Rahib qəbiristanlıqdakı işini bitirmək üzrə idi. O anda əlli illik arvadını itirən 78 yaşındakı kişi: " Onu nə qədər çox sevdim ." deyərək qışqıra qışqıra ağlamaya başladı. Yaşlı adamın yaşlı səsi mərasimin səssizliyini pozmuşdu. Məzar başındakı digər ailə fərdləri və dostlar çox təəccüblənmişdilər, kişinin bu hərəkətinə görə utanırdılar. Uşaqları atalarını sakitləşdirməyə çalışırdılar : "Yaxşı , ata. Səni anlayırıq." Yaşlı adam qazılan məzara yavaş yavaş enən tabuta baxırdı ...
İzdiham qəbiristanlığı tərk etməyə hazırlaşarkən, yaşlı adam getməmək üçün müqavimət göstərirdi. Gözlərini məzara dikib baxırdı. Rahib yaxınlaşdı: "Özünüzü necə hiss etdiyinizi bilirəm, amma artiq getmək vaxtıdı. Buradan ayrılmalı və özümüzü həyatın axışına buraxmalıyıq ." dedi . Yaşlı adam çarəsizlik içində bir dəfə daha "Onu nə qədər çox sevdim ."dedi "Məni anlamırsınız ," dedi rahibə "amma mən bunu ona yalnız bir dəfə söyləyə bildim ."
Zəng çalmadığı müddətcə zəng deyil .
Mahnı oxunulmadığı müddətcə mahnı deyil .
Sevgi könülümüzdə məhbus olsun deyə yaradılmamışdır .
Sevgi insanlara verdiyimiz müddətcə sevgidir ...