Bəzən kişilərin qəlbini oxumaq çox mürəkkəb bir iş olur.Tez-tez öz-özünüzə belə bir sual verirsiniz? «Gürəsən mən onun xoşuna gəlirəmmi?»
Onların sizi sevdiyinizi müəyyən etmənin 10 yolu var:
1.O sizin haqqınızda soruşur
Beləliklə,əgər siz xoşladığınız kişi ilə bir neçə dəfə söhbət etdikdən sonra,o sizin haqqınızda ümumi tanışlarınızdan məlumatlar öyrənməyə başlamışsa,onun marağının getdikcə artması sizdən xoşlanır deməkdir.
2.Onun baxışları
Hətta sizdən uzaq məsafədə belə olsa,sizə olan baxışların mənasını müəyyən edə bilərsiniz.Əgər onun baxışları sizə başdan ayağa qiymətləndirirmiş kimi görünürsə,baxışlarınız qarşılaşarkən sizə həfif gülümsəyirsə,sizdən xoşlanır deməkdir.
3.Onunla söhbət
Əgər O,sizin söhbətlərinizdən xoşlanırsa,sizi diqqətlə dinləyib,ciddi suallar verirsə,replikalarınıza yaxşı cavablar verirsə,deməli sizə qarşı laqeyd deyildir.
4.Gözlənilmədən müxtəlif yerlərdə qarşılaşma
Əgər o,zaman-zaman gözlənilmədən anidən siz olduğunuz yerlərdə görünürsə,sizdən xoşlanır və sizin olduğunuz yerlərdə o da olur.Bunu dəqiqləşdirmək üçün onun üzünüzə baxmaq kifayətdir.sizi gördüyündə üzü qızaracaqdır.
5.siz xoşbəxt insansınızmı?
Bu sualın sorulmasında bir səbəb var.siz xoşbəxt görünürsünüzsə,deməli təbii ki,onun xoşuna gələcəksiniz.Onu görərkən qəmli,sıxıntılı görünüşüzü dəyişin,pozitivlik romantik münasibətlər üçün daha uyğundur.
6.O sizinlə çox danışır
Əgər ikiniz də çox danışırsınızsa və o da danışmaqdan doymursa,sizə çox bağlanmışdır.Susmaq münasibətlərin ölməsi deməkdir.
7.O sizinlə əlaqə qurmağa çalışır
Əgər o sizinlə danışarkən öz maraqlarını,həyəcanlarını,qayğılarını,hətta ,məsələn ev heyvanı haqqında fikirlərini bölüşürsə,sizinlə ortaq bir nöqtəsi olmasını istəyir.Aranızda nə qədər çox əşya,fikir və s. bağlantısı varsa,bir o qədər bir-birinizə yaxın olacaqsınız deməkdir.
8.O daima sizə gülümsəyir
Kişi daima qadına gülümsəyirsə,onu sevir deməkdir.sizin də ondan xoşunuz gəlirsə,gülümsəməyi əsirgəməyin.
9.İncə məsələləri sizə söyləyirsə
Əgər o,sizinlə zərif məsələlər haqqında danışırsa,incə şeyləri paylaşırsa sizdən xoşlanır.Məsələn,bəzən kiçilər öz qəribə xüsusiyyətlərindən danışarlar,bu o deməkdir ki,sizinlə rahatlıq hiss edir.
10.sizi incitmədən zarafat edirsə
Kişi qadına aşıq olmuşsa,onu incitməyərək zarafat etməyi xoşlayır.Bəlkə də,bu onun sizi güldürmək istəməsi ilə bağlıdır.