1. Mığmığa — Bu canlıların özləri əslində təhlükəsiz olsalar da, insanlar üçün təhlükəli hesab edilən bir sıra xəstəliklərin daşıyıcılarıdır. İl ərzində 700 milyon insanı qızdırma, malyariya, tularemiya kimi xəstəliklərə yoluxduraraq onların 2 milyonunun ölümünə səbəb olurlar.
2. İlan — Əslində bütün ilan növləri zəhərli deyildir. Dünyada cəmi 450 zəhərli ilan növü yaşasa da, onlardan ancaq 250-si insan ölümünə səbəb olur.
3. Əqrəb — Bütün əqrəblər zəhərli olsalar da, onlardan ancaq 25-i insan üçün təhlükəlidir.
4. Begemot — Afrikanın ən vəhşi heyvalarından hesab edilən begemotlar ərazilərinə daxil olan insanlara qarşı çox aqressiv olurlar.
5. Timsah — Bu heyvanları insanlar üçün təhlükəli edən əsas səbəb onların güclü çənələri və cəld hücuma keçmələridir. Ən təhlükəli növləri Nil timsahı və duzlu su timsahı hesab edilir. Hər il yüzlərlə insan Afrika və Cənubi-Şərqi Asiyada timsah hücumuna məruz qalır.
6. Nəhəng Ağ Köpək Balığı — çənəsində 3000 yaxın kəsici dişi olan bu dəniz canlısı əsasən ilıq okean sularında yaşayır. Bu canlılar 100 litr suda olan tək bir qan damlasının qoxusunu ala bilmək qabiliyyətinə sahibdirlər.
7. Boz Ayı — Digər ayı növləri ilə müqayisədə daha iri ölçülərə malik bu canlılar insanlarla kontaktdan çəkinirlər. Ancaq öz azuqələrini və balalarını qorumaq üçün hücum edə bilərlər.
8. Afrika Şiri — Afrikanın ekvator hissəsində (qoruqlarda) savanna, dağlıq yarımsəhra, çay sahili meşələr və səhralarda yaşayan bu canlıların çəkisi 250 kiloqrama qədər, uzunluğu isə 3 metr olur. İri caynaqlı pəncələri və güclü çənələri onları insan üçün təhlükəli edən əsas faktorlardır.
9. Fil — Daha çox aqressiv olan erkək fillər gecələr kəndləri xarabalığa çevirə, insanları ölümcül yaralaya bilərlər. Statistikaya görə 2000-2004-cü il ərzində 300-ə yaxın insan fil hücümu nəticəsində həlak olmuşdur
10. Meduza — Çox az sayda meduza növü insanlar üçün təhlükəli olsada, onların zəhəri insanı 2-3 dəqiqə ərzində öldürməyə qadirdir.
Hazırladı: Mushviq Huseynli\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq verilmir.