Təbiəti sevənlər və təbii ehtiyatların səmərəli istifadəsinin tərəfdarları arasında “upcycling” anlayışı mövcuddur ki, bu istismar müddətini tamamlayan əşyaların yenidən lakin başqa bir formada istifadəyə qayıtmasıdır. Dünyda ildən-ilə xəz əleyhinə insanların maariflənməsi, heyvanlara qarşı zorakılığın azaldılması məqsədi güdür. Bu ideyadan ilhamlanan Hollandiyalı dizayner Lisa Louwers lazımsız və köhnəlmiş kürkləri gözəl yumşaq oyuncaqlara çevirir. Rəssam hesab edir ki, bu cür əl işlərilə o heyvanlara hörmət hissini bildirir.