Tac - Mahal abidəsi Hindistanın və bəlkə də dünyanın ən gözəl arxitektur abidəsidir. Onun hündürlüyü 75 metrdir və Yamina çayının vadisində ucaldılmışdır. Ağ mərmərdən hazırlanmış və qadın formasını xatırladan 1 böyük 4 kiçik minarə göylərə ucalır. Milyonlarla turisti cəlb edən yalnız Tac-Mahalın xarici gözəlliyi deyil, eyni zamanda onun çox kövrək sevgi hekayəsidir. Bu Məbəd deyilənlərə görə çox saf sevginin nəticəsində yaranmışıdır. Bu movzoley boyuk Monqol şahı, müsəlman Cahan Şah tərəfindən həyat yoldaşı, gözəllər-gözəli olan Mumtaz Mahala olan sevgisinin sübutudur. XVII əsrin əvvəllərində Cahan ŞAh Mumtazla evlənir, baxmayar ki, onun da bütün şərq hökmdarları kimi hərəmxanası var idi, o yalnız Mumtazı sevirdi, onlar arasında zərif sevgi yaşayırdı. Şahın isə cəmi 19 yaşı var idi.
Mumtaz Sultan öz hökmdarına 8 oğul, 6 qız övladı bəxş etmişdi, lakin 14- cü uşaq düynaya gəldikən az sonrao vəfat etmişdir. Bu hadisədən sonra ŞAh uzun müddət özünə gələ bilməmiş birdən-birə saçları tamamilə ağarmışdı. O ölkədə iki illik matəm elan edir- oxumaq oynamaq bayram etmək qəti qadağan idi. Sonradan Monqol xanlığının o zamankı paytaxtı Aqrada Cahan Şahın sevgilisinin gözəlliyini əks etdirə biləck sarayın inşasına başlanır. Öz ölçüsünə və gözəlliyinə görə dövrünün bütün saraylarından fərqlənən bu sarayın tikintisi düz 20 il çəkmişdir. onun tikintisində 20mindən çox insan işləmiş, o cümlədən Türkiyə, Hindistan, Səmərqənd və Misirdən ən bacarıqlı memar və arxitektorlar cəlb edilmişdir. Tac - Mahal üzərində müxtəli ərəb yazıları və Qurani- Kərimdən bir neçə ayə də yazılmışıdr. ONUn ətrafında isə ümumi sahəsi 18 hektar olan gözəl parklar salınmışdır.Şah Cahan düşünürdü ki, Tac-Mahalla düz üzbəüz Qara mərmərdən eyni Tac-Mahal kimi daha bir abidə ucaltsın və burada özü dəfn edilsin. İki Saray bir-biri ilə Körpü ilə birləşsin. Lakin Onun ömrü buna vəfa etmədi.
Həyatın hökmü ilə Şah bir andaca hər şeyini itirir, zəncirlənir və zindana atılır.Bir zaman dunyana sahib olan Cahan Şah artıq heç kim idi. Tezliklə Şah da dünyasını dəyişir və öz sevgilisinin yanında Tac-Mahalda dəfn edilir.
Əsl Sevgi... P.S - Bəyənələrdən xahiş olunur səs versinlər və fikirlərini şərhlərində bildirsinilər.