Masumi Toyotome bir yapon yazıçısıdır. "Dünyada sevilmək istəməyən adam yoxdur", "Amma sevgi nədir, harada tapılır, bilirikmi?"- deyə soruşur. Sonra izah etməyə başlayır. onun düşüncəsinə görə sevgi 3 növdən ibarətdir!...
Birincinin adı "Əgər" növü sevgidir!..Müəyyən qarşılıqları gözləsək bizə veriləcək sevgiyə bu adı vermişdir yazıçı..
buna müvafiq nümunələr gətirərək izahat verir yazıçı: Əgər yaxşı olsan atan, anan səni sevər. Əgər müvəffəqiyyət qazansan və mühim adam olsan səni sevərəm.Əgər yoldaş olaraq mənim ehtiyaclarımı qarşılasan səni sevərəm. Toyotome -ən çox rast gəlinən sevgi növünün bu olduğunu da qeyd edir. Bir şərtlə bağlı sevgi..Qarşılıq gözləyən sevgi.. "Sevənin, istədiyi bir şeyin təmin edilməsi qarşılığı olaraq vəd edilən bir sevgi növüdür bu"- deyir yazıçı.
- Səbəbi və şəkli baxımından eqoistdir. Məqsədi sevgi, qarşılığı bir şey qazanmaqdır. Yazıçıya görə evliliklərin bir çoxu "Egər" növü sevgi üzərində qurulduğu üçün tez dağıdılır. Gənclər bir- birilərinin o ankı həqiqi hallarına deyil, xəyallarındakı şişirdilmiş romantik görüşünə aşiq olur və qarşılıq gözləməyə başlayırlar. Görlənilənlər reallaşmadığında da, xəyalları puç olmağa başlayır. Sevgi gedərək nifrətə çevrilir. Ən saf olması lazım olan ana- ata sevgisində belə "egər" növünə rast gəlinir.
yazıçı buna bir nümunə gətirir: Bir gənc Tokio Universitetinə giriş imtahanlarını qazanaraq atasını xoşbəxt etmək üçün çox çalışır. Məktəb xaricində hazırlıq kurslarına da gedir. Amma müvəffəqiyyət qazana bilmir. Atasının üzünə baxacaq halı qalmır. Kədərini yüngülləşdirmək üçün bir həftəliyinə Hakone istirahət mərkəzinə gedir. Evə qayıtdığında atası qəzəblə "imtahanı qazana bilmədin. bir də utanmadan Hakoneyə getdin" deyə danlayır.Cavan "amma ata vaxtilə səndə bir ara özünün pis hiss etdiyində Hakoneyə getdiyini izah etmişdin"- deyir. Ata daha çox əsəbləşərək, cavanı şillələyir. Uşaq da intihar edir. "Qəzetlər intiharın anlıq bir sinir böhranı nəticəsi olduğunu söylədilər, əlbəttə ki yalnış məlumat idi"-deyə əlavə edir yazıçı. -Cavan, atasının özünə olan sevgisinin yüksək səviyyədə qarşılıq gözləmələri ilə bağlı olduğunu anlamışdı!.. insanlar "egər" növü sevginin üzərində bir sevgi axtarışındadırlar əslində.. Bu sevginin varlığını və harada axtarılması lazım olduğunu bilmək, bu gənc adamın etdiyi kimi, həyatı davam etdirməklə, ondan imtina etmək arasında bir seçim etməklə qarşı- qarşıya qaldığımızda əhəmiyyətli rol oynaya bilər- deyir Masumi Toyotome.
İkinci növə keçirik: "çünki" növü olan sevgi...Toyotome bu cür sevgini belə təsvir edir: Bu cür sevgidə adam, bir şeyə sahib olduğu ya da bir şey etdiyi üçün sevilər. Başqa birinin onu sevməsi, sahib olduğu bir xüsusiyyətə ya da şərtə bağlıdır. Nümunəmi istəyirsiniz?.. Səni sevirəm çünki çox gözəlsən (yaraşıqlısan). Səni sevirəm.Çünki o qədər məşhur, o qədər zəngin, o qədər tanınmısan ki...Səni sevirəm. Çünki mənə o qədər güvən verirsən ki..Səni sevirəm.Çünki məni üstü açıq avtomobilinlə, o qədər romantik yerlərə aparırsanki..
