Artur Konan Doylun məşhur detektivi Şerlok Holms. Konan Doylun hekayələrində London, Baker küçəsi 221B ünvanında yaşayan Şerlok Holmsun heykəli, elə həmin küçədə metronun çıxışında qoyulub. (müəllif: Con Dabldey, 1999)
Londondakı digər bir heykəl Ceyms Metyu Barrinin ən məşhur obrazlarından biri olan Peter Pana məxsusdur. (müəllif: Corc Frampton, 1912)
Təkcə uşaqların və uşaqlığımızın deyil, bütün nəsillərin sevimli qəhrəmanı Balaca Şahzadə, Fransanın Lion şəhərin, müəllif Sent-Ekzüperi ilə birlikdə. Dünyanın müxtəlif şəhərlərində olan Balaca Şahzadə heykəllərindən biri. (müəllif: Kristian Cillob, 2000)
Detektiv janrının başqa bir məşhur obrazı Simenonun Komissar Meqre. Heykəl Hollandiyanın Delfizjl şəhərindəki parkda yerləşir. Şəkildə yazıçı Simenonu heykəlində açılışında görürük. (müəllif: Peter d`Hont, 1966)
Ferens Molnarın “Pal küçəsinin oğlanları” Budapeşt küçələrində. Bu kitabı Azərbaycan dilinə Ramil Səfərov tərcümə edib. (müəllif: Peter Szanyi, 2007)