Belçika, Byurenadağı
Bu, həqiqi dağ deyil, pilləkənin adıdır. O, 374 pillədən ibarətdir. 1881-ci ildə əsgərlərin rahat çıxıb-düşməsi üçün tikilib. Pilləkən XV əsr aristokratı Vinsent de Byurenanın adını daşıyır.
İspaniya, Qasteluqaçeadasında dənizüzərində qurulmuş pilləkən
Bu ada Biskay körfəzinin sahilində yerləşir. Bu pilləkən X əsrdə tikilib. 237 pilləsi var. Yayda burda turist əlindən tərpənmək olmur.
Çin, spiralvaripilləkənTyanxanın hündürlüyü 91.5 metrdir. Linçjou dağının zirvəsinə çıxmaq üçün nəzərdə tutulub. Bu pilləkənlə yuxarı çıxmaq litfdən də həyəcanlıdır. Yaşı 60-dan çox olan şəxs bu pilləkənlə yuxarı qalxa bilməz.
Yaponiya, Avadzipilləkəni “Arzuların pilləkəni” də adlanır. Burada 100 gül ləki və 100 pillə var. Bu bağ-kompleks 1995-ci ildə Xanşin zəlzələsində ölənlərin xatirəsinə tikilib.
XVII əsrdə Niderlandin RO&AD Architecten kompaniyası suda “batan” Musa körpüsünü tikib.
Ekvador, Kanyon pilləkəni Pailon del Diablo şəlaləsinin yaxınlığında yerləşir. Bu pilləkən Ekvadorun turistik yeridir.
Hindistan, pilləkənli Çand Baori Quyusu
Caypura yaxınlığında Abaneri kəndində yerləşir. Onun 13 mərtəbəsi, 30 metr dərinliyi və 3500 pilləsi var. Racastan ştatı həddindən artıq quraqlı yerdi. Bu quyu daha çox suyu saxlamaq üçün 800-cü ildə tikilib. Quyunun dibində suyun temperaturu səthindən 5-6 dərəcə aşağı olur.
Yunanıstan, Santorini pilləkənini
1715-ci ildə ada sakinləri dənizdən adanın lap dərinliklərinə yük və sərnişin daşınması üçün tikib. 1930-cu ildə pilləkən yenidən bərpa olunub. Onun tikintisində yüzlərlə uzunqulaqdan istifadə edilib. Hələ də burada eşşəklə səfər etmək dəbdədi. Pilləkənin başından ayağına qədər uzunluğu 1300 metrdir.
Avstriya, Şlossberq pilləkəni
Qraça Şlossberqin əsas mənzərəli turistik yeridir. Onun 160 pilləsi var. Pilləkənlə qalxa bilməyənlər üçün burada liftdən istifadə edə bilərlər.
Ukrayna, Potemkin pilləkənini Odessanın əsas simvolu hesab etmək olar. Əvvəlki adı Rişelye olub. Yuxarı pilləsinin eni 12.5 metr, aşağı pilləsininki isə 21.7 metrdir. Pilləkənin hündürlüyü 27 metr, uzunluğu isə 142 metrdir.
Havay, Hayku pilləkəni 1942-ci ildə qayaların arasında tikilib. 2003-cü ildə pilləkən 875 min dollara yenidən bərpa olunub.
Almaniya, Pələng və Tısbağa formalı 21 metrlik heykəltəraşlıq abidəsi Duysburqe qayasında yerləşir.
Şotlandiya, kaskadlı Kainat pilləkəni
Damfris qayalığında yerləşir. O, nəhəng pillələrdən ibarətdir. Burada dayanıb təbiətin gözəlliyinə tamaşa etmək olar. Bu pilləkənlər gözəl köşkə aparır. Köşk özəl mülkiyyət olsa da, ildə bir dəfə ictimaiyətə açıq olur.