Uşaqların dünyasında sevgi nədir?

Uşaqların dünyasında sevgi nədir?

4-8 yaş arası uşaqlara “Sevgi nədir?“ sualı verilib. Verilən cavablar isə çox geniş və dərin məna daşıyıb.


Rebeka (6 yaş)
  — Mənim nənəm artritdən əziyyət çəkəndə tərpənə bilmədiyi üçün ayaq dırnaqlarına boya çəkə bilmirdi. Onda mənim babam bu işi onun üçün həmişə öz əllərilə etməkdən usanmırdı. Bu, sevgidir.

Billi (4 yaş)  — Əgər kimsə səni sevirsə, sənin adını xüsusi deyəcək. Və sən bilirsən ki, sənin adın onun ağzındaykən təhlükəsiz yerdədir.

Krissi (6 yaş)  — Sevgi — bir yerə yeməyə getdiyində qarşılığında heç nə istəmədən  qızarmış kartoflarının yarısını həmin adama verməkdir.

Terri (4 yaş)  — Sevgi – yorulanda belə səni gülməyə məcbur edən yeganə şeydir.

Denni (7 yaş)  — Sevgi — anamın atama qəhvə hazırlayanda ona vermədən əvvəl dadlı olub-olmadığına əmin olmaq üçün bir qurtum içməsidir.

Emili (8 yaş)  — Sevgi o zaman yaşanır ki, həmişə öpüşərsiniz. Öpüşməkdən yorulanda isə bütün günü bir yerdə olmaq və söhbət etmək istəyirsiniz. Mənim atam və anamda da belədir. Onlar bir-birini öpəndə bir insan olurlar.

Noel (7 yaş)  — Sevgi –  bəyəndiyin oğlana “bu köynəyini xoşlayıram” dediyin üçün bütün günü həmin köynəyi geyinməsidir.

Kris (7 yaş)  — Sevgi — anamın atama üst-başı çirkli olsa belə, Robert Redford kimi yaraşıqlı olduğunu deməsidir.

Meri Enn (4 yaş)  — Sevgi – itini bütün günü evdə yalnız buraxsan da yenə də gəlib qarşında oturmasıdır.

Cesika (8 yaş)  — Əgər sən sevmirsənsə, heç bir halda “səni sevirəm” deməməlisən. Yox əgər sevirsənsə, sevdiyini həmişə deməlisən. İnsanlar isə unudurlar.

ailem.az 

Top