əks etdirir.Biz deyirdik ki, insanın təbiəti gözəl deyilsə,o,heç vaxt xeyirxah ola bilməz; eynilə uşaqlıqda(oyunlarda və məşğələlərdə) o,gözəllikdə təmasda olmur Bunula belə,demokratik quruluş təkəbbürlə bütün bunları tapdalayır,heç fərqinə də varmır ki,dövlət qul-luğuna keçənlər əvvəl nə ilə məşğul olublar.Adamlara yalnız kütlənin rəğbətini qazandığına görə hörmət göstərirlər.Bu və bu kimi cəhətlər demokratiyaya xasdır.Bu quruluş zəruri idarəçiliyə malik deyil,lakin xoşagələn və rəngarəngdir.Bu quruluşda bərabər olanları və olmayanları bərabərləşdirən qəribə bir bərabərlik var.
Belə ki,demokratiyanın xoşbəxtlik kimi qəbul etdiyi və can atdığı şey(azadlıq)elə onun özünü dağıdır.Onun xoşbəxt-lik kimi qəbul etdiyi şey,səncə,nədən ibarətdir?Demokratik dövlətdə elə ancaq eşidirsən ki,azadlıq necə gözəldir və təbiətən azad olanlar yalnız bu cür dövlətdə yaşaya bilərlər.
Demokratik quruluşun və azadlıq yanğısının hökm sür-düyü dövlətin başına axmaq şərabpaylayan gəlib çıxanda bu dövlət«su qatılmamış azadlıqdan»hədsiz məst olur,öz vəzifə-li şəxslərini isə yalnız ona görə cəzalandırır ki,onlar kifayət qədər iltifatlı deyillər və hamıya tam azadlıq vermirlər.
Orada hakimiyyətə itaətkar vətəndaşları heç nəyə dəyməyən könüllü qullar kimi hörmətsiz edir,ancaq təbəələrə oxşayan hakimləri və hakimlərə oxşayan təbəələri isə təriflə-yir və onlara həm şəxsi,həm də ictimai həyatda hörmətlə ya-naşırlar.Məgər belə dövlətdə azadlıq labüd olaraq hər şeyə si-rayət etmirmi?...Mənim əzizim,o,şəxsi evlərə də nüfuz edir və axırda hətta heyvanlar da itaətsizlik göstərir.
Bəli,məsələn,ata uşağa uyğunlaşmağa məcbur olur və öz uşaqlarından çəkinir,oğul isə atasından yuxarıda dayanır; orada valideynlərə nə hörmət edir,nə də onlardan çəkinir(bütün bunlar azadlıq adı altında edilir),köçkün yerli vətəndaşa,vətəndaş isə köçkünə bərəbər tutulur;yadellilerə münasibət də belədir.
Bundan başqa,digər xırda şeylər:bu cür şəraitdə müəllim şagirdlərdən çəkinir vəonların qarşısında alçalır,şagirdlər isə öz müəllimlərini veclərinə almırlar.Ümumiyyətlə,gənclər bö-yükləri yamsılamağa başlayırlar;böyüklər isə gənclərə uyğunlaşmağa və onları yamsılamağa məcbur olaraq xoş gəlmək və hökmlü görünməmək üçün yersiz zarafatlaşmaq-dan vəşuxluq etməkdən çəkinmirlər.Burdan görünür,ifrat azadlıq,həm adamlar,həm də dövlət üçün ağır köləliyə çevri-lir.
«Demokratiya marksizimin artım sahəsidi.Çoxluq heç vaxt bir nəfərin yerini verə bilməz.Seçkilər vasitəsi ilə heç vaxt qabiliyyətli,bilikli adam hakimiyyətə gələ bilməz».
