İosif Stalin

İosif Stalin

Stalinin həqiqi soyadı — İosif Vissarionoviç Cuqaşvili ( onun və onun atasının adı gürcü dilində İoseb və Besarion kimi tələffü olunur ), qısaldılmış formada isə — Sosodur.Belə bir versiya yarandı ki, onun soyadı Cuqaşvili — gürcü yox, gürcüləşmiş osetin (Cuqaşev) soyadıdır,ancaq əksər tədqiqatçılar bunu qəbul etmirlər. İnqilaba qədər Cuqaşvili çoxlu təxəllüs və partiya ləqəblərindən istifadə etmişdir. Əsasən Besoşvili (Beso- Vissarion ləqəbinin qısaldılmış forması), Nijeradze, Çijikov, İvanoviç. Bu ləqəblər arasında (Stalini çıxmaq şərtilə) ən məşhuru gürcü folklorundan çxan «Koba» olmuşdur.
Adətən ona adı və atasının adı və ya hərbi rütbəsi («yoldaş Sovet İttifaqı Marşalı (Generalissimus)»)ilə yox sadəcə «yoldaş Stalin» kimi müraciət etmişlər.

Stalinin uşaqlığı və gəncliyi

Rəsmi versiyaya görə 21 Dekabr 1879-cu ildə və ya metrit kitabındakı qeydə əsasən 6 Dekabr 1878-ci ildə Gürcüstanda Qori şəhərində anadan olmuşdur. Ailədə üçüncü uşaq olmuşdur, iki ilkinlər uşaqlıqda ölmüşdür. Onun doğma dili gürcü dili olmuşdur, rus dilini sonra öyrənmişdir, lakin həmişə hiss olunacaq gürcü ləhcəsi ilə danışmışdır.
Kasıb ailədə, çəkməçinin və qala kəndli qızının ailəsində böyümüşdür. İosifin 11 yaşı olanda atası vəfat etmişdir. Atası İosifin 11 yaşı olarkən vəfat etmişdir. 1888-ci ildə İosif Qoridə möhkəm nizam-intizam höküm sürən kilsəyə, 1894-cü ildə isə Tbilisidə seminariyaya daxil olur. Lakin buranı qurtara bilməyib oradan qovulur (rəsmi versiyaya görə Marksizmin təşviqatına görə). Daima lider olmağa çalışmış və yaxşı oxumuşdur, anasının istəyi əsasında öz kariyerasını kilsədə qurmaq istəyir. Təhsil illərində seminariyada gürcü dilində şer yazmışdır. Onun şerlərindən bir neçəsi inqilabdan əvvəl nəşr olunmuş şerlər toplusunun içində olmuşdur: 1949-cu ildə Stalinin 70 illiyinə onun rus dilində şerlərindən ibarət kitabı hazırlanırdı (gürcü dilindən tərcüməyə böyük mütəxəsislər, əsasən Arseniy Tarkovskiy cəlb olunmuşdur), lakin bu kitab nədənsə nəşr olunmadı.