- Yazıçı seçim zamanı "Çünki" növü sevginin, "Əgər" növü sevgiyə tərcih ediləcəyini izah edir. Əgər növü sevgi, bir qarşılıq şərtinə bağlı olduğundan böyük və ağır bir yük halına gələ bilər. Halbuki onsuz da sahib olduğumuz bir xüsusiyyət üzündən sevilməmiz, xoş bir şeydir. Çünki növü sevgi, olduğumuz kimi sevilməkdir. İnsanlar olduqları kimi sevilməyi seçərlər. bü cür sevgi onlara yük gətirmədiyi üçün rahatlaşdırıcıdır. Amma dərin düşünsəniz, bu növün, "əgər" növündən təməldə çox fərqlənmədiyini görərsiniz. Qaldı ki, bu sevgiyə, elə bu növdə agır yüklər gətirər insana..İnsanlar həmişə daha çox insan tərəfindən sevilmək istəyərlər. Pərəstikşkarlarına yenilərini əlavə etmək üçün səy göstərərlər. Seviləcək xüsusiyyətlərə onlardan bir az daha çox sahib olan biri ortaya çıxdığı zaman, sevənlərinin, artıq o birini sevməyə başlayacağından qorxmağa başlayarlar. Beləcə həyatı sonsuz sevgi qazanma hərisliyinə və rəqabətinə çevrilər.
Ailənin ən kiçik qızı yeni doğan körpəyə, sinifin ən gözəl qızı, yeni gələn qıza, üstü açıq BMÜ ilə hava atan cavan, Ferrari ilə gələnə,evli qadın ərinin gənc və gözəl katibəsinə qısqanclıq hissi ilə yanaşar. Bəs onda bu cür sevgidə güvən, inam duyğusu tapıla bilərmi?- deyə soruşur, Toyotome. Çünki növü sevgi də, gerçək və möhkəm ola bilməz- deyir. Bu cür sevginin güvən duyğusu verməməyinin daha iki ayrı səbəbi var: Birincisi- Görəsən bizi sevən adamın düşündüyün insanıqnı? qorxusu..Bütün insanları iki yönü vardır. Biri xaricdə göstərdikləri, digəri isə yalnız özlərinin bildiyi...insanlar hesab etdikləri adam olmadığımızı anlayar və bizi tərk edərlərsə!- qorxusu buradan yaranır. İkincisi də... Ya günün birində dəyişsəm və insanlar məni sevməzlərsə...narahatçılığıdır.
Yaponiyada bir təmizləyicidə çalışan dünya gözəli qızın üzü partlayan qazanla parçalanmış, pis şəkilə düşmüş, çirkinləşmişdi. Bu səbəbdən nişanlısı nişanı pozub onu tərk edir. Daha dözülməzi isə... Eyni şəhərdə yaşayan ana və atası, artıq çirkin olan qızlarını xəstəxanaya ziyarətə belə gəlməmişlər. Sahib olduğu sevgi gözəllik təməli üzərinə qurulduğu üçün bir gündə yox olmuşdur. Gözəllik qalmayınca sevgidə qalmamışdır. Qız isə bir neçə ay sonra kədərdən ölmüşdür.
Yapon yazıçı- cəmiyyətdəki sevgilərin çoxu "çünki2 növündədir və bu cür sevgi qalıcılığı mövzusunda insanı həmişə şübhəyə salar- deyir.
Yaxşı, bəs onda, gerçək sevgi, güvəniləcək sevgi hansıdır?.....Və nəhayət sevgilərin ən gerçəyi!.. Bir şərtə bağlı olmadığı üçün və qarşılığında bir şey gözlənilmədiyi üçün "egər" növü sevgidən fərqlidir bu sevgi...Sevilən adamın cazibədar bir xüsusiyyətinə arxalanan, belə bir şeyin varlığını əsas olaraq qəbul etmədiyini üçün "çünki" növü sevgi də deyil bu!
