Sevgidə bədən dili

Sevgidə bədən dili

Mütəxəssislər sevgiliniz, ya həyat yoldaşınızın sizi sevib sevmədiyini hərəkətlərinə baxaraq anlaya biləcəyinizi deyirlər.

Cütlüklər bir-birinə bədən dili ilə “Səni sevirəm”, “Səni sevmirəm”, “Səndən asılıyam” kimi mesajlar verir. Yəni sevgi bədən dili ilə başlayır, sonra danışıq dilinə keçir. 

Sizə marağı varmı?
Araşdırmalar zamanı qadın, ya kişinin siqaret çəkərkən ovuc içinin çevrilmiş olduğu insana qarşı marağının olduğu müəyyənləşib. Bir qadın 5 kişinin içində siqaret çəkərək o tərəf, bu tərəfə baxarsa, ancaq ovcunun içi bir insana qarşı yönəlibsə, həmin kişi özünü “seçilmiş” hiss edə bilər.

Sevgilinizə sizi aldadıb aldatmadığını soruşduğunuzda burnunun ucunu qaşıyırsa, aldadıldığınızı düşünməkdə haqlısız! İnsanlar doğrunu deməkdə çətinlik çəkdikləri zaman qan təzyiqləri yüksəlir və burundakı kapilyar damarlar təzyiq gördüyündən qaşınır. Əlbəttə, hər burun qaşınması yalan deməyə işarə deyil.

Bəzən isə münasibətlər sübut kriteriyaları ucbatından bitə bilər. Məsələn, tərəflərdən biri digərinə “Gözlərimə uzun-uzun baxmırsan, deməli, artıq məni sevmirsən” deyir.

Bədən dili bədənimizin əlcəyinə bənzədilir. Bədən dili ilə yalan demək, özəlliklə sevgi kimi duyğusal bir məsələdə çox çətindir. 

Top