10. Kaunaoa Körfəzi – Amerika Birləşmiş Ştatlarının Havay ştatının Kohala sahilində yerləşən 0.4 kilometr uzunluğunda aypara formasında uzanan bu çimərlik ağ qumlu sahili, sahil boyu uzanan palma ağacları, sakit, aydın və mavi sakit okean suları ilə göz oxşayır.
9. Langkavi ,Malayziya – Andaman dənizində 104 adadan ibarət Langavi arxipelaqı Malaziyanın şimal-qərbində 30 kilometr məsafədə uzanır. 65.000 sakini olan bu arxipelaq beyaz qumlu və yaşıl meşəli sahilləri ilə hər il 100 minlərlə turisti özünə cəlb edir.
8. St. Barts çimərliyi – Karib dənizində yerləşən, 8 kilometr uzunluğunda sahil xətti olan Barts adası ağ qumlu sahili və aydın suyu olan 20 çimərliyə sahibdir. Ada hər il istirahət etmək və fransız mətbəxtindən zövq almaq istəyən minlərlə turisti qonaq edir.
7. Fraser Adası, Avstraliya – Avstraliyanın cənub sahillərində yerləşən bu əsrarəngiz ada 120 kilometr uzunluğa və 24 kilometr enə malikdir. Ada sahəsi 1840 kilometr kvadratı olan dünyanın yeganə pozulmamış ən böyük qum adası hesab edilir.
6. Nantucket Adası, Massaçusets – Amerika Birləşmiş Ştatlarının 30 kilometr cənubunda yerləşən bu ada Tuckernuck və Muskeget adalarından ibarətdir və birlikdə Nantucket mahalını təşkil edirlər. Adada ən məşhur çimərliklər Surfside və Childrens və eləcə də Madaket çimərlikləridir.
5. Lanikai Çimərliyi, Havay – 0.5 mil uzunluğunda sahil xəttinə malik olan Lanikai dünyanın ən gözəl çimərliklərindən hesab edilir. Sahil boyu uzanan mərcan rifləri hesabına çimərlik daha sakit və şəffafdır. Adanın şərq hissəsi isə mövqeyinə görə ayın doğuşunu izləmək üçün ən əlverişli yerdir.
4. Hamptons, Nyu-York – Hamptons mahalı bir neçə kəndən ibarətdir və Montauk adasında yerləşir. İndiyənə kimi pozulmadan qalan, sahil boyu dalğalanan yaşıl çəmənlikləri ilə Atlantik okeanı boyu uzanan bu sahildə dünyanın ən bahalı yaşayış mülkləri yerləşir.
3. Bora Bora çimərliyi, Fransız Polineziyası – Bu çimərlik Sakit okeanda Fransız Polineziyasında yerləşən 29 kilometr uzunluğunda sahil xəttinə malik Bora Bora adasında yerləşir. Adada ən yüksək nöqtəsi 727 metr olan iki vulkan, Mount Pahia və Mount Otemanu zirvələri yerləşir. Sakit və bir-birindən təcrid olunmuş bu çimərlik xarici turistlərin seçimlərində ön sıralardadır.
2. Maldivlər – Hind okeanında Seylon adası ilə ekvador xətti arasında yerləşən bu ada dövlət 1.102 adadan ibarətdir. Dünyanın ən populyar turistik mərkəzlərində olan Maldiv adaları bəyaz qumlu sahillərdə günəşlənmək və tropik balıqlarla üzmək istəyən turistlərin seçimidir.
1. Seychelles çimərliyi – Hind okeanında 115 adadan ibarət bu arxipelaq dünaynın ən məşhur və ən çox resm edilən kurort mərkəzidir. Sakit, dayaz və aydın sulu bu çimərlik dağıdıcı okean dalğalarından mərcan rifləri vasitəsi ilə qorunur. Arxipelaqda ən gözəl çimərlik isə La Digue adasında yerləşən Anse Source’d Argent çimərliyidir.
Hazırladı: MushviG.H\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir.