Məhəbbət (sevgi) nədir?

Məhəbbət (sevgi) nədir?

Məhəbbət – hələ də tam dəqiqliyi ilə açılmayan qapalı bir sirrdir. Əslində dünya elə məhəbbət üzərində bərqərar olub. Dahi şair M.Füzuli “Eşqsız ey dünya nədir dəyərin?” söyləyərkən elə buna işarə etmişdir. Bəs niyə hər kəsin sevgiyə ehtiyacı olduğu təqdirdə, məhəbbətin sirrini hələ də açan olmayıb? Məhəbbətin sirri bir aləm olduğunu düşünən Regional Psixologiya Mərkəzinin baş psixoloqu Dəyanət Rzayev ANS PRESS-ə şərhində əsl sevginin öz əksini tapmamış, tamamlanmamış bir hiss olduğunu söylədi.

“Sevgi özündə 3 komponent birləşdirir. Dostluq, cinsi və seksual istək. Sevgi əlçatmaz olanda, daha güclü olur. Məsələn, gözəl qadını görürsən, sevirsən ailə qurursan və bir müddətdən sonra bu adi bir hala çevrilir. Başlayırlar bir-birinə xəyanət etməyə. Ən çox xəyanətə qadınlar meylli olur. Lakin bir də görürsən ki, gözəl arvadı olan kişi eybəcər bir qadınla yoldaşına xəyanət edir. Məlum olur ki, bu sevgi deyil. Əgər qadın ərindən başqa heç kimin xoşuna gəlmirsə, onda kişinin daxilində arxayınçılıq yaranır. Bu arxayınçılığın nəticəsində sevgi də, ehtiras da tükənməyə başlayır. Gərək kişi sevdiyi qadının həm sadiqliyinə əmin olsun, eyni zamanda bilsin ki, hər an onun rəqibi ola bilər” söyləyən D.Rzayev bu zaman sevginin möhkəm və ehtirasın sönməz olmasını vurğuladı.

Elmi dildə məhəbbəti biokimya adlandıran Rzayev insanın hər bir yaşda müxtəlif cür sevdiyini qeyd etdi. Ehtirası müvəqqəti hiss adlandıran psixoloq qadınların həmişə onları sevməyən kişilərin arxasınca getdiyini vurğuladı.

“Qadınla kişi arasındakı ehtirasın qadının müxtəlif ətirlər, zinət əşyaları, geyimlər, davranışlar, seksual hərəkətləri məhəbbətə çevrilə bilər. Qadın müxtəlif ətirlərdən istifadə etdikdə, xüsusi vannalar qəbul etdikdə, kişilər onlardan ötrü ölümə getməyə belə hazır olur” söyləyən psixoloq sevginin itməsinin günahını qadınlarda görür.

məhəbbət,sevgililər,aşiq və məşuqTibb elmləri namizədi, dosent Azər Manuçehri isə ANS PRESS-ə müsahibəsində sevginin qarşılıqlı hörmət əsasında möhkəmləndiyini bildirdi. “Sevginin əsas üç komponentinin cəmləşməsində görür. Birinci növbədə iki insanın eyni düşüncəli olması onlar arasında dostluq kimi dəyərləndirilə bilər. Bu dostluq əkscinsli nümayəndələr arasında yaranarsa, bunun sonradan məhəbbətə çevrilməsi istisna edilmir. Sevginin təzahürlərindən biri də əkscinslər arasında ehtirasın yaranmasıdır ki, bu hissiyyat onları birləşdirə və bir-birinə alışdıra bilər. Sevginin ən vacib elementlərindən biri də hörmət və inamdır ki, bu duyğular təklikdə mövcud ola bilməz. Yəni əgər kiməsə inanmırsansa, demək ona hörmət də etmirsən, özü-özlüyündə onun düzlüyünə şübhələrin var. Əsl sevgi bu ünsürlərin birlikdə cəmlənməsidir. Əgər eynifikirli qadın və kişi bir-birinə ehtiraslıdırlarsa, eyni zamanda onlar arasında qarşılıqlı inam, hörmət varsa, demək bu əsl məhəbbətdir” söyləyən həkim məhəbbəti su ilə yağın qarışdığı zaman ölməz olacağını vurğuladı. 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatırı Gəray Gəraybəyli isə məhəbbətsiz yaşayan insanların ruhi cəhətdən sağlam olmadığını vurğuladı. Sevginin insanda əminlik və yaşamaq həvəsi yaratdığını bildirən G.Gəraybəyli intiharların çoxunun məhəbbət baxımından sarsılan insanlar tərəfindən edildiyini vurğuladı. “Bəzən məhəbbəti puç olan qadın, yaxud kişilər aqressiv və qəddar insana çevrilir. Bu zaman insan psixoloji sarsıntılara məruz qalır. Onlarda nifrət və ətrafındakılara inamsızlıq yaranır” söyləyən həkim belə xəstələrin dərmanını yalnız təzə məhəbbətdə görür.

Onun fikrincə, insan həyatda istədiyinə nail ola bilər. Buna onun savadı, biliyi, pulu və digər üstünlükləri kömək edər. Lakin insan xoşbəxtliyə yalnız əsl sevgiyə sahib olandan sonra nail ola bilər. Hansı ki, hələ də nə alim savadı, nə də Məcnun məhəbbəti ülvi sevginin sirrini aça bilməyib.

Sonda hər kəsə həyatda sirrli həyat və xoşbəxtlik azrulayırıq.
Həmçinin bax:
Sevgi nedir?
Mənbə: ANS-PRESS
Top