İnsan sevərkən gözü heç nəyi görməz. Bu hal zamanla həmin insana zərər verə bilər.
Yaxşı bir münasibət üçün bəzən fədakarlıqlar etmək və nələrdənsə keçmək olar, ancaq həddində. Özünüzü məcbur edərək və istəmədən edəcəyiniz fədakarlıqlar şəxsiyyətinizə zərər verə bilər.
Sevərkən ağıllı qərarlar vermək çətindir. Ancaq çox dəyər verdiyiniz, onun üçün hər şeyi qurban verdiyiniz münasibətiniz bir gün bitdiyində nə edəcəyini bilməyən biri olmaq istəmirsizsə, bəzi şeylərə diqqət etməlisiz.
Sevginizi sübut etmək üçün bədəninizdə bir işarə, ya əlamət olmasına ehtiyac yoxdur. Bədəninizdə onun adını gəzdirərək yox, sözləriniz, davranışlarınızla ona sevginizi göstərin. Həm nə qdər çox sevsəniz də, sevginizin ömür boyu davam edəcəyinə zəmanət varmı? Yox.
Sevgilinizlə görüşmək üçün o axşam etməli olduğunz işi sabaha saxlamaq, ya da onunla söhbət etmək üçün bütün gecə oyaq qalmağın sizə heç bir faydası olmaz. Sadəcə karyeranızda eniş yaşayacaqsız. Onu nə qədər çox sevsəniz də, digər məsuliyyətlərinizi unutmayın.
Sevgilinizi xoşbəxt görmək istəməniz normaldır. Ancaq məhz o istəyir deyə, onun xoşbəxtliyi üçün ancaq o istədiyi şeyləri etmək məcburiyyətində deyilsiz.
Münasibətinizin ilk ayında bütün vaxtınızı sevgilinizə ayırdığınız üçün dostlar yaddan çıxır. Ancaq bunun həmişə belə davam etməsinə imkan verməyin.
İllərdir vegeterian olduğunuz halda sevgiliniz ət xoşlayır deyə, ona görə yemək vərdişlərinizi dəyişdirməyin.
Sevgilinizin geyiminizə qarışmasına imkan verməyin.
Heç bir şeyi məcburi etməli deyilsiz. Onun istədiklərini etmək yerinə, danışaraq ikinizin də sevdiyi şeylər edin.