Rəvayət edilir ki, Hz.Musa (ə.s) Tur dağına gedərkən bir adamın belə bir diləyinə şahid oldu:
— Ya Musa, Rəbbimdən üç diləyim var; Ona söylə bu duamı qəbul etsin.
Birincisi, mənim gözlərim görmür, açılmasını istəyirəm.
İkincisi, uşağım olmur, bir oğlan övladı istəyirəm.
Üçüncüsü, kasıbam, kasıblıqdan çox əziyyət çəkdim; heç olmazsa doğulacaq oğlum kasıb olmasın, onun zəngin olmasını istəyirəm.
Hz.Musa (ə.s) Tur dağında bu qulun üç diləyini Rəbbindən istəyincə, Allah:
— Üç diləyini birdən qəbul edə bilmərəm; tək bir şey istəsin, qəbul edəcəyəm -deyə buyurmuş.
Hz.Musa (ə.s) bu cavabı həmin şəxsə çatdırır. Düşüncəyə dalan adam üç diləyin yerinə tək bir dua edir:
— Ya Rəbb, oğlumun qızıl camda su içdiyini gözlərimlə görməyi diləyirəm.