Məhəbbət düsturu

Məhəbbət düsturu

Oxşardır sevginin tarixçələri.
Yatmışdıq yuxudan ayıldıq,əlbət!
Belədir bir eşqin nəticələri
Üstəgəl ayrılıq,çıxaq məhəbbət.


Heç kimə dərs deyil,olub-olacaq.
Həzz ilə zülm edir özünə millət.
Səndən gördüklərim bunlardır ancaq
Üstəgəl məşəqqət,çıxaq mərhəmət.


Hər şeydə günahkar tək məni saydın.
Biz necə olaydıq səninlə xoşbəxt?!
Cəbrinin cavabı öncədən aydın,
Üstəgəl haqsızlıq,çıxaq ədalət!


Nə günə qoyurdu məni o eşqin,
Hardandı səndəki bu kin,kidurət?!
Hasilə nə qaldı,indi bax sevin...
Üstəgəl miskinlik, çıxaq əzəmət...


Dedilər sınama,sınanan haqdı,
Əzilən adamdan umma dəyanət.
Gör gəlib axırı hayana çıxdı!
Üstəgəl xəyanət,çıxaq sədaqət.



Mən ülfət unadım,sən həsrət dedin.
Dözümə tapmadım özümdə qüdrət!
İndi bu qalığı haqq-hesab edin
Üstəgəl fəlakət,çıxaq səadət.

sevgi ürəyi

Top