Vəfalı dostlar

Vəfalı dostlar

Silvertondan Bobbi
Silvertondan Bobbi
Silvertonlu Bobbi- Oreqon ştatında yaşayan it 2800 km yolu qət edərək sahiblərinin yanına qayıtdığı üçün bütün dünyada məhşur olmuşdur. 1923-cü ildə ailənin İndiana ştatına səyahəti zamanı iki yaşlı Bobbi yolda itmişdir. Uğursuz axtarışlardan sonra ümidsiz evə qayıdan ailə 6 aydan sonra Bobbini halsız vəziyyətdə qapılarının qarşısında aşkar etmişdirlər. Sən demə it qarlı yolları qət edərək, dağlardan keçərək sahiblərinin yanına qayıtmışdır.Bir anda bütün kütləvi informasiya vasitələri onun haqqında yazmağa, danışmağa başladı. 1927-ci ildə isə Bobbi dünyasını dəyişdi. Onu təntənəli şəkildə heyvanlar üçün qəbirstanlıqda dəf etmişdilər.


Gelert
Gelert
Tarixə yazılmış Gelert adlı it Qvineya krallığı tərəfindən ingilis kralı Llivelinə hədiyyə olunmuşdur.Llivelin ovdan evə qayıdarkən körpəsinin otaqda olmamasını, çevirilmiş beşiyini, ağzı qanlı Gelerti görərkən düşünmədən xəncəri çıxararaq onu öldürmüşdür..
Həmin an körpənin səsini eşidib otağa keçərkən körpəsini ona hücum etmiş və Gelert tərəfindən öldürülən canavarın yanında sağ salamat görmüşdür. Bu səhvi özünə bağışlamayan və itinin yoxluğu ilə barışmayan Llivelin ömrünün sonuna kimi gülməmişdir. İtini isə fəxri qarovul ilə dəfn edərək onun şərəfinə adibə ucaltmışdır.

 Grey Friar Bobbi
Grey Friar Bobbi
Bobbi və onun sahibi John Gray iki il idi ki, ayrılmaz dostlar idilər. 1858-ci ildə John Gray dünyasını dəyişənə qədər.
Dəfn mərasimindən bir gün sonra Bobbi həmin qəbirstanlıqda sahibinin yanında məskən salmışdır. Gözətçi onu qovsa da o yenidən qəbirstanlığa gələrək sahibinin məzarının yanına uzanırmış. 14 il ərzində Bobbi həmin məzardan bir dəqiqə belə ayırlmırmış. Yalnız sutkada bir dəfə ona qida verən yaxınlıqdakı mağazaya tərəf gedib qayıdırmış. Bobbi 1872-ci ildə 14 yanvar tarixində 16 yaşında dünyasını dəyişmişdir. Onu da sahibinin yanında dəfn etmişdirlər.

Şer
1936-cı ilin yayında naməlum bir keşişi vəziyyətinin ağır olması ilə əlaqədar xəstəxanaya yerləşdirmişdirlər. Onun həyatını xilas etmək mümkün olmadığından keşiş dünyasını dəyişmişdir. Ölüm qabağı etdiyi vəsiyyətə görə onun cənazəsi öz vətəninə ötürülərək valideynlərinin yanında dəfn olunması idi. Onun cənazəsini qatar ilə yola salarkən hardansa it peyda olmuşdur. Ətrafdakı insanların tanımadığı it qatar yola düşər düşməz onun izi ilə keşişin cənazəsinin düşürüldüyü stansiyayadək getməsi eşidib görən hərkəsi heyrətə gətirmişdir. Həmin gündən bəri it stansiyanı tərk etmədən sahibini görmək ümidi ilə həmin yerdə yaşayırdı. Uzun illər keçsə belə dost ümidini itirmədən hər gələn qatarın qapısı önünə keçərək ona tanış olan simanı axtarırmış. Hətta uzaqlardan həmin iti görməyə yüzlərlə insan gəlirmiş. Yaşadığı mühitin sağlamlığına təsir etdiyindən bir gün, qatarın səsini eşitmədiyi üçün yatdığı vaxt qatar təkərləri altında qalaraq həlak olmuşdur.Həmin stansiyayada məhz Şerin adı verilmişdir.

Həmçinin bax: Hatiko  
Top