Stalin inqilabdan öncə

1901-1902-ci illərdə RSDFP-nin Tbilisi və Batumi komitələrinin üzvü. RSDFP-nin II qurultayından (1903) sonra-bolşevik. Dəfələrlə həbs olunmuş, sürgün olunmuş və sürgündən qaçmışdır. 1905-1907-ci illərdə Birinci Rus inqilabının iştirakçısı. 1907-1908-ci illərdə RSDFP-nin Bakı komitəsinin üzvü. RSDFP-nin 6-cı Ümumrusiya konferensiyasında (1912) sonra MK-nın pleniumunda MK-nın və RSDFP MK-nın rus bürosuna seçkisiz qəbul olunmuşdur.
Stalinin gəncliyi, 1912-ci il1906-1907-ci illərdə Qafqazda eksproporkasiya adlanan əməliyyata rəhbərlik etmişdir. 1907-ci il 25 iyunda bolşeviklərin pula ehtiyacını ödəmək üçün inkassator faytonuna hücum təşkil etmişdir.
1909-1917-ci illərdə sürgündə olduğu müddətdə esperantonu (süni beynəlxalq dil) öyrənmişdir.
1917-ci il fevral inqilabından sonra Petroqrada qayıdır. Lenin mühacirətdən qayıdanadək MK-ya və bolşevik partiyasının Peterburq komitəsinə rəhbərlik etmişdir. 1917-ci ildən «Pravda» (Həqiqət) qəzetinin redaksiya heyyətinin, Bolşevik partiyası MK politbüronun, hərbi-inqilabı mərkəzin üzvü olmuşdur. Leninin məcburi gedişi səbəbi ilə əlaqədar olaraq gizli şəraitdə keçirilmiş RSDFP(b)nin VI qurultayında Stalin MK-da hesabat məruzəsi ilə çıxış etmişdir. Oktyabr silahlı üsyanında iştirak etmişdir. 1917-ci il Oktyabr inqilabından sonra Xalq Komissarları Sovetinə Milliyyətçilik üzrə xalq komissarı kimi daxil olmuşdur.
Müvəqqəti hökümətə və onun siyasətinə mövqedən belə çıxır ki, demokratik inqilab hələ ki, qurtarmayıb və hökümətin devrilməsi praktiki məqsəd deyil.

Vətəndaş müharibəsi

Rusiya vətəndaş müharibəsi başlayandan sonra Stalin Rusiyanın cənubuna Şimali Qafqazdan çörəyin hazırlanıb sənaye mərkəzlərinə çatdımaq üçün ÜMİK-nin (ВЦИК) fövqəladə səlahiyyətli nümayəndəsi kimi göndərlimişdi. 1918-ci ilin 6 iyununda Tsarıtsına çatan Stalin şəhərdə nizam yaratdı, Moskvaya ərzağın çatdırılmasını təmin etdi, daha sonra isə Tsarıtsını Krasnovun dəstələrindən müdafiyəyə hazırladı. K.E.Voroşilovla birlikdə onlar Tsarıtsının müdafiəsini təmin edib Krasnovun və Dutovun ordu hissələrinin birləşməsinin qarşısını aldılar.
1918-ci ilin dekabrında admiral Kolçakın Sibirə hücumu başladı. O, şimaldan hücuma keçmiş ingilislər və ağqvardiyaçılarla birləşməyi planlaşdırırdı. Yaranmış fövqəladə-ciddi vəziyyəti aradan qaldırmağı Lenin Stalinə tapşırdı. Stalin Dzerjinski ilə birlikdə Perm altında kı, vəziyyəti tez və qətiyyətlə bərpa etdilər.

Stalin 1920-ci illərdə

1922-ci ilin aprelində RKP (b) MK-nın pelniumunda Stalin MK-nın birinci katibi seçildi. Əvvəllər bu vəzifə yalnız partiya aparatına rəhbərlik demək idi, partiyanın lideri və dövlətə rəhbərliyi isə formal da olsa Xalq Komissarları Sovetinin sədri V.İ.Lenin-də qalmaqda idi.
Lenin Stalinin təşkilatçılıq qabiliyyətini, onun biliyini, təcrübəsini, milli və digər kəskin siyasi problemləri həll edə bilməsi bacarığını yüksək qiymətləndirirdi. Onlar arasında şəxsi və prinsipial mübahisələr də olmuşdur. Lakin bu hallar heç bir şəkildə siyasi zidiyyət halları almamışdır. Buna baxmayaraq Lenin Stalini kobudluqda çox kəskin sürətdə ittiham edirdi. Onun fikrincə Stalinin bu keyfiyyəti birinci katib vəzifəsində olan şəxs üçün deyil, bu hal partiya rəhbərliyinin parçalanmasına gətirib çıxara bilər.
Lenin «Qurultaya məktub»unda qeyd edirdi ki, Stalin çox kobuddur və onu birinci katib vəzifəsindən çıxartmaq lazımdır. Stalinin işçi kimi keyfiyyətlərini nəzərə alan partiya rəhbərləri bunu etmədilər.
Lenini vəfatında sonra Stalin politburonun iki ən nüfuzlu üzvləri L.B.Kamenyov və Q.E.Zinovyevlə birləşib "üçlüyü" formalaşdıra bildi. Birlikdə onlar L.D.Trotskiy və onun tərəfdarlarını məğlub edə bildilər.

