Dünyanın ən bahalı qida məhsulları

Dünyanın ən bahalı qida məhsulları

Dondurma
Dünyanın ən bahalı deserti Nyu-Yorkun «Serendipity 3» restoranında verilir. Qızıl və almazlarla bəzədilmiş qabda masaya verilən, içində yeməli qızıl parçaları olan dondurma bu restoranda 25 min dollar dəyərindədir. Yeri gəlmişkən, dondurmanı yeyən müştəri bəzədilmiş bahalı qabı özü ilə apara bilər. 
 

Ət
Dünyanın ən bahalı əti — Vagiu yapon inəklərinin «mərməri» adlandırılan əti sayılır. Yüzilliklərdir ki, bu inəkləri yaponiyada xüsusi qayda ilə bəsləyirlər. Onlara ən yaxşı ot verilir, dəriləri sake (yapon arağı) ilə silinir. İnəklərə su əvəzinə hətta pivə belə verilir. Bu inəklərin 200 qr əti Avropada 100 dollardan aşağı satılmır. 


Kürü
Dünyanın ən bahalı kürüsü nə qara kürü, nə də nadir tapılan boz kürüdür. Ən bahalısı — ağbalıq-albinosun kürüsüdür. Bu kürünü İran ixrac edir. Onun qızıl qablaşdırmadakı 100 qramı alıcıya təxminən 2 min dollara başa gəlir. 


Qəhvə
Dünyanın ən bahalı qəhvəsi «Kopi Luwak»dır. İndoneziyalıların dilində kopi — qəhvə deməkdir. Luwak isə kiçik ölçülü yerli yırtıcı heyvandır. Yırtıcı olmağına baxmayaraq, o kofe ağacının məyvələrini də çox xoşlayır. Bu meyvələrin bəziləri isə heyvanın mədəsində həzm olunmadan bağırsaq sistemində xüsusi organik birləşmələrin təsirinə məruz qalır…
Bu qəhvə növünü sevən insanlar əmin edirlər ki, bu prossesi keçən qəhvə təkrarolunmaz dad və tam alır. Luwakın köməyi ilə «istehsal olunan» bu qəhvənin kilosu 300-400 dollar dəyərindədir.


Çay
Dünyanın ən bahalı çayı Daxunpao adlanır. Bizim dildə bu «Böyük qırmızı xələt» deməkdir. Bu çay cəmi altı çay kolunun yarpaqlarından istehsal olunur. Həmin kollar isə yalnız Tənsin monastırının yaxınlığında bitir. Bu kolların yaşı 350 ilə yaxındır. Hər il burada yalnız 500 qram çay yarpağı yığılırdı. Hazır məhsulun 1 kiloqramının qiyməti isə 685 min dollar idi. 2006-cı ildə bütün satılmayan məhsul Çinin Milli çay muzeyinə hədiyyə edildi. Bu çay yarpaqlarının yığılmasına isə qadağa qoyuldu. Artıq bu çayın dadından heç kim həzz ala bilməz.


Buterbrod
Dünyanın ən bahalı buterbrodu «Fon Essen platinli klub sendviçi»dir (von Essen Platinum Club Sandwich).  Ondan yalnız 100 funt (200 dollara yaxın məbləğ) ödədikdən sonra «Fon Essen» şəbəkəsinin mehmanxanalarında dadmaq olar.


Kartof
Nurmuatye adasındakı kəndçilər  100 tona qədər «La Bonnotte» sortundan olan kartof yığır. Dünyanın bu ən bahalı kartof növünün 1 kiloqramı təxminən 500 dollar dəyərindədir.


Viski
Dünyanın ən bahalı viskisi 60-illik «The Macallan Fine&Rare Vintage»dır. O 1926-cı ildə şüşələrə qablaşdırılıb. Bu viskini heç yerdə heç bir məbləğ əvəzində ala bilməzsiniz. Buna baxmayaraq, onun qiyməti bəllidir: 38 min dollar. Həvəskarlara isə onun analoqu 1938-ci ilin «Macallan Fine&Rare» viskisi 10 min dollara təklif edilir.

Pivə
Dünyanın ən bahalı pivəsi - «Vieille Bon Secours» Belçika pivəsidir. Onu Londondakı Bierdrome barında almaq olar. Bir şüşəsi 1000 dollara başa gələn bu pivənin həmin barda bir pintasını (təxminən 560 ml) badənizə 79 dollar müqabilində süzərlər.


Su
Və nəhayət dünyanın ən bahalı içməli suyu — «Kona Nigari». Həmin su nə artezian quyulardan, nə də dağ başındakı buzlaqlardan istehsal olunur.O Havay adaları yaxınlığındakı yerdən, okean dibindən çıxarılır. Həmin dəniz suyu şirinləşdirilir, şüşələrə doldurulur və beləcə də satılır. Böyük şüşəni 2000 dollardan yüksək bir qiymətə, kiçiyini isə — 33.5 dollar qiymətinə almaq mümkündür. Məzəli olan isə odur ki, bu suyu helə-belə içmək olmaz: onu mütləq adi su ilə qarışdırmaq lazımdır.
Top