Sezar - onu necə öldürdülər?

Sezar - onu necə öldürdülər?

Sezar çox xəyanətlərin şahidi olmuşdu. Ancaq o, belə bir xəyanəti heç vaxt gözləmirdi. Onun üzərinə düşmənləri deyil, yaxın bildiyi dostları gəlirdi. Xəncərlər sıyrılaraq havaya qalxmışdı və o, artıq hiss edirdi ki, ölümdən qaça bilməyəcək. Qorxudan rəngi sapsarı olmuşdu, hayqırmaq istəyirdi, ancaq ağzını aça bilmirdi. Sanki hansısa bir əl onun ağzını möhkəm-möhkəm bağlamışdı. Əslində qorxudan onun dili tutulmuşdu. Əllərini uzadaraq köksünə endirilən xəncər zərbələrinə mane olmaq istəyirdi. Gözləri isə onu öldürənlərdən amaıı diləyir, yalvarır, yalvarır, yalvarırdı. Bəlkə də başqası olsaydı, Sezarın bu dilsiz yalvarışlarının qarşısıııda tab gətirə bilməz, əlləri boşalardı. Ancaq Sezarı öldürməyə gələnlərin gözlərini qan tutmuşdu. Onlar yalnız qarşılarındakını didib-parçalamaqdan başqa bir şey düşünmürdülər... Sui-qəsdçilərin amansızcasına məhv etmək istədikləri adam bir vaxtlar dağılmaqda olan Romanın fəxri sayılırdı.

