Məcnun

Məcnun

Leylinin dərdindən Məcnunun bədəni görünməz oldu. Üzüqoylu səhraya döşəli qalmışdı, damarlarında qanı qaynayırdı. Bir həkim rəhmə gəlib Məcnunun quru qaraltısına əlac eləmək fikrinə düşdü. Buyurdu ki, gərək xəstədən qan alınsın.

Dəllək gəldi. Məcnunun qolunu bərk-bərk sıxıb damarını çərtmək istədi. Məcnun dəlləyin əlini itələyib:

— Çıx get, — dedi, — sənin həkimliyin mənə gərək deyil!

Dəllək dedi:
— Səhrada aslanları başına yığan sən deyildinmi?! İndi bir qaşıq qanındanmı qorxursan?

— Yox, məni qorxudan bu deyil, — Məcnun dedi, — mənim daş səbrim çox ağrıya güc gəlib. Ancaq sevgim qanımın hər damlasına hopandan Leyli ilə mənim aramdan pərdə götürülüb. Odu ki, qorxuram ülgücünlə sevgimi yaralayasan.

Cəlaləddin Rumi
«Məsnəvi»dən hekayələr
Top