Bu üçüncü növ sevgidə, insan "bir şey olduğu üçün" deyil, "bir şey olmasına baxmayaraq" sevilər. Gözəlliyə baxırsınızmı?.. Baxmayaraq sevgi....Esmeralda Qvazimodanı dünyanın ən çirkin, ən qorxunc donqarı olmasına "baxmayaraq" sevər.Zadəgan, yaraşıqlı, zəngin cavan da Esmeraldaya qaraçı olmasına "baxmayaraq" pərəstiş edər.İnsan dünyanın ən çirkin, ən yazıq, ən səfili ola bilər. Bunlara "baxmayaraq" sevilə bilər. Burada insanın, yaxşı, cazibədar ya da zəngin mövqe əldə edərək sevgini qazanması lazim deyil. Qüsurlarına, cahilliyinə, pis xasiyyətlərinə ya da pis keçmişinə "baxmayaraq" olduğu kimi, o halı ilə sevilə bilir.Tamamilə çox dəyərsiz biri kimi görünə, amma ən qiymətli kimi sevilə bilər.
Yapon yazıçı- ürəklərin ən çox susadığı sevgi budur- deyir. Fərqində olsanız da, olmasanız da, bu cür sevgi sizin üçün yemək, içki, geyim, ev, ailə, zənginlik, mevəffəqiyyət ya da şöhrətdən daha əhəmiyyətlidir. Bundan necə əmindir? haqlı olduğunu sübüt etmək üçün sizi bir testə dəvət edir. Bu məsuliyyətə cavab verin - deyir.
- ürəyinizin dərinliklərində, dünyada heç kimin sizi vecinə almadığını və heç kimin sizi sevmədiyini düşünsəydiniz yemək, paltar, ev, ailə, zənginlik, mevəffəqiyyə və şöhrətə olan marağınız itməzdimi? öz -özünüzə yaşamağın nə faydası var deyə soruşmazdınızmı?
Davam edir Toyotome...
- bu anda ən sevdiyiniz adamın sizi yalnız öz mənfəəti üçün sevdiyini anladığınızı düşünün. Dünya birdən- birə başınıza çökməzdimi? O an həyat sizə mənasız gəlməzdimi?..
- deyək adi, sıradan bir həyatınız var. Gündəlik yaşayırsınız. Günün birində həqiqi, dərin və doyurucu bir sevgi tapacağınızdan ümidiniz olmasa, qalan həyatınızı necə yaşayardınız?.. -deyə yazıçı soruşur və cavablayır:
- belələri yaxşıca ümidsizliyə qapılıb intihar edirlər, ya da yaşayan ölü halına çevrilirlər. Toyotome "baxmayaraq" sevgini iddialı şəkildə müdafiə edir. Bü gün həyatınızı davam etdirə bilməyinizin səbəbi "baxmayaraq" növü sevgini bu anda yaşamanız ya da bir gün bu sevgini tapacağınıza olan inancınızdır.
Son sözlərində bir az ümidsizdir Toyotome: Bu gün yaşadığımız cəmiyyətdə hər kəsi doyuracaq bu sevgini tapmaq çətindir. Çünki hər kəsin sevgiyə ehtiyacı var...Heç kimdə isə başqasına verərcək qədər artığı yoxdur- deyə açıqlayır fikrini.
Yaxşı bu dünyada sevgi nə qədər var? Yazıçıya görə,aclığımızı bir az keçirəcək qədər... və də yemək evəəli dadımlıq gələn iştah açanlar kimi..bu kiçicik dadımlıq sevgi bizi daha böyük sevgi aclığına təhrik və təşviq edir. Bu kiçicik dadımlıq sevgiyə nə qədər möhtac olduğumuzu izah edir.Böyük bir ehtirasla əsas yeməyin gəlməsini və bizi doyurmasını gözləyirik. və sonda yazıçının qeydetdiyini ən təəccüblü cümləni: "Dünyada ən böyük qıtlıq, "baxmayaraq" növü sevginin kifayət qədər olmamasıdır!..