Məhəbbət digər duyğularla yanaşı, müstəqil mövcud olan sadə duyğu kimi. Altıncı duyğu!
Məhəbbət - qəlb yarımçıqlığından doğan bir hiss, - tamamlanmaya ehtiyac...
Məhəbbət - yarımçığın bütövləşmək əzmi!
Məhəbbət - hissənin tama, yarımçığın bütövə doğru hərəkəti!
Məhəbbət - vahidin əzəmətinə, bütövün gözəlliyinə, tamın harmoniyasına heyranlıq!
Məhəbbət - potensial duyğu kimi, sevmək əzmi kimi!... Və məhəbbət iki tərəf arasında münasibət kimi; ünvanını tapmış, konkretləşmiş mənəvi-estetik proses kimi!
Bütövə daxil olaraq bütövləşmək, vahiddə itərək vahidləşmək! Tamın harmoniyasına daxil olmaq, harmonik aləmin sakini olmaq. İki yarımçığın birləşərək bütövləşməsi üçün yarımçıqların əslində nə vaxtsa bütövün iki parçası olması haqqında əsatirə inam (Platon versiyası).
Mənbə: "Məhəbbət və intellekt" kitabı