Birisi olacaq...

Birisi olacaq...

Basqa birisi olacag. Onunla danışanda tez-tez sənin adını çəkəcəm, sonra onu nə qədər incitdiyimin fərqinə varıb üzr istəyəcəm, o isə “anlayıram” deyəcək.. Səni misal gətirəcəm hər hadisədə, “o elə edərdi”, “o bunu deyərdi” kimi ifadələrlə... səni unutmadığımı hiss etsə də sözlərimdə, içində boğacaq hisslərini və gülümsəyərək yola verəcək...

Mən də yola verəcəm, sənsiz bütün həyatımı.. Bəlkə mən də onun üçün birisi olacam, bəlkə onun böyük, bəlkə də ilk sevgisi olacam.. O sən olmayacaq, səni əvəz etməyəcək, edə bilməyəcək.. Hər dəfə sözümüz düz gəlməyəndə, ya sənli xatirələrdə boğulduğuma dözüb-dözüb partlayanda dalaşacağıq, amma evdən çıxıb təklikdə gəzdiyim anlarda, ondan küsülü və ayrı qaldığım anlarda onun üçün deyil, sənin üçün darıxacam.. Birisi olacaq, onu sevməyəcəm, sadəcə tək qalmamaq üçün qəbul edərək sevgisini, aldadacam özümü.. Onunla bigə belə səni yaşayacam yoxluğunla.. Birisi mütləq olacaq bəlkə, yanımda, daim, onunla yaşayacam səninlə yaşaya bilmədiklərimi, qəlbimdə daim sənin sevgini yaşayaraq ağlayacam gecələri.. Hər dəfə yaxınlaşıb niyə ağladığımı və niyə siqaret çəkdiyimi soruşacaq, bəzən cəsarət toplayıb “onu düşünürəm” deyəcəm, bəlkə də “heç…” deyib qucaqlayacam onu bərk-bərk, gözlərimdən damla-damla axacaqsan, bütün qəlbimlə səni içimə dəfn edib daim qəbrin üzərində göz yaşı tökəcəm.. Sən başqası ilə xoşbəxt olacaqsan, mənimdə yanımda başqa birisi olacaq, bir daha heç vaxt sevə bilməyəcəyimə əmin olsam da, ona bəlkə bir gün onu sevə bilərəm deyə ümid verib yanımda olmasını istəyəcəm, güman ki, qəbul edəcək.. Ona verə biləcəyim hər şeyi verməyə çalışacam, sevgisinə qarşılıq, sırf sənin mənə qarşı etdiklərin kimi.. Ondan dünyaya gələcək qızımın saçlarında, gözlərində axtaracam sənə aid izləri, bəlkə sənə olan sevgimə qarşılıq Allah mənə sənə bənzəyən bir övlad verər deyə ümidlə gözləyəcəm daim səndən olmasını arzu etdiyim qızımı.. Birisi mənim həyatımın tamı olacaq, sevgimdən başqa hərşeyim olacaq.. Onunla boşluqları dolduracam.. Ona daim yalan danışacam, hətta gülümsəməyim də yalançı olacaq, o mənim üçün sadəcə BİRİSİ olacaq, heç vaxt SƏN ola bilməyəcək.. Birisi bəlkə nə vaxtsa, olacaq, bəlkə də səndən sonra kimsəyə toxuna bilməyəcəm, kimsəyə baxa bilməyəcəm və həyatımı səninlə dolan bütün xatirələrimlə yaşayacam sonadək, bəlkə də birisi heç olmayacaq.. Yalnız nə qədər davam gətirəcəm, bilmirəm.. Əslində mən tək yaşamağa məhkumam, əslində yanımda səndən başqa bütün olanlar BİRİSİ oldu sadəcə.. Səndən öncəkilər sənin axtarışların zamanı yolda qarşılaşdıqlarım, səndən sonra olanlar sadəcə sənsizliyin iztirabını unutmaq üçün vasitəçi.. Alınmadı, hər nə qədər məni sevsələr belə, sən ola bilmədilər.. Hər dəfə birisinin gözlərində səni gördüm, digərinin saçlarında, başqa birisinin səsində və ya üz cizgilərində mənə səni xatırladan izlərə rastlaşdıqca mən izlərlə qaldım, o izlərlə səni unutmağa çalışdım, yeni izlərə bağlanmaq istədim, amma bacarmadım.. Birisi olacaq deyirlər, hə.. Şəkillərinə baxacam ondan gizli, bəzən işdən çıxıb səni xatırladan yerlərdə keçirəcəm vaxtımı, evə gec getməyimin səbəbi kimi “işim var idi” deyib yola verəcəm.. Mənim üçün birisi olduğu zamanlarda sən haralarda olacaqsan? Bəlkə başqası üçün sən də birisi olacaqsan, bəlkə qarşılıqlı sevib bu dəfə xoşbəxt olacaqsan.. Qəribədir, deyirlər qarşılıqlı sevgi xoşbəxtlikdir, amma məni məhz qarşılıqlı sevgilər bədbəxt edib.. Bir gün onunla yolda sənə rast gələcəm, tutmağa qıymadığım əllərindən başqasının tutduğunu görəndə keçirəcəyim hissləri təsəvvür etmirəm, amma geriyə baxmaq hissi məni öldürəcək.. Sənin isə içini daim bir söz yeyib səni məhv edəcək: Kaş.. Onda gec olacaq, çünki artıq o zaman sənin də həyatında birisi olacaq..

 

Müəllif:Nur Persona Non Grata

Top