Dünyanın ən bahalı hədiyyələri

Dünyanın ən bahalı hədiyyələri

Bəzilərimiz yeni il üçün sadə və hər kəsin büdcəsinə uyğun hədiyyələr seçdiyimiz bir vaxtda bir çox varlılar çox bahalı və qeyri-adi hədiyyələr alır.

Bu hədiyyələrin qeyri-adiliyi onların bahalı daşlardan və materiallardan hazırlanmasındadır. Onların qiyməti 2000 dollardan 60000 dollara qədər dəyişir.

Bu, dünyanın ən bahalı USB-sidir. Onun üstü brilliant, yaqut və sapfirlərlə bəzədilib. Yaddaşı 32GB-dır. Qiyməti 20,000 dollardan başlayır.


Bu iPhone5-in qiyməti 10,000 dollardır. Onun yan tərəfləri 500 brilliant daş və platinlə örtülüb.


Donna Karandan olan bu paltarın qiyməti 9,880 dollardır.


Faber Castell şirkətinin hazırladığı bu qələmin qiyməti 60,000 dollardır. Onun üzəri brilliantlar və qızılla örtülüb.


Bu kiçik Blanc Chateau BMW 1936 markalı avtomobil Ford Fiestadan bahadır. Onun qiyməti 12,537 dollardır.


Bu qulaqcıqlar Swarovski daşları ilə örtülüb və qiyməti 1,689 dollardır.


Fine words adlı bu oyun taxtası albalı ağacından və dəridən hazırlanıb. Onun qiyməti 2,225 dollardır.


Bu bilyard masası hamarlanmış şüşədən və alüminiumdan ibarətdir. Qiyməti 42,000 dollardır.


Bu kofe torbası gümüşdən hazırlanıb. Kofenin 500 qramı kofe maşını ilə birlikdə 3,400 dollar dəyərindədir.


Bu tozsoran maşın qızıldan hazırlanıb. Qiyməti 625,000 dollardır.

Aston Martindən olan bu şampan sərinləşdirici gümüşdən hazırlanıb və içəridən kondensasiyaya qarşı olan xüsusi karbon lifi ilə örtülüb. Qiyməti 26,000 dollardır.


Bu karandaşın qiyməti isə 404 dollardır.


 Dərzilər üçün olan bu kiçik əşya gümüşdən hazırlanıb və konfet kağızının içində daha bir hədiyyə də var. Onun qiyməti 1,500 dollardır.


Qoz ağacından hazırlanmış bu boy ölçən cihazın qiyməti 1,250 dollardır. 

Top