Mənim hekayəm 15 yaşından başlayır.Elə bir hekayə ki,necə olduğunu hələ anlamıram!15 yaşındaydım.O,həm məktəb ,həm də məhəllədə qalan bir tanışım idi.Başlanğıcda sadəcə bir tanış,mən elə də zənn etmişdim sonra nece oldu anlamadım,özünü sevdirməyi bacardı.Sevdim doğurdan da çox sevdim,amma bunu ikimiz də bir-birmizə deyə bilmirdik.Mən də qız olduğum üçün təbii ki,ondan gözləyirdim...
1 il sadəcə baxışlamızla sevdiyimizi demədən keçdi.
Bir gün səhər duranda məni başqa birisi üçün istəməyə gələcəklərini öyrəndim,buna qarşı çıxdım,yalvardım amma dinləmədilər.Gələnlər varlıymış,məni xoşbəxt edəcəkmiş,pulsuz həyat olmazmış...Yalvardım,yaxardım amma döndərə bilmədim fikirlərini .Atasız olmağmın acısıyla məni onunla nişanladılar.Ölmək istədim amma edə bilmədim...
Bəs,o nə etdi?..Gözlərimə baxmadı artıq,onu sevmədiyimi düşündü yəqinki.Amma mən yenə mənə sahib çıxar deyə gözlədim amma olmadı.Toy günüm (mənim üçün ölüm günüm) gəlmişdi artıq.Toya gəlmədi? deyə düşünəcəksiniz,gəldi.Çox uzun bir vaxtdan sonra ilk dəfə idi ki,görürdüm.Saç-saqqal bir-birinə qarışmışdı,axırıncı dəfə gözlərimin içinə baxdı: "xoşbəxt ol" dedi və getdi...
Mənim üçün artıq hər şey bitmişdi,yanımda bir yadla yeni həyata başlamışdım.İllər keçdi,uşaqlarım da oldu,onlar mənə bəlkə hər şeyi unutdurdu amma onu əsla...
İllər sonra onu gördüm,mənə isə sadəcə olaraq: "Səni nə qədər çox sevdiyimi deyə bilmədim,kaş ki,deyə bilsəydim..." dedi.
Sonradan öyrəndim ki,heç kimlə evlənməyib,heç unutmayıb,bir gün sevdiyini deye biləcəyi günü gözləyib...Nə olardi ki,bu illər əvvəllər olsaydı,yanımda o olsaydı,uşaqlarmın atası o olsaydı...
Pul ilə xoşbəxtlik olur deyənlərə son sözüm.Əgər qəlbin bir başqasına aiddirsə,dünyanın ən zəngini olsan belə yenə fayda verməz...
ALLAH heç kimi sevdiyindən ayırmasın.AMİN!
Həmçinin bax:
Sən bu vəziyyətdə olsaydın nə edərdin?
Olmuş məhəbbət hekayəsi
Maraqlı eşq hekayəsi
Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.
Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.