Zamanının iki məşhur siması – fransız yazıçısı Corc Sand (Avrora Düpenin təxəllüsü, ərlik familiyası Düdevan) və Polşa bəstəkarı Frederik Şopen təxminən 10 il sevgili olublar.
Köhnə qaydaların mühafizəkarları Corc Sandı cəsarətli, müstəqqil və azad filirlərinə görə sevmirdilər. O, Noan malikanəsinin sahibəsi kimi sakit həyatı çətin yazıçılıq sənətinə, baronessa Düdevan adını isə kobud kişi təxəllüsü Corc Sanda dəyişmişdi. Hekayətimiz üçün xanım Sandın bir çox görkəmli ədiblərlə münasibətini seçə bilərdik. Əgər yazıçı Prosper Merime keçici bir epizod idisə, onun şair Alfred Müsse ilə macərası indiyədək fransız ədəbiyyatı tədqiqatçılarını “müsseçilər” və “sandçılar” qisminə bölür. Belə ki, həm bu, həm də digər yazıçının nəhənd ədəbi irsi bu çılğın romanın cərəyan etdiyi dövrü əhatə edir. İki əsil sənətkar çox poetik və təmtəraqlı şəkildə ayrılırlar.
C.Sand: “Mən daha səni sevmirəm – sənə əbədi heyranam. Mən daha səni istəmirəm, ancaq sənsiz keçinə bilmirəm. Deyəsən, yalnız ilahi ildırım məni məhv edərək sağalda bilər”.
А.Müsse: “Sənin ağuşunda elə anlarım olub ki, onların xatirələri indiyədək – və görünür, hələ uzun müddət – başqa qadınlara yaxınlaşmağıma mane olur”.
Lakin Corc Sand və Frederik Şopenin on illik məhəbbətərinin tarixçəsi daha məşhurdur. Onların münasibətləri çox mürrəkkəb yollardan keçmişdi. Sand Şopendən böyük idi, birinci nikahdan iki böyük övladı var idi. Artıq bərk xəstə, əsəbi və həddindən artıq özünə qapanmış bəstəkar, demək olar ki, onunçün üçüncü övlad oldu. Yazıçı özünü hamı üçün məsuliyyət daşıyan ailə başçısı kimi hiss edirdi.
O, bəstəkarın səhhətinin qayğısına qalır, onu bütün məişət problemlərindən uzaq tuturdu. Xarakter və siyasi meyillərindəki müxtəlifliyə, qarşılıqlı qısqanclıqlarına baxmayaraq, uzun müddət bir-birinə çox güclü hislərlə bağlanmışdılar. Noanda yazıçının malikanəsi var idi, ailə yay aylarını orada keçirərdi, burada Şopenin də səhhəti yaxşılaşardı.
Sonralar tərəflərin yolları ayrılmağa başlayır. Sandın dostları elə hesab edirlər ki, Şopen onun bütün həyat gücünü, qüvvəsini alır. Şopenin rəfiqləri isə əksinə, belə düşünürdülər ki, Sand özünün dəlisov xarakteri ilə bəstəkarı stress və əsəbi gərginlik vəziyyətində saxlayır və bununla da xəstəliyini kəskinləşdirir. Hər necə olsa da, Frederik Şopen 1848-ci ildə yazıçıdan ayrıldıqdan sonra cəmi bircə il yaşadı. Yeri gəlmişkən, sevgililərin ilk ciddi incikliyinin səbəbi Şopenlə Corc Sandın oğlu Moris arasındakı münaqişə oldu. Şopeni anasına qarşı qoyan Solanjla intriqaları isə bu münasibətə son qoydu.