Adolf Hitler«Mein Kampf»
FƏSİL 8
HİTLER VƏ İNTİHAR
Ölüm cəmiyyəti dağıdan və zövqü məhv edən elə bir qüvvədir ki,insanın istəyi ilə razılaşmır.İntiharla bağlı cəmiyyətdə müxtəlif rəylər mövcuddur.Bəziləri«Quran»dan sitat gətirərək onu günah sayır.Kimisi intiharı acizlik kimi qiymətləndirir.Bir qismi isə özünə qəsd edən Adamı qınaya raq,onun başqa yolu olmadığını fikirləşir.Bir qayda olraq intiharın səbəblərini sosial-məişət problemində axtarırlar. Əslində bu yalnış yanaşmadı,bu məsələnin görünən hissəsidir. Çunki intihara sosial-məişət problemləri təsir etsə də əsas şərt psixoloji təsirdir.Buna görə də biz ilk növbədə intiharı şərtləndirən«İnsan mühit»,«təəssürat»amillərinə diqqət ye-tirəcəyik.
İnsan onu əhatə edən mühiti nə soyuqqanlı,nə də laqeyd müşahidəçi kimi qavrayır.Qavranılan hadisələr ona xoş gəlib-gəlməməsindən asılı olaraq,rəğbətə və ya nifrətə səbəb olur.Bu zaman bəzən insanda ruh yüksəkliyi yaranır,bəzən isə o iztirab,kədər duyur.Psixologiya ilə desək,insanda müxtəlif təəssüratlar yaranır.
Təəssüratı elmi cəhətdən belə izah etmək olar: təəssürat beynin real aləmə inikasıdır.Və bütün insanların təəssüratı müxtəlif və rəngarəngdir.İnsan ətrafda baş verən hadisələrə və daxildən gələn qıcıqlara qarşı biganə qalmır,ya sevinir,ya da kədərlənir.İnsan öz təəssüratları ilə insandır.O,bunun sahəsində ucalır,ya da alçalır.Son dərəcə zəngin informasiya-ya, təəssürata malik olan adam sanki bu yükdən bir az azad olmaq istəyir.Əks təqdirdə insan özünə qapanır.Bu isə insanı başqalarından ayırır,insan sosial təkliyə,yəni sosial təcrid olma ilə üz-üzə qalır.Onu başa dyşən kimsənin yoxluğundan gileylənirlər.Bu isə əks hallarda əsəb pozğunluğuna səbəb ol-ur.Təəssüf ki belə insanlar bir çıxış yolu görür:intihar!Bəs nə üçün Allahın bəxş elədiyi anadangəlmə özünüqoruma instinkti,ağır hissin duyulması,qorxu hissi bizdən uzaqlaşır, insan könüllü olaraq həyatı tərk etməyə qərar verir?
Avstriya psixoluqu Ziqmund Freyd intiharı sosial mühitdə olan savaş və narazılıqlarla əlaqələndirirdi. Freydə təəssüratların, arzu, istək və özünəqəsd şəxsiyyətin mühitlə konfliktinin nəticəsidir. Freyd intiharı məhz «cavabı görə verilməmiş emosiya» adlandırırdı. Bir sözlə, Freyd özünəqəsdi təmin olunmamış meyllərin nəticəsi hesab edirdi. Freyd intihar aktına gedən yolu belə xarakterizə edib: "İnsanın şüuruna daxil olan bütün fikirlər, emosiya, istək, meyl və arzular, təəssüratlar şüurdan kənarda mövcud olduğu üçün onlar, obrazla desək, dəhlizdədir, eyvana — yəni şüura daxil olmaq «iddiasındadır». Lakin bunun üçün onlar gözləmə otağından keçməlidirlər. Иnsanın ən böyük xoşbəxtliyi və bədbəxtliyi ondadır ki, bütün istəklər bu gözləmə otağından eyvana, yəni şüuraltıdan şüura keçmirlər. Bu, o demək deyil ki, onlar unudulur. Xeyr. Əslində, onlar gözləmə otağında qalır. Və insanın faciəsi də bəzən