Qəhvəli rəsmlər

Qəhvəli rəsmlər

Bildiyimiz kimi qəhvə insana gümrahlıq və enerji verən içkidir. Karn Eland isə qəhvədən içki vasitəsi kimi deyildə incəsənət vasitəsi kimi istifadə edib. O öz rəsimlərini qəhvə ilə çəkib. Bu möhtəşəm sənət əsərlərinə diqqət yetirərkən bu rəsimlərdə boyadan istifadə edilməməsinə inanmaq insana qəribə gəlir.


Qəhvəyə olan sevgi New Orleanda yerləşən bir qəhvə kafesindən yaranmışdır. Karen tez-tez bura rəsm çəkmək üçün gələrdi. Daha sonra Karen başqa yerə köçdüyündən artıq bura gələ bilmirdi. Amma içkiyə olan sevgisi itməmişdi. Bu düşgünlük onun ağlına belə bir ideya gətirdi: Şəkilləri qəhvə ilə çəkmək.

“ Qəhvə ilə rəsm çəkmək ideyası ilk dəfə mənim ağlıma fincanın dibində qəhvə qalığını görərkən ağlıma gəldi. Bir halda ki, mən qəhvəni sevirəm elə isə niyədə ona olan sevgimi yeni səviyəyə qaldırmayım? Mən fırçanı qəhvəyə batrıb şəkil çəkməyə başladım və hər şey əla alındı.”

 Karn çox vaxt rəsimlərin effektiv və tünd alınması üçün 2-3 gündən qalma qəhvədən istifadə edir. Onun əsərlərinin çoxu dünya şöhrətli rəssamların əsərlərinin sürətidir. Lakin o bu əsərlərə belə öz imzasını atır-əsərdə qəhvə rəsmi çəkərək.

 Qəhvə ilə rəsimləri yaratmaq çox xoş prosesdir. O öz əsərlərində isti atmosfer yarada bilir. O bildirir ki, onun rəsimləri insanları təəccübləndirir və o həmin isti atmosferidə insanlar onun rəsmlərindən ala bilirlər.



Hazırladı: İlahə Orucova
Top