Bir-birilərini həddən artıq çox sevən iki gənc maraqlı və unudulmaz səyahətə çıxmağı düşünürdülər..Evliliklərindən iki ay keçirdi.Bəxtiyar hələ də Səbinəni bu müddət ərzində gəzməyə çıxarmadığı üçün belə qərara gəlmiş
di.BuBir həftə sonra hazırlaşıb, yola düşdülər.Gəldikləri günün sabahı, cütlük meşəliyə üz tuturlar.Meşə çox sakit idi.Yalnız yüngül mehdən yarpaqların pıçıltısı eşidilirdi.Bir-birini qucaqlayıb, bu sakitlikdən zövq alırdılar.Bir xeyli beləcə gəzdilər.Dağa yaxın olduqları üçün Bəxtiyar yüngül idman köynəyini həyat yoldaşının atdı.Sonra çiyinlərini bərk-bərk qucaqlayıb qulağına pıçıldadı:- “Bilirsən də? Sən məndən qurtula bilməyəcəksən.Canım bədənimdən çıxsa da, ruhum səni sevəcək.Yəni, həmişə mənimsən, yalnız mənim.” Səbinə:-“Sən də onu bil ki, dənizlər nə qədər sonsuz olsa da, mənim sənə olan məhəbbətimdən sonsuz ola bilməz.”
Şirin sevgi sözləri ilə bir-birini sehirləyən gənclər əl-ələ gəzməyə davam edirdilər.Qız ərinin qollarından ayrılıb arxaya gedə-gedə əllərini, həyat yoldaşına uzatdı.Birdən qızın ayağı boşluğa düşdü.İrəli addım atmaq istəsə də, elə bil kimsə onu arxaya çəkirdi.Qızın ayağı yerdən üzülüb, uçuruma düşdü.Bəxtiyar irəli atılıb, arvadının əlindən yapışdı.Cəld hərəkət etdiyi üçün əli zədə almışdı.Həyatından çox sevdiyi arvadını tək əllə yuxarı çəkə bilmirdi.Qızın gözünün yaşı muncuq kimi bir-birinə calanırdı:-“Bəxtiyar, nə olar, bir çarə tap.Nə mən bundan artıq tab gətirə bilmərəm, nə də sən çox yaralı qala bilməzsən.Amma nə çarə ki, heç kimin əlindən heç nə gəlməz.Uzun müddət qız asılı havada qalmışdı.Oğlan da artıq yorulurdu.Amma:-“Qorxma, canımın içi.Sənin dənizdən sonsuz olan sevgin mənə güc verir.Bax, heç yorulmuram da.” –deyərək sevgili arvadına təskinlik verirdi.
Səbinə sevgili ərinin yaralı halına dözə bilmirdi.Qolundan axan qan, sanki, onun ürəyinə damlayırdı.Həm də bu acınacaqlı vəziyyətin sonu olmadığını düşünüb, ərinin əlini buraxdı və uçurumdan düşüb, gözdən itdi.Bəxtiyar dəli kimi:-“Səbinə! Səbinə! Sə-bi-nəəə! Sən demə, uçurumun aşağısında bir çıxıntı varmış.Qız bu çıxıntıya düşübmüş.Amma məsafə çox olduğundan qızın vəziyyəti acınacaqlı idi.
Bəxtiyar:-“Professor,arvadım necədi? Sağalacaqmı?”
Professor-: “Bəxtiyar bəy, möhkəm olun.Belə vəziyyətdə, siz ona dəstək olmalısınız.
Bəxtiyar-: “Həkim, əsas mətləbə keçin, arvadıma nə olub?
Professor-: “Arvadınız...Bilirsiniz, çox hündürdən düşdüyü üçün beldən aşağı hissəsi… Çox təəssüf edirəm.Bəxtiyar bəy, həyat yoldaşınızın əlil arabasına məhkum olması, onu itirməyinizdən daha yaxşı deyilmi?
Dolmuş gözlərlə həkimə baxaraq-: “Nə danışırsınız, professor? Əlbəttə.Onu itirmək...Onsuz bu dünyada yaşamaq… Düşünmək belə istəmirəm.
Dəniz kənarında, bir gənc, gözəl həyat yoldaşının yumşaq saçlarını oxşayaraq, onun qarşısına keçib, dizlərini yerə qoydu.Sürməli və nazlı gözlərinə baxaraq-:
Yalnızlıq gecələrin,Yağış küçələrin,Təbəssüm dodaqların,Sən isə həmişə mənimsən, nazlı mələyim, yalnız mənim.