bundan sonra başlayır. Belə ki, ömrün bir anında şüuraltıda gizlənən arzu və istəklər fürsət taparaq, şüura keçir və insanı idarə etməyə başlayır. Bu isə bəzən insanı uçurumun kandarına gətirir".Freydin analizini şərh edən psixoloqlar bu nəticəyə gəliblər ki, insan özünə çox «olmaz» deyəndə, təmin olunmamış istəklər nevrozla, intiharla nəticələnir. Çox «olar» deyəndə isə xudpəsənd, pozğun bir insana çevrilir. Təsadüfi deyil ki, dünyanın əksər psixoloqları belə bir məsləhət verirlər: "Özünə nə çox «olmaz», nə çox «olar» de". Psixoloqlar bu ikisinin arasında orta həddi müəyyənləşdirməyi məsləhət görürlər. Orta hədd ən xeyirlisidir. Hətta «Qur’an»ın bir çox ayələrində insanın həyatda «orta yol» tutmasından danışılır. Bu yol ərəbcə «siratəl-müstəqim» adlanır. Namaz qılan müsəlmanlar «fatihə» surəsini oxuyarkən, gündə 5 kərə bu sözü təkrar edirlər. Bütün bu deyilənləri isə psixoloqlar belə yekunlaşdırırlar. İntihar sosial mühitlə əlaqədardır. Adətən, istək və meyllər, təəssüratlar zamanı «olar» az, «olmaz» çox olduqda, cavabı alınmamış emosiyalar intiharla nəticələnir.
Onu da deyək ki, Freydin bu nəzəriyyəsini bir çox alimlər psixologiyada inqilab kimi dəyərləndirdilər. Psixoloqlar maraqlı bir müşahidə aparıblar. Məlum olub ki, özünü ölümün ağuşuna atan, özünə qəsd edən insanların əksəriyyəti son anda onu kiminsə xilas edəcəyinə inanıb. Bəlkə elə buna görə də filosoflar intihar edən adamları üzmək bilməyən balıqlara bənzədib. Yeri gəlmişkən, psixologiyada özünəqəsd edən adama suisident, özünəqəsd aktına isə suisid, bu sahə ilə məşğul olan adamlar isə suisidoloqlar, elmi sahə kimi isə suisidologiya adlanır. Özünə qəsd edən insanların ruhi vəziyyətlərinə gəlincə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına nəzər salaq. Onların məlumatlarına əsasən, sui-qəsd edənlərin 15 faizini ruhi xəstələr, 10-15 faizini psixiatr nəzarəti tələb edənlər, 60-70 faizini isə praktiki sağlam şəxslər təşkil edir.Щитляри рущи хястя адландырмаг олмаз. Bu həqiqət bir daha sübut edir ki, insan özü özünə kömək etmək istəməsə, heç kəs ona kömək edə bilməz.
SON SÖZ
Ancaq biz gözümüzü dikmişik Qərbə, çünki koruq. Özümlü Şərq həm də bizim dördüncü ideyamızdır. Şərq bir zaman müəllim idi. Şərq sanki özündən qorxur. Özü-özünü müsəlman adlandırır, özünü qərbçi adlandırır, Qərb oyunu oynayır, Qərb musiqisinə bənd olur. Cəlaləddin Rumisini itirib, Kantın arxasınca düşüb. Şərq və dünya ona görə bu günə düşdü ki, Şərq özünün səlahiyyətini, müəllimliyini itirdi, təqlidçilik yoluna düşdü və dünyanı tapşırdı maddiyyatçı Qərbə. Biz istəyirik ki, Azərbaycan təzələnsin, Azərbaycan Şərqin Məkkəsi olsun. Mənim ömrümün ən böyük arzusu odur ki, özüm görəm məbədimizin açılmasını, təzə inam məbədinin, fəlsəfi məbədinin, Dünyanın və Şərqin özünə qayıtmasını və bütün dünyanın gəlib bizdən (Şərqdən) öyrənməsini.
