Yeni araşdırmalar sübut edir ki, dəbdəbəli həyatın əsiri olmayan cütlüklər hər görüşdə çoxlu pul xərcləyən cütlüklərdən daha xoşbəxtdir. Bəlkə, elə siz də qeyri ənənəvi görüşlər təşkil edəsiniz?
- Sərgilərə, yeni mağazaların açılışına gedə bilərsiniz. Orada yeni insanlarla tanış olub, hətta pulsuz kokteyl də içmək olar.
- Muzeydə eksponatlarla tanış olmaq da maraqlı əyləncədir.
- Bir öpüşdən mərcə gəlib kart oyunu oynaya bilərsiniz. Yaxşı bəhanədir.
- Sevdiyin və dostlarınla mafia gecəsi keçir. Səsinizdən yata bilməyən qonşularınızı da dəvət edə bilərsiniz.
- Flashmob-da rəqs edənlərə qoşulun. Əsas odur ki, gününüz xoş keçsin, yeni insanlarla da tanış ola bilərsiniz.
- Əzizlərinizdən birinin balaca uşağı ilə parkda gəzişin. Əgər kimsə “Nə gözəl uşağınız var!” desə bolluca gülə bilərsiniz.
- Filarmoniyanın yanında salınmış parkda gözəl-ab hava var. Kral bağını xatırladan görüntüdən həzz alacaqsınz.
- Dəniz mövsümü yaxınlaşır. Balaca buterbrodlar hazırla, fotoaparatı kökləyib istirahətə yollanın. 15 dəqiqəlik hazırlıq və əvəzində 3 saatlıq əyləncə.
- Bir günlük kəndə yollanın. Meşənin içində sakit bir guşədə süfrə açıb bol-bol söhbət edin. Hətta özünüzlə müxtəlif disklər götürə bilərsiniz, onsuzda sakit meşədə heç kimə mane olmayacaqsınız.
- İçərişəhərin küçələrində əl-ələ gəzişib xəyalınızda keçən əsrdə yaşadığınızı canlandırın. Skamyaların birində əyləşib bolluca söhbətləşin.