Kollektivləşmə

1930-cu illərin əvvəlindən etibarən kənd təsərrüfütlarının mərkəzləşmiş kolxozlarda (kolxoz — rus dilindən tərcümədə Kollektiv Təsərrüfat deməkdir) birləşdirlməsi — təsərrüfatın məcburi kollektivləşdirilməsi aparılırdı. Torpağa olan hüququn ləğv edilməsi «siniflər məsələsi»nin həllinin nəticəsi idi. Həmçinin o zaman ki, iqtisadi düşüncələrə əsasən iri kolxozlar texnikanın birləşdirilməsi və əməyin bölüşdürülməsi hesabına daha effektiv işləyə bilərdilər. Qulaq adlanan o zamanki, kəndlilər kollektivləşməyə qarşı çıxıb çıxmadıqlarından asılı olmayaraq, məhkəməsiz istintaqsız əmək düşərgələrində işlədilir və ya Sibirin və şərqin ucqar hissələrinə göndərilirdilər.
Stalinin yeritdiyi sənayeləşdirmə buğda və digər məhsulların xaricə eksportundan əldə edilən böyük vəsaitlər və avadınlıqlar tələb edirdi. Kolxozlar üçün dövlətə veriləcək böyük miqdarda kənd təsərrüfatı məhsulları planı qoyulmuşdu. Bəzi tarixçilərin fikrincə məhz bu planlar 1932-33-cü illərdə baş vermiş kütləvi aclıqlara gətirib çıxartmışdır.
Каганович, И.В. Сталин, Постышев, Ворошилов 1934

