Sən və Mən

Sən və Mən

Gəl ört pəncərəni, qalaq üz-üzə
Bir sən ol, bir də mən, bir də gözlərin.
Vüsal qərq olurkən hicran dənizə,
Ağ bir yelkən olsun o son sözlərin.


Bir sən ol, bir də mən, bir də dərdimiz.
Ağlayaq doyunca, gülək doyunca.
Baş-başa qaldıqca bu möhnətdə biz,
Döysün qapıları külək doyunca.


Döysün, qoy açmayaq, yorulsun külək.
Qəmli hicran qalsın qapıda dustaq
Bir an vüsalınla çırpınsın ürək
Sonra...sonra yenə biz ayrılmayaq.

(Rəsul Rza)
Top