Şəlalə restoran

Şəlalə restoran

Dünya maraqlı məkanlarla doludur. Belə məkanlarda insanlar çox vaxt dincelmək üçün gəlir. Bir çox ölkədə qeyri-adi dizayna malik restoranlar fəaliyyət göstərir. Məkanın sahibləri müştəri cəlb etmək üçün sanki bir-birinin bəhsinə girir. Bu restoranlara insanlar sadəcə yemək yeməyə gəlmir, həm də maraqlı mənzərə seyr etməyə gəlir.

Filippindəki San-Pablo şəhərinin yaxınlığında yerləşən restoranın sahibləri qəribə ideyaları ilə fərqləniblər. Bu iaşə müəssisəsi onunla maraqlıdır ki, öz şəlaləsi vardır. Masalar şəlalənin ətəyində suyun içində qoyulub, müştərilər isə şalvarlarının balaqlarını dizədək qatlayaraq ayaqyalın gəzirlər. Təbii ki bu cür məkanlar dizaynına görə, başqa restoranlardan fərqli olaraq xidmətlərini yüksək qiymətləndirməkdə haqlı olurlar.


Tualet restoran
Top