Dünyanın 10 ən məşhur körpüsü

Dünyanın 10 ən məşhur körpüsü

10Böyük Belt Körpüsü, Danimarka — 1998-ci ildə tikilmiş, 6,790 m uzunluğunda olan bu körpü Danimarkaya məxsus Zealdan və Funen adalarını birləşdirir.

Great Belt Bridge
9.  Akaşi Kaikyo Körpüsü, Yaponiya — 1998-ci ildə tikilmiş 1,991 m uzunluğunda olan bu körpü Hönsü adasındakı Kobe şəhərini Avaji adasında yerləşən İvaya şəhəri ilə birləşdirir.
Akashi_Bridge

8. Karl Körpüsü, Praqa, Çexiya Respublikası — tikintisi 15-ci əsrdə tamamlanan bu körpü Vltava çayı üzərində yerləşir.
Karl 

7. Millau Viyadüğü, France — 2004-cü ildə istifadəyə verilən 343 m hündürlüyündə olan bu asma körpü Tarn çayı üzərində salınmışdır. 


6.Rialto Körpüsü, Italy — 1591-ci ildə tikilmiş bu körpü Venesiya şəhərində yerləşir.


5. Ponte Vecchio, Italy  — Arno çayı üzərində yerləşən Florensiya şəhərinin ən məşhur körpüsü 14-cü əsrdə tamamlanmışdır.



4. Bruklin Körpüsü, Amerika Birləşmiş Ştatları — 1883-cü ildə istifadəyə verilən bu körpü Nyu York şəhərindən axan Şərq çayı üzərində yerləşir.


3. Sidney Harbur Körpüsü,  Avstraliya — Sidney şəhərinin iki sahilini birləşdirən dəmir konstruksiyalı körpü.



2. Tauer Körpüsü, England — 1894-cü ildə istifadəyə verilən bu körpü Londonu iki yerə bölən Temza çayı üzərində yerləşir.


1. Golden Gate Körpüsü, Amerika Birləşmiş Ştatları  — 2.730 uzunluğunda olan körpü San-Fransisko şəhərinin Marin County ilə Napa və Sonoma Valley səmtlərini birləşdirir.


Hazırladı: Mushviq Huseynli\Bütün hüquqlar qorunur. Saytda yerləşdirilmiş məlumatdan istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması zəruridir. Aks halda halallıq vermirəm

Top