Toy üzüyü barmağının ovsunlayıcı hekayəsi

Toy üzüyü barmağının ovsunlayıcı hekayəsi

Toy üzüyünü niyə dördüncü barmağımıza taxmalıyıq?
Bunun, çox gözəl və inandırıcı bir şərhi var...
Baş barmaq; Ana-atanızı,
İşarə barmağı; Qardaş- bacınızı,
Orta barmaq, Sizi,
Dördüncü barmaq (yəni üzük barmağı); Həyat yoldaşınızı,
Və kiçik barmaq; Uşaqlarınızı təmsil edir.
Əvvəlcə ovuclarınızı bir-birinə baxacaq şəkildə açın.
adsız barmaq sevgi rəmzidir
Orta barmaqları bükün və kürək kürəyə birləşdirin. Daha sonra qalan dörd barmağınızı da açıb, uc uca gətirin. İndi, ana- atanızı təmsil edən baş barmaqlarınızı ayırmağa çalışın... Açılacaq, çünki ana atanız sizinlə birlikdə ömür boyu yaşamayacaq. Tez ya da keç onlardan ayrılmaq məcburiyyətindəsiniz. Baş barmaqlarınızı əvvəlki kimi birləşdirib, qardaş-bacınızı təmsil edən işarə barmaqlarınızı ayırın. Onlar da ayrılacaq, çünki qardaş-bacılarınız öz ailələrini qurub, ayrı bir həyat seçəcəklər. İşarə barmaqlarınızı birləşdirib, uşaqlarınızı təmsil edən kiçik barmaqlarınızı ayırın. Onlar da ayrılıcak, çünki uşaqlar da evlənib və bir gün öz həyatlarını qurur. Son olaraq kiçik barmaqlarınızı birləşdirib, yoldaşlarınızı təmsil edən üzük barmaqlarınızı ayırmağa çalışın. Ayıra bilmədiyinizi görüncə çaşacaqsınız.
Çünki ər-arvadlar həyat boyu bir yerdə yaşayarlar...
Yaxşı gündə də və pis gündə də...

P.S. Mən ayırmağa çalışdım, həqiqətən də alınmadı, siz də sınayın :)

UPD. Ən yaxşısı videodakı kimi sinamaqdır:



Top