Fotoqraf, dizayner və model ibarət maraqlı layihə hazırlayıb. Bu layihə həqiqətən də qəribə, müəmmalarla dolu əsl mistikadır. Britaniyalı fotoqraf Kirsti Mitçel layhəni 2009-cu ildən başlayıb və üzərində 3 ildən çox işləyib.
Kirsti incəsənəti həyatının ayrılmaz hissəsi adlandırır. Qeyri-adi istedada malik olan qız öz ideayalarını həyata keçirmək üçün əlindən gələni edir. «Layihəni anam öləndən 7 ay sonra başladım, fotolar həyatımın dönüş nöqtəsi idi. İlk dəfə idi ki, hər şeyi bir arada cəmləşdirməyə çalışmışdım. Geyimlər, dizayn, fon mənim incəsənətə, kinoya və İngiltərənin təbiətinə olan sevgimi əks etdirir. Fotolar maraq dairəm, uşaqlıq xatrələrim və anamın mənə danışdığı nağıllar əsasında hazırlanıb».