Sevgilinizlə aranızda güclü və dərin bağlılıq olduğunu göstərən əlamətlər

Sevgilinizlə aranızda güclü və dərin bağlılıq olduğunu göstərən əlamətlər

Aranızda böyük məsafələr olsa belə sevdiyiniz insanın necə olduğunu duya bilirsiniz. Bir baxışdan xoşbəxt olub-olmadığını başa düşürsünüz… Əgər partnyorunuzla aranızda güclü mənəvi bağlılıq varsa, o zaman sizi təbrik edirik, layiqli insanı tapmısınız. Ətrafınızdakıların əksəriyyətindən daha yaxşı həyat yaşayırsınız.
Bütün cütlüklərin arasında dərin mənəvi əlaqə olduğunu demək olmaz. Bu əvəzolunmaz bir hədiyyədir… Təəssüf ki, belə bir sevgiyə qovuşmaq milyonlarla insan üçün arzu olaraq qalır.
Sevgilinizlə aranızda güclü və dərin bağlılıq olduğunu göstərən əlamətlər
1. Aranızda sirr yoxdur
Güclü mənəvi bağlılıq bütün yalanları və saxtakarlığı səndən uzaqlaşdırır. Münasibətinizdə onlara ehtiyac duyulmur, hətta “şirin” yalan olsa da.
Bir-birinizə yalan danışmırsınız. Biriniz səhv etdikdə münasibətlərinizə təsir edə biləcəyindən qorxmadan bu barədə bir-birinizə danışırsınız. Əminsiniz ki, partnyorunuz sizi başa düşəcək və qarşılıqlı razılıq əldə olunacaq.
2. Rahatlıq zonası
Partnyorunuzun yanında inanılmaz dərəcədə rahatsınız. Rahatlıq zonası birlikdə olduğunuz yerdir. Ruhi bağlılığınız inanılmaz əmin-amanlıq və səadət gətirir. Sevdiyiniz yanınızda olanda bütün məsələlər, problemlər öz əhəmiyyətini itirir və ya gözünüzdə əvvəlki qədər böyük görünmür. Anlayırsınız ki, bütün bunları dərd etməyə dəyməz.
3. Eyni mənəvi dəyər, prinsip və hədəfləriniz var
İki insan arasında güclü mənəvi bağlılıq varsa, prinsip və hədəflərinin oxşar olması təsadüfi deyil. Eyni şey ailə dəyərlərinə də aiddir. Güclü mənəvi bağlılıq gələcək həyata baxışların oxşarlığı deməkdir. Bu, birlikdə yaşamaqdan zövq almağa imkan verir.
4. Yaxınlığınız yalnız fiziki təmasla məhdudlaşmır
Sizin üçün yaxınlıq yalnız cinsi əlaqədən ibarət deyil. Şüuraltı səviyyədə bir-birinizin qəlbinə bir çox başqa cəhətdən toxuna biləcəyinizi bilirsiniz, çünki bir-birinizlə ayrılmaz şəkildə bağlısınız.
Ruhən bir-birinizlə müxtəlif yollarla əlaqə qurursunuz, hətta sadə söhbət də sizin üçün inanılmaz romantik görünür.
5. Bir-birinizi intellektual baxımdan da cəlb edirsiniz
Tamamilə fərqli insanların birgə xoşbəxt ömür sürmə ehtimalı çox aşağıdır. Cütlükləri bir-birinə bağlayan ortaq yer olmalıdır. Qəlblərin bir-birinə ruhən bağlanmasından savayı, intellektual cazibə də olmalıdır ki, saatlarla istənilən mövzuda danışa biləsiniz. Problemlərinizi rahatlıqla bölüşürsünüz, inanırsınız ki, ən yaxşı həll yolunu birlikdə tapa bilərsiniz.
6. Sinxronizasiya hiss edirsiniz
Ruhən bir-birinizə bağlısınızsa, həyatınızdakı bir çox hadisələrin sinxron baş verdiyini hiss edirsiniz. Bu, hər ikinizin doğru yolda olduğunu göstərir. Kainat isə öz mesajlarını göndərməklə bu yolda sizi dəstəklədiyini bildirməyə çalışır.
7. Bir-birinizə şəfa ötürürsünüz
Aralarında güclü mənəvi bağlılıq olan cütlüklər bir-birinin yaralarını sağalda bilir. Partnyorunuzun sadəcə varlığı sizə müsbət təsir göstərir. Güclü mənəvi bağlılıq qurmaq ruhunuzdakı bütün yaraları sağalda, hətta yenilərinin ortaya çıxmasının qarşısını ala bilər.
8. Bir-birinizi hətta uzaqdan hiss edirsiniz
Aranızda böyük məsafə olsa belə, partnyorunuzun necə olduğunu hiss edə bilirsiniz. Bu, sehr deyil, qadın və kişi arasında möhkəm enerji kanallarının olmasına dair bir işarədir. Bir baxışdan xoşbəxt olub-olmadığını başa düşə bilərsiniz.
Narahatlıqlarını bilmək üçün onunla danışmağa belə ehtiyac yoxdur, çünki qəlbiniz sizə müəyyən işarələr göndərir.
9. Yumor hissi
Əbəs yerə demirlər ki, gülüş ən yaxşı dərmandır. Yumor hissiniz eynidirsə, o zaman eyni şeylərə birlikdə və daha çox gülmək şansınız var. Gülmək ovqatı yüksəldir, sizi gözəl işlər görməyə ruhlandırır, ən əsası cavan və şux saxlayır.
 

Mənbə: publika.az
Top