10. “Clive Christian İmperial Majesty Perfume” – Dünyanın ən bahalı ətri. Məşhur dizayner Clive Cristian tərəfindən hazırlanan bu ətrin bir unsiyası 12,000 dollar dəyərindədi. Bir şüşə ətir almaq üçün isə siz 215,000 dollar ödəmək məcburiyyətindəsiniz. Bu qədər baha olmasının səbəbi şüşənin 18 unsiyalıq qızıl halqa ilə haşiyələnməsi və 5 karatlıq almazlarla bəzədilməsidir.
9. “Tequila from Tequilla Ley” – Dünyanın ən bahalı içkisi. Hər biri bir litr tutan içki şüşələri dizayner Fernando Altamiro tərəfindən hazırlanmışdır. Şüşəsi dünyada nadir tapılan ağ qızıl və platindən hazırlanan bu içkinin dadına baxmaq üçün siz təxminən 3,5 million dollar ödəməlisiniz.
8. “The Ego for Bentley” – Dünyanın ən bahalı laptopu. Məşhur avtomobil firması Bentley tərəfindən istehsal edilən, 16 GB-lıq sərt disk, xrom qulpla təhciz olunan və əllə işlənmiş dəri ilə əhatə olunan bu dizüstü kompüterlər 20.000 dollardan satışa çıxarılmışdır.
7. “The Tibetan Mastiff Puppy” – Dünyanın ən bahalı küçüyü. Soyu qədim əsrlərə dayanan bu küçüklər Asiya qitəsində zənginlik və rifah rəmzi hesab edilir. Mifalogiyaya görə bu heyvanların damarında şir qanı axır. 45 kq çəkiyə qədər böyüyə bilən bu itlərin qiyməti 2 million dollar dəyərindədir.
6. “North İsland, Seychelles” – Dünyanın ən bahalı ada tətili. North İsland hər birinin ayrıca çimərliyi olan 11 ultra xüsusi villadan ibarətdir. Viktoriya və Devid Bekxam kimi məşhurların istirahət etdiyi bu adada bir gecəlik istirahət sizə 4,829 dollara başa gələcək.
5. “The Spin Jean by Damien Hirst” – Dünyanın ən bahalı cins şalvarı. Məşhur rəssam Damien Hirst tərəfindən layihələndirilən və məhdud sayda, yalnız 8 ədəd istehsal edilən bu şalvarın qiyməti 27,000 dollardır.
4. “The Nike Dunk Low Pro SB Paris” – Dünyanın ən bahalı tennis ayaqqabısı. Fransız rəssam Bernard Buffet tərəfindən tərtib olunan və cəmi 202 cüt istehsal olunan “The Paris Dunk Low Pro” ayaqqabıları 3500 dollardan satışa çıxarılıb.
3. “The Stuart Hughes Prestige HD Supreme Rose Edition” – Dünyanlın ən bahalı televizoru. 19 kiloqram 22 karatlıq qızıldan hazırlanan, aliqator dərisi ilə haşiyələnən və 48 yüksək keyfiyyətli almaz daşı ilə bəzədilmiş bu televizora baxmaq üçün 2.27 million dollar ödəmək kifayətdir.
2. “The Royal Ashera Cat” – Dünyanın ən bahalı pişik cinsi. Bu pişiklərin qiyməti 22,000 dollarla 125,000 dollar arasında dəyişir. Vəhşi təbiətdə tapılmayan bu pişik cinsi zolaqları və xalları ilə kiçik bəbiri xatırladır. Bu cins Asiya bəbiri, Afrika vəhşi pişiyi və ev pişiyinin hibritləşməsindən alınmışdır.
1. Lamborghini Veneno Roadster – Dünyanın ən bahalı avtomobili. İtalyan idman avtomobil şirkəti Lamborgini tərəfindən istehsal edilən bu avtomobil gücləndirilmiş karbon polimerdən hazırlanmışdır və olduqca yüngüldür. Saatda 353 km sürət yığa bilən bu idman avtomobil 4,5 million dollar dəyərindədir.
Hazırladı: Mushviq Huseynli\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Əks halda halallıq verilmir.