Mənim sənə yazığım gəlir.Necə də zavallı,necə də acizsən.Sən məni deyil,qəlbimi qazandın.Sevdirdin özünü.Afərin sənə.Səni elə sevdim ki,sənə elə aşiq oldum ki,bu sevgi məni məndən aldı.Çox bacarıqlısan.Sevməkdə,sevdirməkdə.......... Bəs bu "bacarığını" niyə axıradək nümayiş etdirə bilmədin?Niyə?Nişanlısan!!Səni başqasına nişanladılar.Sən...sənsə....sevgimiz uğrunda mübarizə apara bilmədin.Acizcəsinə valıdeyinlərinə tabe oldun.Yəni,sevginin gücü bura qədərmiş?....Nişanlandığından xəbər tutanda nələr çəkdiyimi düşündünmü?Nə acılar çəkdim,yuxusuzluq,göz yaşlarım......Hətta intihara əl atdım
.Essensial içdim.......Ancaq məni xilas etdilər.Bir müddət sonra mən də nişanlandım. Sevmirəm onu...nişanlım çox gözəl insandı.Ancaq sevə bilmirəm onu.Sən acizi hələ də sevirəm.Sənə nifət etməyə çox çalışdım.Olmadı.....
Daha da çox sevdim.Çünki yalnız səni düşünürəm.Mən xoşbəxt deyiləm.Çünki,sən yoxsan yanımda.Sən də çox güman ki,xoşbəxt deyilsən.Çünki,mənsizsən.Özün seçdiyin mənsizlik.....Nişanlını sevmirsən,o da xoşbəxt olmayacaq.Lakin təsəllim budur ki,mənim nişanlım xoşbəxt hesab edir özünü.Çünki,məni çox sevir,və səni sevdiyimi bilmir.Onunla olduğum üçün çox sevinir.İstəməzdim o da bədbəxt olsun.Səni hələ də sevdiyim üçün özümə çox acıqlıyam.Sən aciz olduğun üçün də sənə acıqlıyam....
Məni əldə etməyə çalışmadın.Qovuşmağımız üçün mübarizə aparmadın.Hansı sevgidən danışırdın???Hansı sevgidən danışırsan???
Bu gün sənin toyundur.Ağ gəlinlikdə yanında addımlayan mən deyil,bir başqasıdır.Bu səhnəni görmək kaş mənə nəsib olmayaydı.Təəssüf ki,oldu.....
Sizə baxıram.Qəhər gözlərimi boğduğundan,çox çətin görürəm.Artıq başım gicəllənir və gözlərim qaralır.Daha görmürəm...Başımın üstündə həkimlər,qohumlarım,nişanlım və hönkür-hönkür ağlayan sən!!!!Məni xilas edə bilməyəcəklər.Çünki,bu dəfə içdiyim essensial deyil,zəhərdir.Mən bu cür yaşaya bilməzdim.Səni birdəfəlik itirməkdənsə həyatdan həmişəlik getməyi üstün bildim.Sən acizsən,mənsə sənə olan sevgimlə bərabər ölməyi üstün bildim...Buna layiq olmasanda..Əlimdə nişanlıma yazdığım məktub: __
"Əzizim,bağışla.Bağışla məni.Bilirəm,mən indi həyatda yoxam.Sənə böyük əzab verib gedirəm.Səni çox sevirəm,hörmətim sonsuzdur.Ancaq,sevmirəm..Sevgiyə layiqsən,sadəcə qəlbim bütünlüklə başqasına aiddir.Çox çalışdım onu unudam səni,tək səni sevəm.Olmadı.O "aciz" həyat qarşısında,mənsə sevgim qarşısında aciz idim.Səni də yarı yolda buraxdım ki,həyatına tamamilə girib səni bədbəxt etməyim.Bağışla məni,qəlbini incitdiyim üçün bağışla.Səndən sonda ricam var.O acizə bu sözlərimi çatdır: " Sevgi insanda mənlik istər,mərdlik,sədaqət istər.Aciz insan itirir və peşman olur.Sonrakı peşmançılıq isə fayda vermir.Qoy xoşbəxt olsun.Övladına adımı qoyar.O anda da acizlik etməzsə.Hər zaman övladını çağırdıqda məni xatırlar." Sənə də təşəkkür edirəm.Bilirəm mən də acizəm.Hisslərim,sevgim qarşısında.Nə isə.....Allah keçsin günahımdan......."
Imza:ACİZ!!!!!!!!
Müəllif: Cahandar Həsənli. Mənbə:Bu yazı internet aləmində ilk dəfə yayımlanır.müəllifin imzası olmadan yayımlamaq qadağandır.