Məşhur basketbolçu Hidayət Türkoğlu yoldaşıyla birlikdə gəzirdilər,
Əvvəl akvariumçuları gəzdilər, sonra Ayasofya, Sultanahmet, Topkapı Sarayı, Gülhane Parkı deyərkən, Yeni Məscidin önünə qədər gəldilər. Orada qışqıra
qışqıra simit satan bir uşaq vardı. Basketbolçu birdən dayandı…Sonra simitçiyə yaxınlaşdı:
— Simitin necəyədir?
— 300 min qardaş…
— Dəzgahda neçə simit var?
— 70-80 dənə var hərhalda…
— Hamısını alsam neçə edər?
— Səksən desək 24 milyon.
— Al sənə 30 milyon… Fərz et ki hamısını aldım…
— Sağ ol qardaş… sağ ol…
Basketbolçu üç onluq çıxardıb simitçinin önünə buraxdı. Yoldaşı çaşmış idi. Üç beş addım getmişdilər ki yoldaşı Hidayətə yaxınlaşıb pıçıldadı.
— Hidayət sən dəlisənmi?
— Yooo
— Yaxşı yemədiyimiz simitlərin pulunu niyə verdin?
— Boşver soruşma.
— Deyək ki soruşuram. Həm də israrla soruşuram.
— Elə isə söyləyim.
— Taxtanın kənarı diqqətini çəkdimi?
— Xeyr.
— Baxsaydin görəcəkdin. Taxtaya bir ad yazılmışdı.
— Necə bir ad?
— Hidayət!
— Yoxsa?
— Bəli o dəzgah, əvvəllər mənim idi.