Məhəbbətdən küsəndə......

Məhəbbətdən küsəndə......

Yazırıq sevgiden, yazırıq ancaq,
Ele setirlerde alışırıq biz.
Mehebbet olubdur oyun-oyuncaq,
Hansı mehebbetden danışırıq biz?...

Odlara qalanmaq öteri hissdir,
Kelmeler biçimli, sözler biçimli.
Çoxları diplomsuz mütexessisdir,
Eh, ürek aldatmaq bir su içimi...

Sevimmi?! Tereddüd qet ede bilmir,
Bezen itiririk inam, ümidi.
Ürek var, duyğular feth ede bilmir ,
Ürek var, hendesi fiqur kimidir...

Bir qelbe girende boyalı sözler,
Gören öz sözünü ürek dedimi?!
Axtarır, axtarır, axtarır gözler;
İşleyen bir saat kefkiri kimi...

Tebessümler saxta, söz qiymetlidir,
Yalanı yalanla alqışlayırlar.
Çoxları könülden sexavetlidir,
Her qıza bir könül bağışlayırlar...

Ele mehebbetden yazırıq ancaq,
Ele setirlerde alışırıq biz.
Mehebbet olubdur oyun-oyuncaq,
Hansı mehebbetden danışırıq biz...
Nüsrət Kəsəmənli
Top