Bir qurdu ovçular qovalayır. Qurd meşədə ora bura qaçır, ancaq ovçularıdan canını qurtara bilmir. Yolda bir kəndliyə rast gəilr. Qurd adamın önünə çökər və yalvarmağa başlayar: «Ey
insan, nə olar mənə yardım et, ovçulardan qaçacaq nəfəsim qalmadı, əgər sən yardım etməsən bir az sonra tutub öldürəcəklər. Kəndli bir an düşünəndən sonra yanındakı boş çuvalı açar, qurdu içinə salar. Çuvalın ağzını bağlayar, dalına atıb gedər. Bir neçə dəqiqə sonra da ovçulara rast gələr. Ovçular adma bir qurd görüb görmədiyini soruşar, kəndli „görməmişəm“ deyər və ovçular uzaqlaşır. kəndli dalındakı torbayı endirir, ağzını açır, qurdu çıxarır.
»Çox təşəkkür edirəm" deyər. Qurd, «Mənə böyük bir yaxşılıq etdin.» «Dəyməz» deyər kəndli və tarlasının yolunu tutar. «Bir dəqiqə» deyə səslənər qurd: "Çox uzun zamandır bu ovçulardan qaçıram, çox bitkin düşdüm, qüvvət toplamaq üçün bir şeylər yeməliyəm və burda səndən başqa yiyəcəyin bir şey yoxdu." Kəndli çaşıb qalır: «Olar mı, mən sənin həyatını qurtardım.» «Edilən yaxşılıqlardan daha tez unudulan bir şey yoxdur» deyər qurd. «Mən də öz mənfəətim üçün sənin yaxşılığını unudmaq və səni yeməliyəm.»
Bir müddət münaqişədən sonra, qarşılaşacaqları ilk üçə bunu soruşmağa və ona görə əməl etmək qərarıma gəldilər. Qarşılarına əvvəl yaşlı bir qısraq (dişi at) çıxır. «Nə vəfa» deyər qısraq, «Mən sahibimə illərdi xidmət etdim, arabasını çəkdim, taylar doğdum, gəzdirdim. Və yaşlanıb bir işə yaramayanda məni belə qapıya qoydu… „Bir sıfır önə geçən qurd sevinirkən bir itə rast gəldilər.
“Mən xidmətin dəyərini bilən bir əfəndi görmədim» deyər it, «Illərdir sədaqətlə xidmət edərəm sahibimə, qoyunlarını qoruyaram, yadlara hürərəm, amma o məni hər gün döyür…»
Qurd kəndliyə dönər, «gördün» deyər. Kəndli də «Amma üç demişdik, birinə də soruşaq, sonra məni ye» deyə cavab verir. Bu dəfə qarşılarına bir tülkü çıxar. Başlarına gələni danışırlar.
Tülkü həmişə nifrət bəslədiyi qurda bir oyun oynayacağı üçün sevinər. «Hər şeyi başa düşdüm, amma bu balaca torbaya sən necə sığışmısan?» deyər. Qurd nə desə də tülkü: «Gözümlə görməsəm inanmam» deyər. Işin sonuna gəldiyini düşünən qurd torbaya girər, tülkü kəndliyə işarə edər və kəndli torbanın ağzını yaxşıca bağlayar. Kəndli əlinə bir daş alar və «Məni yemək istəyirdin ha nankor heyvan» deyərək torbanın içindəki qurdu xeyli vurar. Sonra tülküyə: «Sənə minnətdarım, məni bu qurddan qurdardın» deyər. Tülkü də «Mənim üçün bir zövq idi» deyə cavab verər. O an kəndlinin gözü tülkünün parlaq kürkünə sataşır. Bu kürkü satarsa alacağı pulu düşünər və heç gözləmədən əlindəki daşı başına vurub tülkünü öldürər. Sonra da torbanın içindəki qurdu ayağıyla dümsükləyər: «Haqlısanmış qurd, edilən yaxşılıqdan daha tez unudulan bir şey yoxmuş.