Dünya dəyişsə də müəyyən təməl prinsiplər dəyişilməz qalır. Bunlar əsasən əlxaqla, etik qaydalarla bağlı prinsiplərdir. Bunlardan biri də centlmen, yəni alicənab olmaqla bağlı qaydalardır. Müasir dövrümüzdə alicənablıq qaydalarının daha mövcud olmadığını düşünə bilərik, amma bu hər kəsin özündən asılır. Hər bir kişi centlmen olmalıdır, çünki bundan daha yaxşı bir şey yoxdur.
1. Dürüst olun və niyyətinizi nədirsə, onu bəlli edin.
Sevgili olmağı düşünmürsünüzsə, bunu ona deyin. Axtardığınız şey başqadırsa, zatən bu münasibət alınmayacaq, aldatmağın mənası yoxdur. Qadınlar əşya deyil, fərddir. İstifadə edib atacağınız insanlar deyillər. Əgər bir gecəlik münasibət axtarırsınızsa, bunu əldə etmək üçün yalan danışmağınıza ehtiyac yoxdur. Küçədə sizin kimi düşünən və kağız üzərində qələbə əldə edə biləcəyiniz xeyli qadın var.
2. Münasibətin davam etməyəcəyinin fərqinə varmısınızsa, onu daha çox aldatmayın.
Bəzən işlərin yaxşı olduğunu və gələcəkdə də yaxşı olacağına özümüzü inandırırıq. Ancaq reallıqda münasibət irəliləmir, irəliləməyəcək də. Bəli, bunu qəbul etmək çətindir. Fəqət iki tərəf üçün də ən yaxşıdır budur. Vəziyyət budursa, kişi məsuliyyəti öz üzərinə götürüb addım atmalıdır. Vaxtını itirmə, ən əsası isə qarşındakı insanın vaxtını xərcləmə.
3. Danışanda ona həqiqətən qulaq asın.
Qarşındakı qadının danışdığı şeylərlə maraqlan. Diqqətini çəkən bir şey yoxdursa, boş ver, o səninlə danışarkən əylənir, önəmli olan budur. Əsas məsələ ondadır ki, kübar ol və ona qulaq asa bildiyin qədər qulaq as. Təkcə qadınları deyil, ümumiyyətlə hamını dinləmək lazımdır. İnsanlar danışdıqlarının dəyərli olmasını və dinlənilməsini sevir.
4. Ona fərd olaraq hörmət edin.
Yenə də təkrar edirik: qadın əşya deyil, o, insandır, fərddir. Sizin onu sevməyinizə rəğmən sizi tərk edə bilər, sizin bir parçanız deyil. Onu sizinmiş kimi təhdid edə bilməzsiniz, ancaq hörmət edə bilərsiniz ona. Qarşındakı inanın düşüncələrinə və baxışlarına dəyər verməlisən. Baxışlarımız toqquşsa da, düşündüklərinə hörmət etmək məcburiyyətindəyik.
5. Şəxsi həyatına hörmət edin.
Əgər qarşındakı sevgilindirsə, ona yetərincə güvənmək məcburiyyətindəsən. Kişilərin çoxu sevgililərinin telefonlarına baxmağa normal yanaşırlar. Səbəb isə sevgililərinin gizlin nəsə edə bilmələrini düşünmələridir. Əsl problem inamdadır. Əgər ona etibar etmirsinizsə, ona aşiq olmamısınız. Sevirsinizsə, etibar edirsinizsə, şəxsi həyatına hörmətlə yanaşmalısınız.
6. Onun məqsəd və arzularına dəstək olun.
Centlmen olmaq sadəcə qapını açmaq, yaxud hesabı ödəmək demək deyil. Alicənab olmaq kübar olmaq, laqeyd yanaşmamaq, dəstək vermək deməkdir. Kişi dəstək vermək üçün qadının yanındadır.
7. Ona yalan danışmayın.
Bəzi yalanları demək olar. Amma yalançılıq bəzən vərdişə çevrilir. Yalan danışmaq ikiüzlülükdür. Münasibətin təməli dürüstlükdür. Yalanlar münasibətləri məhv edir, onun ömrünü qısaldır. Sevdiyiniz qadına yalan danışmamalısınız. Əgər danışırsınızsa, deməli həyatınızda qaydasında olmayan nəsə var.
8. Ona xüsusi olduğunu hiss etdirin.
Hamını özünü xüsusi hiss etmək istəyir, bura kişilər də daxildir. Kişini centlmen edəcək şey, qabağındakı qadını nə qədər özəl hiss etdirməyindən asılıdır.
Burda kişinin işi özündən nələrsə uydurub qadınları olmadıqları şeyə inandırmaq deyil. Kişi qadını nə qədər möhtəşəm olduğuna inandırmalıdır. Bu çox da çətin deyil. Sadəcə arada bunu xatırlatmaq lazımdır qadına.
9. Ona güvəndə olduğunu hiss etdirin.
Təhlükəsizlik ehtiyacı, insanın təkamülündən irəli gələn bir xüsusiyyətdir. Bir kişi olaraq vəzifəmiz qadınımızı qorumaq deyil bəlkə. Təbii ki, qadın özünü qoruya bilər. Ancaq biz də onu qoruyarsaq, özünü daha uzun müddət güvəndə hiss edə bilər.
10. Onu tərk etməyin.
Həyat bəzən hamımız üçün çox çətin ola bilər. Amma bu çətinliklərə qarşı reaksiyamız, mübarizəmiz çox mühümdür. Bəzən səhvlər nəticəsində peşman olacağımız şeylər edə bilərik. Qarşınızdakı qadının sizə ehtiyacı varsa, onu tərk etməyin.
Müəllif:elitedaily.com
Mənbə:kulis.az