Səni məndən soruşsalar
Qəlbim yanıb köz tutacaq,
Səni məndən soruşsalar.
Göz yumulub, dil susacaq,
Səni məndən soruşsalar.
Bir-birinə darılmışıq,
Səhv etmişik, yanılmışıq.
Necə deyim ayrılmışıq?
Səni məndən soruşsalar.
Artdıqca artdı dərd-sərim,
Sənsiz oldu mənim yerim.
Söylə, mən nə cavab verim
Səni məndən soruşsalar?
Deyimmi pozdu ülfəti,
Bu arzunu, bu qisməti.
Söyləyimmi həqiqəti-
Səni məndən soruşsalar.
Göz ağladı, qəlb üzüldü,
Eşq ağladı, həsrət güldü.
İncimə, deyəcəm öldü-
Səni məndən soruşsalar.
29 iyul 2009 (əsgərlik, Beyləqan)