Döyməli məşhurlar

Döyməli məşhurlar

Məhşurlar gözəllik və sağlamlıqlarına zərər vurmaqdan çəkinməyərək cəsarətlə bədənlərini müxtəlif naxışlarla bəzəyirlər. Bəs görəsən bu gözəllərin bədənlərindəki tatular hansı mənanı daşıyır?


Angelina Jolie

Angelina Jolienin sol qolunu bir neçə sətir tatuaj bəzəyir. Bu sətirlər onun öz uşaqlarının və övladlığa götürdüyü uşaqlarının hər birinin anadan olduğu ölkələrin coğrafi koordinatlarıdır.


Hayden Panetteri

Heroes serialının ulduzu Hayden Panetterinin sol bazusunda latın dilində yazılmış müəmmalı tatuaj diqqəti cəlb edir. Cümlə İtalian dilindən tərcümədə “yaşamaq” mənasını verən “Vivere” sözü ilə başlayır.


Jessica Alba

Jessica Albanın biləyinin iç tərəfində sanskrit dilində “şanagüllə” sözü yazılıb. Şanagüllə şərq simvolu olub və mənəvi açılışı təcəssüm edən günəş gülüdür. Bu tatu aktrisanın anasında, yaxın qohumlarında da var. Həmin tatuajı ilk olaraq anası, sonra xalası, 18 yaşının tamam olması münasibətilə Jessicanın özü və daha sonra isə xalası qızı vurdurb.


Penelope Cruz

Penelope Cruzun topuğundakı müəmmalı 883 tatusu uzun müddət müzakirə obyekti olmuşdur. Şaiyələr gəzirdi ki, güya bu rəqəmlər Hollivud ulduzları arasında məhşur olan Harley-Davidson “Harley-Davidson Sportster 883” motosikleti ilə əlaqədardır. Amma Penelopenin özü bu rəqəmin əsl mənasını açıqlayıb. Numeralogiyaya görə 8 və 3 onun uğurlu rəqəmləridir. Ortaya əlavə edilmiş ikinci 8 rəqəmi isə xoşbəxtliiyin həmişə onunla olması üçün döyülüb.


Victoria Beckham

Victoria Beckhamın boynunu isə bu tatu bəzəyir: “Mən öz sevgilimə, o da mənə məxsusdur”. 2005-ci ilin yayında evliliklərinin 6 illik ildönümü münasibəti ilə cütlük incildən götürülmüş sitatlardan tatuajlar etdirərək bir-birilərini sevdiklərini bir daha sübut etmişlər. Devidin sol qolunu isə, bu tatu bəzəyir: “Mən öz əzizimə, əzizim isə mənə”.

Top