Sənin üçün “qadağa” dedilər.
-qadağalar onu pozmaq üçündür,dedim.
Sənin üçün “imkansız” dedilər.
-önəmli olan imkansızı bacarmaq,dedim.
Sənin üçün “olmaz” dedilər.
-dünyada olmayacaq şey yox,dedim.
Sənin üçün “çətin” dedilər.
-asan olsaydı dəyəri olmazdı,dedim.
Onda tapdığın nədir ki,dedilər.
-hər kəsdə axtarıb tapmadığım dedim.
Sənin üçün “O nə” dedilər.
-həyatdakı gülən üz dedim.
Ona belə nə cür bağlandın,dedilər.
-mən deyil o “bağladı” dedim.
O da sənin kimi sevdimi,dedilər.
-bax cavab vermədiyim tək şey bu idi.
Əgər bunu bilmirsənsə vaz keç,dedilər.
-vazkeçəcək olsaydım sevməzdim,dedim.
Mətn Türkcədən Azərbaycan dilinə tərcümə edilmişdir.
Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.
Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.