Mən qəti əminəm ki, biz mahiyyətcə müəllimik. Bizim formulamız “Türkçülük, Şərqçilik, Dünyəvilik”dir. — Millətçiliklə azərbaycanlığı qarışdırırlar… — “Azərbaycan” sözü bizim dini mahiyyətimizi ifadə etmir. “Azərbaycan” sözü bizim Zərdüştçülüyümüzü ifadə elədiyi üçün bu bizim üçün əzizdir. Ancaq bizim etnik mayamızı təşkil etmədiyi üçün bizim başımıza oyun aça bilər. Gözəl addır və bunu bir obraz kimi saxlamaq lazımdır. Ancaq bizim adımız Türkel olmalıdır, çünki biz türkük. Midiya dövründə də türk olmuşuq.Biz türkük, türk millətiyik. Kim necə başa düşür-düşsün. Biz türk aləminin bir hissəsiyik. Bu baxımdan, islam bizə çox ziyan vurub. Bizə XIX əsrin sonuna qədər müsəlman deyirdilər. Bu isə millətin adını itirirdi. Çox vaxt özümüz öz qədrimizi bilmədik. Nizami Gəncəvi kimi dahi fars dilində yazıb. Çünki sarayda fars dilində danışırdılar. Mən də “azərbaycanlı, azərbaycançılığımız” yazıram. Bu ona görə belədir ki, Türk dünyası hələ birləşməyib və biz də şərti olaraq onu (xəritə nöqteyi-nəzərindən) ayırırıq. — Azərbaycanda yaşayan milli azlıqları türklərə yaxınlaşdıran, doğmalaşdıran vətən birliyi, din birliyi, kültür yaxınlığı, qohumluq əlaqələri və s. var — bunlar bizim hamımızın birgə mənafeyimizi təşkil edirlər.
Əlbəttə, vətən birdir, biz qaynayıb qarışmışıq, bizi bir-birimizlə bağlayan mənafeyimiz birdir. Ancaq bunlarla yanaşı biryolluq biz də, ləzgilər də, kürdlər də niyə özümüzü gizlədək? Biz açıq şəkildə deməliyik biz türkük, bura Türküstandır. Ancaq Türk heç zaman ağa olmayıb, başqa xalqın düşməni olmayıb, Türk ağalıq eləsəydi, Osmanlı heç indi də dağılmazdı. Utana-utana birləşməsək, özünü gizlədə-gizlədə hibridləşmək yoxdur! Mən türkəm, sənin necə görmək istəməyindən asılı olmayaraq, mən buyam. — Sizcə Türk milləti tarixi boyu hansı səhvləri edib? — Türk öz tarixində üç böyük səhv edib. Birinci, peyğəmbərini vermədi, buna bütün imkanı ola-ola. Bunun əvəzində başqa peyğəmbərlərlə işlədi. Məhəmməd peyğəmbərin belə bir sözü vardı: harada bir asi görürəm, türkümü göndərirəm, o saat hamı məni eşidir… Böyük bir kitab yazmaq olar ki, ərəb xəlifələrinə, ümumiyyətlə, islama türklər nə vermiş və nə almışlar. Tяяssцf ki, çox şey verib, olduqca az şey almışlar. İkinci səhvi odur ki, bir-birini sevmədi — qardaş qardaşın gözünü çıxartdı. Üçüncü, qılınca çox yer verdi, qılıncı çox oynatdı. Dünyaya sahib olmaq olmaz — özünə sahib olmaq olar.
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
REFERAT
Mövzu:Xeyir və Şərin o biri tərəfində
Ad:Rauf
Soyad:Ağayev
Fakültə:Maliyyə
Qrup:46
Elmi rəhbər:Şirvanova Təranə,Abdullayev Bəhruz