Hər dekabr, yeni il bayramı ərəfəsində bizim qarşımızda bir məsələ durur. Yeni il ağacını trendlərə uyğun necə bəzəməli? Amma bu il bəxtimiz gətirdi. Belə ki, dizaynerlərin arzusu ilə çin təqvimi üst-üstə düşdü. Təbii materialdan hazırlanan at fiqurları, ulduzlar, şaxtababa və başqa oyuncaqlar dəbə mindi.
2014-cü il at ili olduğuna görə, Milad bayramında ən çox at fiqurları aktualdır. Böyük at fiqurlarını isə yeni il ağacının altına qoymaq olar. Xeyirxahlıq nişanı olan at fiqurları gələn il sizə uğur gətirəcəyinə dair zəmanət verir.
Hansı və nə cür bəzəklər istifadə etməyinizdən asılı olmayaraq, ağ, mavi, yaşıl, boz və bənövşəyi rəngləri qarışdırmağı unutmayın.
Əgər şüşə qabları çox bəyənirsinizsə, içinə qar dənəcikləri formasında xırda oyuncaqlar, muncuqlar əlavə edə bilərsiniz.
Şüşə oyuncaq həvəskarları isə 60 və 70-ci illərin dəbindən istifadə edərək uşaqlıq illərini yada sala bilərlər.