Görücü Vanqa və onun dedikləri

Görücü Vanqa və onun dedikləri

XX əsrin tanınmış görücülərindən biri də bolqar bilicisi Vanqadır. Vanqa yunan sözü olub, "xoş xəbərlər carçısı" mənasını verir. Vanqa 12 yaşında olanda bibisi qızları ilə kəndin kənarındakı Xan bulağından su gətirməyə gediblər. Gözlənilmədən tufan (fırtına) qopur. Ağacları kökündən qoparır. Dəhşətli burulğan Vanqanı götürüb xeyli (bəzi mənbələrdə 2 km) uzağa atır. Onu ağac budaqlarının, toz-torpağın, ot-ələfin içindən zorla tapıb çıxarırlar. Vanqa gözlərini aça bilmir. Həkimlər ona çarə tapa bilmirlər. Hətta cərrahiyyə əməliyyatı da edirlər. O vaxtdan Vanqa kor olur.
1925-ci ildə korlar evinə qəbul olunur. 1929-cu ildə atası öləndən sonra yetim qalan bacı-qardaşlarına böyüklük eləmək üçün evə dönür. Həyatları çox məşəqqətli keçir. 1923-cü ildən dünya işığına həsrət qalan Vanqa, 1940-cı ildə yuxusunda görür ki, gözəl bir gənc atlı onlara gəldi. Paltarı bərq vuran bu atlı işıq saçırdı. Evin astanasından içəri girər-girməz qərib dedi: Yaxınlarda bütün dünya təlatümə gələcək. Saysız-hesabsız insanlar qırılacaq. Sən insanların taleyi və ölümünü biləcəksən. Qorxma, hər vaxt sənin yanında olacam. Sən insanlara mənim sözlərimi çatdıracaqsan.
görücü Vanqa nənəDoğurudan da Vanqa sonralar dünyanın ən məşhur bilicilərindən biri oldu. 1941-ci ildən, Vanqanın dünyasını dəyişdiyi 1996-cı ilə qədər yarım milyondan artıq adam Vanqaya müraciət edərək dərdini bildirib. Vanqa onların dərdinin əlacını göstərib, itən şeylərin tapılmasına yardım edib. İnsanların talelərini deməkdən çəkinməyib. Dünya miqyaslı problemlərdən danışıb. İnsanların QİÇS (SPİD) haqqında təsəvvürü olmadığı bir zamanda dəhşətli epidemiyadan söz açıb: "İndiyə qədər məlum olmayan bir çox xəstəliklər meydana çıxacaq. İnsanlar hətta əvvəllər heç nədən şikayət etmədikləri halda, birdə gördün küçədə yıxılıb öləcəklər".
Aşağıdakılar da Vanqaya məxsusdur: "Ali idrakla müqayisədə planetmizdəki sivilizasiyanın düşüncəsi uşaqlıq dərrakəsinə bənzəyir. Adi adamlar başqa planetlərə uçacaqlar. İki yüz ildən sonra insanlar başqa planetlərdə yaşayanlarla əlaqəyə girəcəklər. Kosmosdan gələn siqnalları ilk dəfə macar cihazları qeydə alacaqlar".
Vanqadan soruşanda ki, bütün bunları necə görür? Cavab verib: Görmürəm, eşidirəm. Elə bil uzaq qərib səs bunları telefonla deyir".
Vanqa ilə müsahibə
Vanqanın bacısı qızı Krasimira Stoyanova illər boyu görücünün yanında olub, müşahidələr aparıb, onunla söhbətlərini qeyd edib. Söhbətlərdən biri:
Sual: Xala, elə olurmu ki, insanın xarici görünüşü, müəyyən peyzajlar, hadisələr gözünün önündə canlansın?
Cavab: Bəli, mən hər şeyi dəqiq görürəm.
Sual: Onlar keçmişdə, indiki zamanda və ya gələcəkdə baş verir?
Cavab: Fərq etmir.
Sual: Gördüyün informasiya şəklində olur, yoxsa insan gözlərin önündə canlanır?
Cavab : Hər ikisi eyni vaxtda baş verir.
Sual : İnsanın xüsusi kodu olurmu ki, izləməklə onun taleyini axıra kimi görmək olsun?
Vanqa bu sualı cavabsız qoyub.
Sual : Bu və ya başqa şəxsin gələcəyi gözünün önündə necə canlanır? Ayrı-ayrı mühüm hadisələr, yoxsa bütün həyatı?
Cavab: İnsanın həyatını kinolentdə olan kimi görürəm.
Sual: İnsanın fikrini oxuya bilirsənmi?
Cavab : Bəli.
Sual : İnsanın fikrini hansı məsafədən oxuya bilirsən?
Cavab : Fərq etmir. Məsafənin heç bir rolu yoxdur.
Sual : Əcnəbilərin də fikrini oxuya bilirsənmi? İnformasiya hansı dildə olur?
Cavab : Oxuyuram. Adətən səs eşidirəm. Məlumat bolqar dilində olur. Bu işdə dil problemi yoxdur.
Sual : Yanına gələn adamın yaxın zamanda başına gələcək faciə və ya ölüm haqda İlahi qüdrətlə dəqiq məlumatın olduğu halda, onu bu bəla və ya ölümdən qurtara bilməzsənmi?
Cavab: Xeyir. Nə mən, nə də başqası artıq heç nə edə bilməz.
Sual : Əgər fəlakət bir nəfərin deyil, bir şəhərin, çoxlu adamın, hətta dövlətin başına gələcəksə necə? Təşəbbüs göstərib bir şey etmək mümkündürmü?
Cavab : Yox. Belə bir cəhd mənasızdır. Taledən qaçmaq mümkün deyil.
Sual : Yanına imdada gələnin əsas probleminin nədən ibarət olduğunu necə bilirsən?
Cavab : Bir yandan həmin adam haqqında mənə səs vasitəsi ilə məlumat verilir, başqa bir tərəfdən də onun obrazı gözümün önündə canlanır və onun mənə pənah gətirməyinin səbəbi aydın olur.
Sual : Xala, necə bilirsən, görücülük qabiliyyətin haradandır?
Cavab : Mənim görücülüyüm kosmosdan - Ali qüdrətdəndir.
Sual : Xala, ölmüş adam gözlərin önündə necə canlanır?
Cavab : Mən özüm onun həm obrazını görürəm, həm də səsini eşidirəm.
Sual : Ölmüş adamla kontakt zamanı o, yalnız suallara cavab verir?
Cavab : Həm cavab verir, həm də özü suallar verir.
Sual : Öləndən sonra şəxsiyyət qalırmı?
Cavab : Bəli, qalır.
Sual : Xala, sən ölümü necə qəbul edirsən?
Cavab : Yalnız və yalnız fiziki cəhətdən sonluq kimi.
Sual : Ölüm ayağında olan adamın vəziyyətini təsvir edə bilirsənmi?
Cavab : Ölmək məqamında olan adam həyatı boyu gördüyü, lakin artıq dünyasını dəyişmiş adamların ruhları ilə görüşür. Ruhlar ona əbədi dünyaya hazırlaşmağa kömək edir. (Azərbaycanın Baş reanimatoloqu, prof. Abbas Axunbəyli Vanqanın sözlərini təsdiqləyib və əlavə edib ki, insan ölüm ayağında olanda çoxdan dünyasını dəyişmiş adamların adlarını çəkir, sanki onlarla danışır)
Sual: Ölümdən sonra insan yenidən dünyaya gəlirmi? Vanqa sualı cavabsız qoyub.
Sual: Ali idrak hardan yaranır? Kosmosdan, qədim sivilizasiyadan və ya planetimizdən?
Cavab : Ali idrak kosmosdan başlayır. O əbədi və nəhayətsizdir. Hər şey ona tabedir. Ali idrakla müqayisədə planetimizdəki sivilizasiyanın düşüncəsi uşaq dərrakəsinə bənzəyir.
Sual: Doğurdurmu ki, planetimizə başqa planetlərdən bizim sadəlövhlüklə uçan boşqablar (tarelkalar) adlandırdığımız kosmik gəmilər gəlirlər?
Cavab: Bəli, gəlirlər.
Sual: Onlar haradan gəlirlər?
Cavab: Özlərinin "Vamfim" adlandırdıqları planetdən.
Sual: Bizim sivilizasiyaya qədər Yer üzündə sivilizasiyalar olubmu?
Cavab: Bəli, olub.
Sual: Başqa sivilizasiyaların nümayəndələri ilə görüşlər olacaqmı?
Cavab: Bəli, olacaq.
Sual: Sağlamlığı qorumaq üçün nə etmək lazımdır?
Cavab: Buna xüsusi resept yoxdur. İnsan yaxşı bilir ki, nə yaxşıdır, nə pisdir. Ən əsası odur ki, qaydasınca yeyəsən. Qədərindən artıq yemək bədənin bütün üzvlərinə mənfi təsir edir. Bizə çox yemək lazım olsa idi, təbiət hər birimizə iki mədə bəxş edərdi. İnsan çox yeməkdən çəkinməli, çox hərəkətdə olmalı, çox işləməli, axşam tez yatıb, səhər tezdən qalxmalıdır.
Sual: Dünyanın sonu gələcəkmi?
Cavab: Ağılsız söhbətdir.
Sual: Xərçəng xəstəliyinin əlacı tapılacaqmı?
Cavab: Gün gələcək xərçəng xəstəliyi dəmir zəncirlə buxovlanacaq. Yaxın gələcəkdə insanlar sağlamlıqlarını bərpa etmək üçün dərman icad edəcəklər. Bu dərman at, it və tısbağanın hormonlarından düzəldiləcək.
Sual: Bəs niyə yalnız bu canlıların hormonlarından düzəldiləcək , bu dediyin dərman?
Cavab: At güclüdür, it dözümlüdür, tısbağa uzunömülüdür.
Mənbə: Q. Paşayev - Nostradamusun möcüzələri.
Həmçinin bax: Mişel Nostradamus
Top