Eramızdan əvvəl 101-ci ildə Romada dünyaya gələn Sezar hələ gənc yaşlarından gözlərini hakimiyyət kürsüsünə dikmişdi. O, gündə özünü yüz dəfə taxtda görür və bunun üçün planlar cızırdı. Sezar ətrafındakılara olduqca mədəni, zəkalı, ağıllı, demokratik ruhlu bir insan təsiri bağışlayırdı. Məharətli danışığı ilə bir anda ətrafındakıları ələ ala, onları öz təsir dairəsinə sala bilirdi. Ancaq о anlayırdı ki, indiki dövrdə imperiyanın taleyini yalnız hərbçilər həll edir və hakimiyyət kürsüsünə gedən ən qısa yol da hərbdən keçir. Ona görə də, taxt-taca yiyələnmək üçün Sezar orduya daxil oldu. Aristokrat bir gəncin hərbçilərə qoşulması sanki orduda vəziyyəti dəyişdi. Az-çox hərb sənətindən baş çıxaran Sezar özünü ordu rəhbərliyinin yanında da təbliğ etməyə başladı. Bu da ona tezliklə böyük şöhrət qazandırdı. Artıq Roma ordusunun sərkərdələri Sezarın simasında ölkənin gələcəyini xilas edən bir şəxsi görməyə başladılar.
Sezar həmin dövrdə orduda mühüm vəzifələr tutan Pompeyin və Krassın köməyi ilə tezliklə özünü İspaniya valisi elan etdirdi. Ətrafına topladığı adamlar Sezarı böyük canfəşanlıqla təbliğ etməyə basladılar. Bu da öz nəticəsini verdi. O, ölkənin idarəçiliyində mühüm rol oynayan konsul vəzifəsinə seçildi. Bunun ardınca Sezarın zəfər dövrü başladı. Eramızdan əvvəl 58-ci ildə Senat ona Qalliyanı ələ kecirməyi tapşırdı. Sezar sərt Alp dağlarını aşaraq gözlənilməz zərbə ilə Qalliyanı tutdu. Bunun ardınca Sezar 7 il ərzində bütün Avropanı Romaya tabe etdirdi. Senatda hamı Sezardan danışırdı və o, ölkənin bir nömrəli adamına çevrilmişdi.
O, hakimiyyət uğrunda gedən mübarizədə özünə rəqib ola biləcək bütün adamları bir-bir aradan götürürdü. Eramızdan əvvəl 50-ci ildə Romada vətəndaş müharibəsi bas verdi. Bu üsyanın başında hakimiyyəti silah gücünə ələ keçirmək istəyən Pompey dayanmışdı. Pompey Sezarın həm dost, həm də bir müttəfiq kimi ona dəstək verəcəyini gözləyirdi. Lakin Sezar hakimiyyət uğrunda mübarizədə ən güclü rəqibi olan Pompeyi aradan götürmək üçün bəhanə axtarırdı. Ona görə də, tərəddüd etmədən, Senatın üsyanı yatırtmaq əmrini həyata keçirdi və üsyanı qan içində boğdu. Bundan sonra Senatı tamamilə öz təsiri altına alan Se­zar imperator seçilməsi üçün bir çox qanunlar qəbul etdirdi. İmperator Sulla öldükdən sonra isə, o, Senat tərəfindən özünün imperator seçilməsinə (eramızdan əvvəl 49-cu il) nail oldu.
Az sonra Sezar hakimiyyəti təkbaşına, Senatsız idarə etməyə başladı. Faktiki olaraq, о, bu hərəkətləri ilə Senatı siyasi səhnədən çıxartmışdı. An­caq Sezar Senatı tamamilə ləğv etməyə cəsarət etmədi. O, istədiyi vaxt Senatın iclaslarını çağırır, istədiyi vaxt Senatın üzvlərini işdən azad edirdi.
Çox keçmədi ki, Sezar köhnə təqvimi ləğv etdi və yeni dövr üçün təqvim hazırladı. Bu təqvimdə aylardan biri Yulius (iyul) adlanırdı. Ölkənin hər yerində isə Sezar özünün heykəllərini qoydurmuşdu. Buraxılan pulların (sikkələrin) üzərində Sezarın rəsmləri həkk olunmuşdu. Ölkədəki əhalinin sosial vəziyyəti Sezarı qətiyyən maraqlandırmırdı. Əhali aclıq və səfalət içində yaşayır, Sezar isə vaxtını əyləncə ilə keçirirdi. Ona görə də, istər xalq arasında, istərsə də Senatda Sezara qarşı nifrət artırdı. Sezar bunu hiss edirdi, lakin kef məclislərindən başı ayılmırdı. O, demək olar ki, ölkənin idarəçiliyini özbaşına buraxmışdı. Yalnız ayıq vaxtlarında şübhələndiyi adamları edam etdirirdi. Senatda heç kəs qorxudan səsini çıxara bilmirdi. Çünki Sezar ona qarşı çıxanları dərhal edam etdi­rirdi. Bu da Senatda gizli qruplaşmaların yaranmasına gətirib çıxardı. Onlar Sezarı öldürmək üçün plan hazırladılar. Sui-qəsdçilərin başında Sezarın ən yaxın dostu Brut və Kassi dayanmışdı.
Eramızdan əvvəl 44-cü il mart ayının 15-də Senata gələndə Sezarın ürəyinə nə isə dammışdı. О, hiss edirdi ki, ölkədə narazılıq artıb və bu narazılıqlar hökmən bir gün onun başında çatlayacaq. Ona görə də, Sezar bu narazılığın qarşısını almaq üçün bir sıra islahatlar həyata keçirmək istəyirdi. O, eyni zamanda Senatı toplayaraq onlara sərbəst danışmaq, hətta onu tənqid etmək imkanı vermək niyyətində idi. Sezar həmişə olduğu kimi, ona qarşı çıxanları bu yolla üzə çıxarmaq və aradan götürmək istəyirdi. O, rəqiblərini hansı üsullarla ara­dan götürəcəyini də fikirləşmişdi. Əleyhinə çıxanların gözlərini çıxartdıracaq və iti qaçan atlara bağlayaraq parça-parça etdirəcəkdi. Ancaq o, da­ha ağır cəza üsulları tapmaq niyyətində idi. Elə bir cəza ki, heç kim ölənə kimi ona qarşı çıxmağa cəsarət etməsin.
Senatda oturanda da bütün fikri ye­ni bir cəza üsulu tapmağa yönəlmişdi. Senatorlardan bir qrupunun gözlənilmədən ona qarşı çıxdığını görəndə fikirdən ayıldı və bir anlığa: «Onlar nə cəsarətlə mənim əleyhimə çıxırlar. Bilmirlər ki, başlarını bu dəqiqə bədənlərindən ayıraram» - deyə düşündü. Yerindən ayağa qalxmaq və var gücü ilə onların üstünə qışqırmaq istəyirdi. La­kin gözlənilmədən senatorların xəncərlərini sıyırdıqlarını gördükdə, özünü itirdi...
Xəncərlər enib-qalxdıqca Sezarın bədənindən qan püskürürdü. Sezar öz taxtında çırpınır, xəncər zərbələrindən xilas olmaq istəyirdi. Çətinliklə dizi üstə qalxa bildi və bu vaxt onu xəncərlə vuran şəxslərdən birini gördü. Bu, ən yaxın silahdaşı Brut idi. Brutu görən kimi sanki Sezarın dili birdən-birə açıldı və yalnız «Brut, sən də...» - deyə bildi. Ancaq Brut onu eşitmək istəmirdi və xəncəri aramsız olaraq Sezarın bədəninə endirirdi. Sonradan məlum oldu ki, Sezara 35 xəncər zərbəsi vurulubmuş.
Roma tarixində Senatda görünməmiş bir hadisə baş vermişdi. Bütün Romanı qorxu içində saxlayan, zahirən özünü demokrat kimi göstərən, daxilən isə qanlı bir diktator olan Sezar elə taxtında da qətlə yetirilmişdi. Sezarın ölümü isə xalq üçün toy-bayram idi...

Mənbə Qanun jurnalı
Həmçinin bax: Yuli Sezarın həyatı

Top