Gözəl olduğunu bilmək hər bir qadın üçün önəmlidir. Eyni zamanda kişi üçün də ən güclü və ən etibarlı olduğunu bilmək çox vacibdir. Bunu anlamaq, buna inanmaq ilk növbədə bunun həqiqət olduğunu bilməklə mümkündür. Buna sübut isə ətrafdakıların komplimentləri olacaq. Fikirlərinə laqeyd qalmadığınız insanların xoş sözləri sizə narkotika kimi təsir edəcək. Komplimentlər balaca, amma qiymətli hədiyyə kimidir. İstənilən hədiyyə kimi onu da həm almaq, həm də vermək xoşdur.
1. Komplimenti ürəkdən demək lazımdır. Əgər ikiüzlülüyü yaxşı bacarırsınızsa, onda yalan danışdığınızı anlamayacaqlar. Dediyiniz xoş sözə özünüz inanmasanız, qarşınızdakı sizi yaltaq kimi qəbul edəcək. Gülünc vəziyyətdə qalmamaq üçün səmimi olun. Əgər qarşınızdakına həqiqətən yaxşı söz demək istəyirsinizsə, həmin adamda gözəl, qeyri-adi nə isə tapa bilərsiniz.
2. Kompliment vaxtında deyilməlidir. Hər bir hədiyyə, sürprizin öz vaxtı olmalıdır ki, bunu hiss etmək lazımdır. İlk növbədə komplimenti niyə söylədiyinizi müəyyənləşdirməlisiniz. Əgər bunu yüngül flirt üçün edirsinizsə, onda komplimenti astadan elə deyin ki, bunu yalnız o eşitsin. Rəhbərlik qarşısında xoş görünmək istəyirsinizsə, komplimenti sizə müraciət olunanda deyin, məsələn, sizinlə salamlaşanda.
3. Spontan, emosional kompliment deyin. Belə komplimentlər daha çox bəyənilir. Belə iltifat hər hansı bir insanın xarici görünüşünü görən zaman baş verir. Siz özünüzdən asılı olmadan xoş söz işlədirsiniz.
4. Baxış ən yaxşı komplimentlərdən sayılır. Gözlər bəzən çox şey haqqında danışır. İnsan ona heyranlıqla baxan gözləri görəndə başa düşür ki, ona layiq olduğu ən dəyərli hədiyyəni veriblər. Heç kim heç zaman kompliment almaqdan doymur. Kompliment deməkdən çəkinməyin. Yaxşı sözlərə görə insanı cəzalandırmırlar, əksinə təşəkkür edirlər.
Öz ünvanına sizin dilinizdən dəyərli söz eşidən adamın münasibəti sizə qarşı tamamilə dəyişə bilər. Müşahidə aparın: siz emosiyalarınızı xoş sözlər şəklində ifadə edəndə avtomatik olaraq avtoritetə çevrilirsiniz. Kimsə özünə yeni saç düzümü etdirsə, birinci olaraq sizin fikrinizi öyrənəcək; kiminsə çətin işi olanda onu qiymətləndirməyi birinci sizdən xahiş edəcək, çünki keçən dəfə onun işini bəyənmişdiniz. Təbii səslənən komplimentlər ağır çəkiyə malikdir. Xoş söz eşidən insan dünyaya fərqli gözlə baxacaq. Müsbət emosiyalar mənfi emosiyalardan daha güclü olduğundan, daha çox yadda qalır.
Kişilərə komplimenti necə deməli?
Qadınlar dəqiq bilir ki, kişi güclü, müstəqil və özünəgüvənən olmalıdır və onlara kompliment demək artıqdır. Amma burada yanılırıq. 100 kişidən 99-u təhtəlşüurda təriflənmə gözləyir. Kişilər üçün kompliment hərəkətə keçmə istəyidir. Vaxtında və savadlı söylənmiş kompliment istənilən kişini terminatora çevirə bilər. Kişilərə söylənən kompliment yalan yox, dəyərlərinin şişirdilməsidir.
Komplimentin tələffüz tonu da böyük önəm kəsb edir. İntim formada asta səslə deyilən xoş söz kişilər tərəfindən daha çox qiymətləndirilir. Amma heç bir halda istehzaya yol verməyin. Daha geniş yayılan səhv qadınların kompliment söyləyəndə həddi aşmalarıdır. Bu halda kişi sizin söylədiklərinizə inanmayacaq və kompliment sirli qüvvəsini itirəcək. Komplimentin «işləməsi» üçün onu ünvanladığınız adamın xasiyyətini də bilmək yaxşı olardı. Hər bir kişi üçün professional və seksual keyfiyyətlərinin qiymətləndirilməsi vacibdir. Kompliment demək üçün sevgi mesajları və s. istifadə edə bilərsiniz.
Xanımlara hansı sözləri demək olmaz?
Amerika psixoloqları bu sözlərin siyahısını tərtib ediblər. Siyahıya əsasən, xanımların yanında hörmət qazanmaq və onların sənə olan sevgisini artırmaq istəyirsənsə, diqqətli olmaq lazımdır. Xanımın yanında "Mən heç vaxt...." ifadəsini işlətmək olmaz. Deyilənə görə, onlar bu sözlərdən belə qənaətə gəlirlər ki, siz özünüzdən hədsiz razısınız.
Baş verən hər hansı hadisə ilə bağlı "Sən səbəb oldun" ifadələrini işlətmək məsləhət deyil. Mənim anam daha yaxşı yemək bişirir". Bu ifadə xanımda sizinlə xoşbəxt olacağına şübhə yaradır. Çünki qayınanaya qadınların münasibəti birmənalı deyil. Xanım gözəl göründüyü zaman ona deməyin ki, "Nəhayət, sən özünə yaraşan paltar geyindin", "Mən sənə fikir verəndə sən daha gözəl idin". Bu sözlər xanımı ruhdan salır və öz gələcəyinə şübhə yaradır.
İşdən gələn zaman - yemək hardadır? Bura niyə çirklidir? Mən hələ çox gözləyəcəyəm? kimi suallardan uzaq durun. Məhz bu cür suallar xanımları qıcıqlandırır. Çünki onun gün ərzində gördüyü işlərdən xəbəriniz yoxdur. "Sən heç nə edə bilmirsən". Bu sözləriniz xanımı hətta depressiya vəziyyətinə də sala bilər.