Artıq 20 ildir ki, Bostonda rəssamların ən uğursuz rəsmlərinin muzeyi mövcuddur.
1993-cü ildə antik əşyalar mütəxəssisi olan Skott Wilson Boston küçələrində gəzişərkən diqqətini zibillikdə bir rəsm əsəri çəkir. Skottun fikrinə görə o rəsm o qədər pis çəkilmişdir ki, rəsmi mütləq muzeydən asılmalı idi. Sadəcə yaradıcı və müasir incəsənt deyil, ən uğursuz rəsm əsərləri olan muzeydə olmalıdır. Lakin belə muzey mövcud olmadığından Skott belə bir muzeyi özü yaratmağı qərara alır. Beləcədə ən uğursuz incəsənət əsərləri muzeyi yaranır, lakin əvvəlcə muzeydə cəmi 1 eksponat mövcud idi və sərgi Skottun öz evində təşkil olunmuşdu.
“Praktiki olaraq dünyanın hər şəhərində, ən uğurlu və möhtəşəm incəsənt əsərləri üçün muzey var, lakin bizim bu muzey ən uğursuz işlər üçündür”- bu sözləri Skkotun dostu Jerry Rayli demişdir.
Hal-hazırda muzeydə 3 sərgi salonu mövcuddur, burada 600-ə yaxın eksponat saxlanılır və hər il bura 8000 -ə yaxın ziyarətçi gəlir.
Muzeydəki ilk şəkil. Skoltun küçədən tapdığı şəkil.
Hər ay 20 göndərişdən kolleqiya tərəfindən baxılanan sonra 5-i seçilir. Şəkillər məhz bu muzeyə düşmək üçün çəkilməməlidi, belə əsərlərdə ürək olmalıdır.