Körpünün hər iki tərəfində yerləşdirilən fontanlar ona əsrarəngiz gözəllik qatır. Məhz bu işıqlar adi bir körpünü qısa zamanda həm Seulun, həm də Cənubi Koreyanın əsas turistik məkanlarından birinə çevirib. Körpünün ətrafında 1.5 kilometrlik məsafədə yerləşən 380 boru yerləşdirilib. Gün ərzində isə 60 tona yaxın su istifadə olunur.