Stalinin dövründə iqtisadiyyatın inkişafı

Sənayeləşməni məcburiyyət qarşısında qalıb ağır sənayenin baza sahələrindən inkişafa başlaması bazarları kəndə lazımi məhsullar ilə təmin edə bilmədi.
Şəhərlərin normal məhsul təchizatı pozuldu, təsərrüfat malları vergisi natura şəklində idi, 1924-cü ildə isə pulla əvəzləndi. Çıxılmaz vəziyyət yaranmışdı: balansın bərpası üçün sənayeləşməni sürətləndirmək lazım idi, sənayenin sürətli inkişafı üçün kənddən gələn məhsulların, eksporta gedəcək malların və işçi qüvvəsinin miqdarı artmalı idi, bunun üçün isə çörək istehsalı və onun əmtəəliyi artmalı, kəndlərdə ağır sənayenin məhsullarına (maşınlara, dəzgahlara) ehtiyac yaratmaq lazım idi.
Bu cür çətinliyi aradan qaldırmaq isə yalnız kənd təsərrüfatının radikal modernləşməsindən sonra həll oluna bilərdi. Nəzəri olaraq bunu üç yolla etmək olardı. Birinci — «Stolıpin islahtları»nı yeni formada davam etdirmək, QULAQ-ların artan gücünü dəstəkləmək, kəndlilərin iri fermerlərə və proletariata təbəqələşməsi, kəndin əsas vəsaitini onların xeyrinə yönəltmək. İkinci — kapitalist təsərrüfatının mənbələrini (QULAQları) ortadan qaldırmaq və iri mexanikləşdirilmiş kollektiv təsərrüfatların yaradılması. Üçüncü yol — fərdi kəndli təsərrüfatlarının tədricən inkişaf etdirmək və onları «təbii» tempdə birləşdirmək — bu yol bütün hesablara görə çox gec baş verəcəkdi. 1927-ci ildə çorək istehsalı dayandırılandan sonra qəti addımlar atmaq lazım gəldi (stabil qiymətlər, qapalı bazar və hətta represiyalara) və artıq 1928-1929-cu illərdə baş vermiş növbəti çörək qıtlığı bu problemin tezliklə həllini labüd etdi.
1929-cu ildə tədarük zamanı görülmüş fövqəladə tədbirlər artıq qeyri-normal hal kimi qəbul edildi və 1300-ə qədər qiyama gətirdi. 1929-cu ildə artıq bütün şəhərlərdə (1928-ci ildə yalnız bəzi şəhərlərdə) çörəyə kartoçka tətbiq edildi.
Kəndlərdə fermerliyin kəndçiləri təbəqələrə bölməklə yaratmaq Sovetlərin ideoloji prinsiplərinə uyğun deyildi. Kollektivləşmə kursu götürüldü. Bu da QULAQların bir «sinif» kimi məhvinə səbəb oldu.
İkinci mühüm sual — sənayeləşmə üsulunun seçilməsi. Bu məsələnin müzakirəsi çətin və uzun çəkdi, müzakirənin nəticəsi isə dövlətin və cəmiyyətin gələcək taleyini müəyyənləşdirdi. Əsrin əvvəllərindəki Rusiyadan fərqli olaraq xarici investorlar mühüm maliyyə mənbəyi kimi SSRİ-də yox idi və SSRİ sənayeləşməni yalnız və yalnız öz daxili resurslarının hesabına inkişaf edə bilərdi. Nüfuzlu qruplar (Politbüronun üzvü N.İ.Buxarin, Xalq Komisarları Sovetinin sədri A.İ.Rıkov və ÜMPİS-in (ВЦСПС) sədri M.P.Tomski) Yeni İqtisadi Siyasət (YİS) sayəsində vəsaitin toplanmasını və inkişafın «amanverici» üsuluna tərəfdar idilər. İ.V.Stalin — sürətləndirilmiş üsulun. Stalinin nöqteyi-nəzəri qalib gəldi.

Stalin və İkinci Dünya Müharibəsi

1939-cu ilin 23 avqustunda Stalin Adolf Hitler ilə «hücumetməmə paktı»-nı imzaladı. Molotov-Ribbentrop Paktının gizli əlavələrində (yalnız XX əsrin sonlarında nəşr olunmuşdur) SSRİ və Almaniya öz aralarında Şərqi Avropanı öz nüfuz dairələrinə bölməni razılaşdırmışdılar. Paktın iqtisadi cəhətlərindən də yan keçmək olmaz. Sovet rəhbərliyinin əsas şərti SSRİ-yə kreditin verilməsi idi. Müharibədən öncə potensial düşməndən kredit götürmək — unikal tarixi hadisədir, lakin Stalin bunu bacardı. Nəticədə SSRİ 7 il müddətinə 4,5%-lə 200 mln Alman markı aldı. Bu vəsait investisiya məqsədi üçün istifadə olundu: Almaniyadan avadanlıqlaq, maşınlar və dəzgahlar alındı, bu avadanlıqların böyük hissəsi sonda Almaniyaya qarşı döyüşdə istifadə olundu.
1 Sentyabrda, paktın imzalanmasında düz bir həftə sonra Hitler Polşaya qərbdən soxuldu. 17 Sentyabrda Sovetlər İttifaqı ukraynalıları və belorusiyalıları müdafiə bəhanəsi ilə Polşanın şimalına soxuldu və ölkənin şərq hissəsini tutdu (indiki Qərbi Ukrayna və Qərbi Belorusiya). O da deyilməlidir ki, hücum zamanı Polşa və Sovetlər İttifaqı arasında hücumetməmə haqqında pakt mövcud idi. Elə həmin il SSRİ və Latviya, Litva və Estoniya arasında əldə edilmiş razılığa əsasən bu ölkələrə sovet ordusunun azsaylı kontingenti yeridildi (1940-cı ildə bu ölkələr öz parlamentlərinin qərarı ilə SSRİ-yə qoşuldular). Bir az sonra Sovet İttifaqı sovet-rumın razılaşması əsasında Bessarabiyanı tutdu, hansı ki, Rumıniya 1918-ci ilin aprelində birtərəfli sürətdə özünə birləşdirmişdi (1918-ci ildə RSFSR ilə imzalanmış müqaviləni pozaraq). Bu ərazi Moldova SSR elan edildi. Bu yerlərin əhalisinin bir qismi beynəlxalq münasibətlərin kəskinləşməsi ucbatında mərkəzi rayonlara köçürülmüşdülər.
1941-ci ilin mayında Stalin öz üzərinə Xalq Komisarları Sovetinin sədri məsuliyyətini götürdü.
1941-ci il iyunun 22-də Üçüncü Reyx Sovet İttifaqına qarşı aqresiyaya başladı. Böyük Vətən müharibəsi başladı. Bəzi tarixçilərin fikrincə Stalin faşist Almaniyasının tezliklə hücum edəcəyi haqqında casus məlumatlarına haqsız olaraq etinasız yanaşmışdır. Digərləri isə düşünürlər ki, bu haqda məlumat kifayət qədər deyildi və Stalinin əlində əsas var idi ki, bu məlumatları dezinformasiya hesab etsin (Bəzi tarixçilər, almanların SSRİ-yə hücumunun gözlənilməzliyini, yaponların Pearl-Harbora hücumu ilə müqayisə edirlər). Hər halda hücum zamanı Qırmızı Ordunun dislokasiyası sərhədlər qərbə çəkildiyi üçün zəif idi, qüvvələr sərhəddə zəif konsentrasiyada və müdafiəyə tam hazırsız