Stalinin zarafatları

Stalinin zarafatları

Stalin öz ölüm qoxulu zarafatları ilə yaxın əshabələrini şok vəziyyətinə salmağı çox sevirdi. Ona xüsusi ləzzət verən "zarafat" lardan biri erməni Mikoyanla bağlı idi.Gecə ziyafətlərinin ən şirin yerində Stalin qəfildən erməni Mikoyana üzünü tutub deyirdi: Anastas, yaxşı yadıma düşdü. Deyilənə görə, Bakı komissarlarının sayı 26 deyil, 27 olub. Sən bir öyrən bu nə məsələdir?! Bayaqdan " lezqinka " rəqsi ilə diktatoru əyləndirən erməni Mikoyanın yaltaq sifəti ölü rəngi alır, çənəsi sallanırdı.Bu "zarafat" ən müxtəlif variantlarda təkrar olunurdu: Anastas, mən axı sənə demişdim: O satqın 27-ci komissarı tap! Tapdınmı? "Mikoyan hər dəfə yarımcan vəziyyətdə nəsə mızıldayır: " Çalışıram, axtarıram"- deyirdi.


Həmçinin baxa bilərsiniz: Stalin haqqında lətifələr
Stalinin həyatı
Top