vəziyyətdə idi. Məhz bu şərtlər həmçinin elədə yüksək olmaya şəxsi heyətin hazırlığı və pis idarə olunma müharibənin ilk mərhələsində Hitlerə SSRİ üzərində üstünlük qazandırdı və o qısa müddətdə sovet müdafiəsini dərin yarıb, Qırmızı Ordunun nəzərəçarpacaq qüvvələrini əhatəyə alıb məhv edə bildi, həmçinin Belorusiyanı, Pribaltikanı, Ukraynanı və RSFSR-in qərb hissələrini tuta bildi.
Bir neçə aydan sonra Qırmızı Ordu öz müdafiəsini təmin etdi və 1941-ci ilin qışında almanları Moskva yaxınlığında dayandırdı. O zamana kimi artıq sənaye müəsisələri şərqə köçürülmüşdü. 1937-ci il «təmizləmə»sinin qurbanları əvəzinə özünü yeni nəsil hərbçilər büruz verdi — Jukov, Konev, Vasilievskiy,Rokossovski.
Müharibə başlayan kimi kimi Stalin Dövlət Müdafiə Komitəsinin sədri, Müdafiə Xalq komissarı və SSRİ hərbi qüvvələrinin Ali-Baş komandanı oldu. 16 Avqust 1941-ci il tarixli Ali-Baş Komandanın Qərərgahının N-270 saylı əmrində deyilirdi: «Döyüş zamanı üzərlərindən fərqlənmə nişnalarını çıxartmış və düşmən tərəfə keçmiş və ya onlara əsir düşmüş komandir və siyasi işçilər qatı dezertir hesab olunsunlar, onların ailələri isə hərbi andı pozmuş və vətəni satmış dezertirlərin ailəsi kimi həbsə məhkum olunsun.» Mühasirədən çıxmış və ya əsirlikdən qayıtmış sovet əsgərləri filtirasiya düşərgələrinə düşürdülər, bundan sonra isə böyük əksəriyyəti yenidən orduya qayıdırdılar. Müharibədən sonra alman düşərgələrindən azad olmuş bütün sovet əsgərləri DİXK (НКВД)-in yoxlanışından keçirdilər. Onların bir hissəsi SSRİ-də həbs və məhkum olunmuşdur.
Müharibənin başlanğıcında Povoljya almanları Sibirə və Mərkəzi Asiyaya köçürüldü, 1944-cü ildə isə Krım tatarları və bəzi Qafqaz xalqlarıda (həmçinin Ahıska türkləri) öz yerlərindən deportasiyaya məruz qalmışlar.
Aralarında ideoloji kinin olmasına baxmataraq SSRİ, Böyük Britaniya və ABŞ rəhbərləri Antihitler koalisiyasını yarada bildilər və 1944-cü ildə ikinci cəbhə açıldı. Bir neçə dəfə keçirilmiş yüksək səviyyəli görüşlərdə Stalin özünü bacarıqlı və qətiyyətli diplomat kimi gösətərə bildi.
Müharibə zamanı Stalin «Sovet İttifaqı qəhrəmanı» adına layiq görülüb, iki dəfə «Qələbə (Победа) ordeni» və I dərəcəli «Suvorov ordeni» ilə təltif olunmuşdur. 6 mart 1943-cü ildə Stalin «Sovet İttifaqı Marşalı» rütbəsi, 27 iyun 1945-ci ildə isə məxsusi daxil edilmiş «Sovet İttifaqı Generalisimusu» rütbəsi verildi. Hətta müharibə qurtardıqdan sonrada Stalin hərbi idarələrə (1946-cı ilin fevralınadək — Müdafiə Xalq Komisarı və 1947-ci ilin martına kimi -SSRİ Hərbi Qüvvələri naziri) rəhbərlik edib.

Stalin şəxsiyyətinə pərəstiş

Sovet propaqandası Stalinin ətrafında yarı-ilahi «böyük rəhbər və müəllim» siması yaradıldı. Stalin və onun yaxın ətrafının adları şəhərlərə, zavodlara, kolxozlara, hərbi texnikalara verilirdi. Onun adı Marks, Engels və Lenin ilə birlikdə çəkilirdi. Onun haqqında tərifləyici mahnılar bəstələnirdi və hətta onun adı SSRİ-nin 1944-cü il himninin tekstinə də salınmışdır.
Şəxsiyyətə pərəstişlik tənqid edildikdən sonra məşhur yazıçı V.Şoloxov Stalin şəxsiyyətinə pərəstiş haqqında belə demişdir: «Hə, həqiqətən də pərəstiş var idi… amma şəxsiyyət də var idi!»

Stalinin şəxsi həyatı və ölümü

1904-cü ildə Stalin Ekaterina Svanidze ilə evlənir, lakin üç ildən sonra arvadı tuberkulozdan dünyasını dəyişdi. Onların yeganə oğlu olan Yakov İkinci dünya müharibəsi zamanı almanlara əsir düşür. Bu haqda yayılmış versiyaların birində, həmçinin İvan Stadnyukun «Müharibə» və «Qurtuluş» sovet kinosunda almanlar Stalinə onun oğlunu feldmarşal Paulusa dəyişməyi təklif edirlər, buna cavabında isə Stalin deyir: «Mən əsgərə feldmarşal dəyişmirəm». 1943-cü ildə Yakov qaçmağa cəhd edərkən alman hərbi düşərgəsi olan Zaksenhauzendə güllələnmişdir. Yakov üç dəfə evli olmuşdur və onun Yevqeni adlı oğlu hətta 1990-cı illərin rusiya siyasətində də iştirak etmişdir (Stalinin nəvəsi Anpilov blokunun namizədləri sırasında olmuşdur); Cuqaşvililərin bu birbaşa kişi xətti indi də mövcuddur.
Иосиф Виссарионович Сталин (İosif Vissarionoviç Stalin)1919-cu ildə Stalin ikinci dəfə evlənir. Onun ikinici arvadı, ÜKP (b)-nin üzvü, Nadejda Alliluyeva olur. O, 1932-ci ildə Kremldə ki, otağında özünə qəsd edir (rəsmi olaraq isə qəfil ölüm kimi göstərilir). Stalinin ikinci nigahından iki uşağı olur: Svetlena və Vasiliy. Onun oğlu Vasiliy, hərbi-hava qüvvələrinin zabiti, Böyük Vətən Müharibəsində müxtəlif komandir vəzifələrində iştirak edir, müharibədən sonra isə Moskvanın havadan müdafiəsinə (general-leytenant) rəhbərlik edir, Stalinin vəfatında sonra isə həbs olunur. 1960-cı ildə azadlığa çıxdıqdan bir müddət sonra vəfat edir. Stalinin qızı Svetlana Alliluyeva 1967-ci il 6 martında Dehlidə ki, Amerika Birləşmiş Ştatları səfirliyindən siyasi sığınacaq istəyir və elə həmin ildə ABŞ-a köçür. Stalinin ailəsində 11 yaşına kimi Artyom Serqeyev (vəfat etmiş inqilabçı Fyodr Serqeyevin oğlu — «yoldaş Artyom») tərbiyə almışdır.
Həmçinin, turxan mühacirətində Stalinin nigahdankənar oğlu — Konstantin Kuzakov dünyaya gəlmişdir. Stalin onunla əlaqə saxlamamışdır.
1953-cü il martın 5-də Stalin beyninə qansızmadan vəfat etmişdir. Belə bir versiya da mövcuddur ki, Lavrenti Beriya və ya N.S.Xruşşov ona kömək etməməklə onun ölümünə səbəb olmuşlar.
1953-cü il martın 5-də Stalinlə vida mərasimi zamanı küllü miqdarda insan onunla vidalaşmaq istədiyindən basabas yaranır. O zaman həlak olnaların dəqiq sayı hələdə məlum deyil, lakin ölən kifayət qədər çox olmuşdur. Həmçinin bir faktda məlumdur ki, basabasda həlak olanlardan biri 1422 nömrəsi almışdır; nömrələmə yalnız o cəsədlər üçün aparılırdı ki, onları qohumlarının və ya dostlarını köməyi olmadan müəyyən etmək mümkün deyildi.
Stalinin balzamlanmamış cəsədi Lenin Mavzoleyində ümumxalq nümayişinə qoyulur və həmin mavzoley 1953-1961-ci illərdə «V.İ.Lenin və İ.V.Stalin Mavzoleyi» adlanır. 1961-ci il oktyabrın 30-da Sov.İKP-nin XXII qurultayında qərara alındı ki, «Stalinin Lenin vəsiyyətlərini kobud şəkildə pozması… onun cəsədini Mavzoleydə saxlamağı qeyri-mümkün edir». 1961-ci il 31 oktyabrdan 1-i noyabra keçən gecə Stalinin cəsədi Mavzoleydən çıxarıldı və Kreml divarında basdırıldı. Sonradan məzarın üzərində abidə ucaldı (büstün müəllifi M.V. Tomski).

Mükafatları

Stalin Sosialist Əməyi Qəhrəmanı (1939) və Sovet İttifaqı Qəhrəmanı fəxri adlarına layiq görülmüşdür(1945). İki «Qələbə» ordeni (1943, 1945), üç Qırmızı Bayraq ordeni, üç Lenin ordeni (1939,?,1945), I dərəcəli Suvorov ordenləri kavalyeridir.

Stalin haqqında maraqlı faktlar


Mənbə: Vikipediya
Top